AZAL-a məxsus təyyarənin qara qutusu tapılıb
Azərbaycan xalqına böyük faciə üz verib -Prezident
“Sədərək” Ticarət Mərkəzinin sahibinin oğlu dövlət qurumunu məhkəməyə verdi - Torpaq qalmaqalı
Azərbaycanda məmurdan inanılmaz fırıldaq - 162 min manatlıq “ölü canlar“ əməliyyatı
Şöbə müdiri direktoru məhkəməyə verdi - İşdə nazir müavini də var
Məşhur türk bloger “Kontakt home“dan şikayətçidir -Video+YENİLƏNİB
XİN-in arasında görüş keçirilib
Gömrük əməkdaşlarının maaşları niyə verilmir?
Tbilisidə polislər aksiya iştirakçılarına su şırnaqlarından istifadə ediblər
Azərbaycan komandası karate üzrə Qran-Pri turnirinin qalibi oldu -Foto


05.04.2021  15:32 

Misir Mərdanova yeni vəzifə verildi





A+  A-

AMEA-nın Fizika-Riyaziyyat və Tex­nika Elmləri Bölməsinin (FRTEB) Ümumi yığın­ca­ğının onlayn iclasında AMEA Riyaziyyat və Me­xanika İnstitutunun baş direktoru vəzifəsinə seçkilər keçirilib.
XəzərNews.az xəbər verir ki, açıq səsvermədən öncə çıxış edən FRTEB-in Elmi şurasının sədr müavini, akademik Cavad Ab­di­nov qeyd edib ki, AMEA prezidentinin təqdimatına və AMEA Rəyasət Heyətinin 8 yanvar 2021-ci il tarixli qərarına müvafiq olaraq, adıçəkilən vəzifəyə AMEA-nın müxbir üzvü Misir Mərdanovun namizədliyi irəli sürülüb.

Akademik Cavad Abdinov Misir Mərdanovun bioqrafiyası haqqında məlumat verib. Qeyd edib ki, alim müxtəlif illərdə Bakı Dövlət Universitetinin baş müəl­limi, dosenti, dekan müavini, tədris işləri üzrə pro­rektoru, sonralar isə rektoru vəzifələrində çalışıb. Misir Mərdanov 1998-2013-cü illərdə Azərbaycan Respublikasının Təhsil naziri olub. 2013-cü ildən isə AMEA-nın Riyaziyyat və Mexanika İnstitutunun di­rek­to­rudur.

Misir Mərdanovun 1996-cı ildən Azərbaycan Riyaziyyat Cə­miy­yətinin vitse-pre­zi­­denti, Türk dün­yası Riyaziyyat Cəmiyyətinin prezidenti, Türk dün­yası Ri­ya­ziy­­yat Cəmiyyətinin fəxri prezidenti, Pedaqoji təhsil üzrə Bey­nəl­xalq Elmlər Aka­­­demiyasının akademiki, eyni zamanda Rusiya Pedaqoji və Sosial Elm­­­lər Akademiyasının həqiqi və Rusiya Təhsil Akademiyasının xa­ri­ci olduğunu qeyd edən akademik Cavad Abdinov vurğulayıb ki, alim həmçinin bir sıra beynəlxalq elmi jurnalların, o cümlədən “Azerbaijan journal of Mathematics” və “TWMS Journal of Pure and Applied Mat­he­ma­tics”jurnallarının redaksiya he­yə­tinin üzvü, “Ri­­yaziyyat və Mexanika İnstitutunun Əsərləri” jurnalının baş re­dak­to­rudur: “Misir Mərdanov 2006-cı ildə “Şöhrət” ordeni ilə təltif olunub. Eyni zamanda, Azərbaycan və Dağıstan respublikalarının əməkdar elm xadimidir”.

Onlayn iclasda AMEA-nın müxbir üzvü Misir Mərdanovun elmi və elmi-təşkilati fəaliyyəti Bölmənin həqiqi və müxbir üzvləri tərəfindən geniş müzakirə olunub və yüksək qiymətləndirilib.

Açıq səsvermə ilə AMEA-nın müxbir üzvü Misir Mərdanov AMEA-nın Riyaziyyat və Mexanika İnstitutunun baş direktoru vəzifəsinə seçilib və təsdiq edilməsi üçün AMEA Rəyasət Heyəti qarşısında vəsatət qaldırılması barədə qərar qəbul edilib.

Xəbər 1886 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər


BÜTÜN XƏBƏRLƏR +