AZAL-a məxsus təyyarənin qara qutusu tapılıb
Azərbaycan xalqına böyük faciə üz verib -Prezident
“Sədərək” Ticarət Mərkəzinin sahibinin oğlu dövlət qurumunu məhkəməyə verdi - Torpaq qalmaqalı
Azərbaycanda məmurdan inanılmaz fırıldaq - 162 min manatlıq “ölü canlar“ əməliyyatı
Şöbə müdiri direktoru məhkəməyə verdi - İşdə nazir müavini də var
Məşhur türk bloger “Kontakt home“dan şikayətçidir -Video+YENİLƏNİB
XİN-in arasında görüş keçirilib
Gömrük əməkdaşlarının maaşları niyə verilmir?
Tbilisidə polislər aksiya iştirakçılarına su şırnaqlarından istifadə ediblər
Azərbaycan komandası karate üzrə Qran-Pri turnirinin qalibi oldu -Foto


06.04.2021  14:12 

Nazirlik kimlərin sertifikasiyadan keçməyəcəyini açıqladı





A+  A-

“Hamilə qadınlar, uşağının üç yaşınadək sosial məzuniyyətdə olan və həmin məzuniyyət bitdikdən sonra bir ildən az müddətdə müvafiq vəzifədə (peşədə) çalışan qadınlar (uşağını təkbaşına böyüdən kişilər) sertifikasiyaya cəlb edilmirlər”.
XəzərNews.az xəbər verir ki, bunu Səhiyyə Nazirliyi Sertifikasiya Komissiyasının rəhbəri Murad Mirzəzadə həkimlərin sertifikasiyası ilə bağlı sualları cavablandırarkən bildirib.

O bildirib ki, Azərbaycanda praktik tibb və ya əczaçılıq fəaliyyəti ilə məşğul olan, ali və orta ixtisas təhsilinə malik, müvafiq qaydada dövri ixtisasartırma kurslarını keçmiş səhiyyə mütəxəssislərinin peşəkarlıq səviyyəsinin və peşə yararlılığının yoxlanılması məqsədi ilə “Əhalinin sağlamlığının qorunması haqqında” Azərbaycan Respublikasının Qanununa müvafiq olaraq beş ildə bir dəfə sertifikasiyaya cəlb edilirlər.

Ali və orta ixtisas tibb təhsil müəssisələrini, o cümlədən rezidenturanı bitirmiş şəxslər qanunvericiliyə uyğun olaraq təhsilini təsdiq edən sənədin verildiyi gündən və ixtisasını qanunvericiliyə uyğun olaraq dəyişdirmiş səhiyyə mütəxəssisləri yeni ixtisasını təsdiq edən sənədin verildiyi gündən beş il müddətində sertifikasiyadan keçmirlər.

Sertifikasiya prosesi necə həyata keçirilməsinə gəlincə isə, M. Mirzəzadə bildirib ki, sertifikasiya imtahanının keçirilməsinə 30 gün qalmış imtahana cəlb olunan hər bir şəxs Sertifikasiya Şurasının internet səhifəsində bu barədə məlumat yerləşdirmək yolu ilə və imtahana cəlb olunan şəxslərin təqdim etdikləri mobil telefon nömrələrinə zəng etməklə, yaxud elektron poçt ünvanlarına yazmaqla məlumatlandırılır. Sertifikasiya imtahanına cəlb edilən hər bir səhiyyə mütəxəssisinə şəxsi eyniləşdirmə kodu verilir. Şəxsi eyniləşdirmə kodu rəqəmlə ifadə olunur və imtahan zamanı şəxsin anonimliyinin qorunmasına xidmət edir.

“Sertifikasiya imtahanının sualları iki hissəyə (test və klinik tapşırıq) bölünür və məxfilik gözlənilməklə, Sertifikasiya komissiyası tərəfindən üç mürəkkəblik dərəcəsi üzrə tərtib edilir. Suallar toplusu hər il 10-20 faiz yeniləşdirilir. Sertifikasiya Komissiyası imtahan suallarının test hissəsinə dair düzgün cavabların siyahısını tərtib edir və məxfiliyin gözlənilməsi şərtilə xüsusi ayrılmış yerdə saxlanılmasını təmin edir. İmtahan sualları xüsusi optik cihazlar vasitəsilə oxunan cavab kartında qeyd olunur. İmtahanda istifadə edilən suallar sertifikasiya komissiyasının müvafiq ixtisas üzrə test bankından kompüter proqramı vasitəsilə seçilir və sual kitabçaları da məhz bu tapşırıqlar əsasında formalaşdırılır”.

Komissiya sədri əlavə edib ki, sertifikasiya imtahanı üç saat müddətində keçirilir. İmtahan zamanı fasilə verilmir. İmtahan suallarının test hissəsi üzrə 40 və ya daha çox, klinik tapşırıq hissəsi üzrə isə 16 və ya daha çox bal toplamış şəxslər sertifikasiyadan keçmiş hesab olunurlar.

M. Mirzəzadə bildirib ki, sertifikasiya imtahanında iştirak etmək üçün ilk növbədə ixtisasa müvafiq təkmilləşdirmə kursundan keçmək lazımdır.

Kursun müvəffəqiyyətlə başa vurulması haqqında məlumat Sertifikasiya Komissiyasına təqdim edildikdə həmçinin tələb edilən sənədlər:

1. Nazirlik tərəfindən müəyyən edilmiş formada ərizə;

2. Şəxsiyyət vəsiqəsi və onun surəti (soyadını dəyişdiyi halda nigah haqqında şəhadətnamə və onun surəti əlavə olunur);

3. Ali və ya orta tibb təhsili haqqında sənədlər (diplom və internatura) və onların surəti;

4. Əmək kitabçası və onun notarial qaydada və yaxud kadrlar şöbəsində təsdiq edilmiş surəti;

5. Kadrlar uçotunun şəxsi vərəqəsi (özəl tibb müəssisələrində çalışan və işsiz tibb işçilərinə aid edilmir);

6. İxtisasartırma kurslarını keçməsi barədə sənəd və onun surəti;

7. Sağlamlıq haqqında arayış – forma AZS086;

8. 3 x 4 sm ölçüdə 2 ədəd fotoşəkil (ərizəyə yapışdırılır).

Xəbər 1875 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər


BÜTÜN XƏBƏRLƏR +