AZAL-a məxsus təyyarənin qara qutusu tapılıb
Azərbaycan xalqına böyük faciə üz verib -Prezident
“Sədərək” Ticarət Mərkəzinin sahibinin oğlu dövlət qurumunu məhkəməyə verdi - Torpaq qalmaqalı
Azərbaycanda məmurdan inanılmaz fırıldaq - 162 min manatlıq “ölü canlar“ əməliyyatı
Şöbə müdiri direktoru məhkəməyə verdi - İşdə nazir müavini də var
Məşhur türk bloger “Kontakt home“dan şikayətçidir -Video+YENİLƏNİB
XİN-in arasında görüş keçirilib
Gömrük əməkdaşlarının maaşları niyə verilmir?
Tbilisidə polislər aksiya iştirakçılarına su şırnaqlarından istifadə ediblər
Azərbaycan komandası karate üzrə Qran-Pri turnirinin qalibi oldu -Foto


05.04.2021  11:09 

Əlilliyə görə müddətin bitməsi əlilliyin ləğvi demək deyil





A+  A-

“Geridönməz hallar, amputasiya, sağalması mümkün olmayan ağır xəstəliklər və s. olduğu hallarda əlillik müddətsiz, yəni ömürlük verilir. Digər hallarda isə əlillik müddətli təyin edilir. Müddətli əlillik təyin edilmiş şəxslərə təyin olunmuş əlilliyin müddəti onlara təqdim edilmiş müvafiq sənədlərdə göstərilir”.
XəzərNews.az xəbər verir ki, bu barədə Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin yaydığı açıqlamada qeyd olunub.

Bildirilib ki, bəzən bu sənədlərlə diqqətlə tanış olmayan, əlillik müddətinə nəzər salmayan şəxslər məlumatsız olduqlarından əlilliyə görə aylıq sosial ödənişlər (pensiya, müavinət, təqaüd) dayandıqda bunu əlilliklərinin ləğv olunması kimi qəbul edirlər. Halbuki həmin sosial ödənişin dayanması əlillik müddətinin bitdiyini göstərir və əlilliyin ləğvi demək deyil.

Əlillik müddəti bitən şəxslər qanunvericiliyə müvafiq olaraq səhiyyə müəssisələrinə müraciət edərək müayinə olunmalı və əlillik müddətinin uzadılmasına dair göndəriş (Forma-88) səhiyyə müəssisələri tərəfindən Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin e-sisteminə daxil edilməlidir.

Qeyd edək ki, Nazirlər Kabinetinin 30 dekabr 2015-ci il tarixli 413 nömrəli qərarı ilə ölkə üzrə qüvvədə olan müddətli əlillik işləri hər hansı yoxlama olmadan, müayinələr aparılmadan avtomatik olaraq 5 il müddətinə uzadılmışdır. Bu qərar çox sayda şəxsi əhatə etmiş və onların əlillik müddəti 2021-ci ildə bitir. Ona görə də əlillik müddəti cari ildə bitən şəxslər əlilliyə dair sənədlərinə diqqətlə yanaşmalı və əlillik müddətinin bitməsinə bir müddət qalmış yuxarıda qeyd olunan qaydada səhiyyə müəssisələrinə müraciət edərək əlillik müddətinin uzadılmasına dair göndərişin (Forma-88) tərtib edilməsi üçün müayinələrdən keçməlidirlər.



Xəbər 1910 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər


BÜTÜN XƏBƏRLƏR +