AZAL-a məxsus təyyarənin qara qutusu tapılıb
Azərbaycan xalqına böyük faciə üz verib -Prezident
“Sədərək” Ticarət Mərkəzinin sahibinin oğlu dövlət qurumunu məhkəməyə verdi - Torpaq qalmaqalı
Azərbaycanda məmurdan inanılmaz fırıldaq - 162 min manatlıq “ölü canlar“ əməliyyatı
Şöbə müdiri direktoru məhkəməyə verdi - İşdə nazir müavini də var
Məşhur türk bloger “Kontakt home“dan şikayətçidir -Video+YENİLƏNİB
XİN-in arasında görüş keçirilib
Gömrük əməkdaşlarının maaşları niyə verilmir?
Tbilisidə polislər aksiya iştirakçılarına su şırnaqlarından istifadə ediblər
Azərbaycan komandası karate üzrə Qran-Pri turnirinin qalibi oldu -Foto


16.03.2021  09:06 

“Peyvəndlə bağlı sənədləşdirilmiş ölüm faktı yoxdur” - ÜST





A+  A-

“AstraZeneca” vaksinin istifadəsinin bəzi ölkələrdə dayandırılmasından sonra bu gün ÜST Qlobal Vaksin Təhlükəsizliyi Məsləhət Komitəsi bir araya gələcək”.
XəzərNews.az xarici KİV-ə istinadən xəbər verir ki, bunu Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) Baş direktoru Tedros Adanom Qebreyesus İsveçrənin Cenevrə şəhərində keçirdiyi mətbuat konfransında deyib.

Baş direktorun sözlərinə görə, komitə Avropa Dərman Agentliyi (EMA) ilə təmasdadır:

“Ancaq indi bir çox ölkənin qarşı-qarşıya olduğu ən böyük təhdid koronavirus vaksinlərinə əlçatanlığın əskikliyidir. Demək olar ki, hər gün dünyanın dörd bir tərəfindən yüksək vəzifəli siyasətçilərdən zənglər gəlir və məndən COVAX çərçivəsində nə zaman vaksin tədarük edəcəklərini soruşurlar.

Bəziləri ümidlərini üzüb və bunun səbəbini başa düşürəm. Öz ölkələrində heç bir vaksin olmadığı halda, dünyanın ən zəngin ölkələrinin bəzilərinin əhalisini dəfələrlə peyvəndləməyə çatacaq qədər vaksin satın aldıqlarını görürlər”.

ÜST-ün Elm Heyətinin baş mütəxəssisi Dr. Soumya Svaminathan “AstraZeneca” ilə əlaqədar sualları cavablandırıb:

“Qlobal miqyasda fərqli firmaların istehsal etdiyi 300 milyon dozdan çox koronavirus vaksini tətbiq olunub və peyvəndlə bağlı sənədləşdirilmiş bir ölüm müəyyənləşdirilməyib”.

O, “AstraZeneca” vurulmuş insanları təşvişə düşməməyə çağırıb:

“Xatırladıram ki, koronavirus milyonlarla insanın ölümünə səbəb olub. Pandemiyanın bitməsi üçün vaksinasiya şərtdir”.

Qeyd edək ki, “AstraZeneca” qanda laxtalanmaya səbəb olduğu üçün 11 ölkə artıq onun tətbiqini müvəqqəti dayandırıb.

Xəbər 1064 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər


BÜTÜN XƏBƏRLƏR +