AZAL-a məxsus təyyarənin qara qutusu tapılıb
Azərbaycan xalqına böyük faciə üz verib -Prezident
“Sədərək” Ticarət Mərkəzinin sahibinin oğlu dövlət qurumunu məhkəməyə verdi - Torpaq qalmaqalı
Azərbaycanda məmurdan inanılmaz fırıldaq - 162 min manatlıq “ölü canlar“ əməliyyatı
Şöbə müdiri direktoru məhkəməyə verdi - İşdə nazir müavini də var
Məşhur türk bloger “Kontakt home“dan şikayətçidir -Video+YENİLƏNİB
XİN-in arasında görüş keçirilib
Gömrük əməkdaşlarının maaşları niyə verilmir?
Tbilisidə polislər aksiya iştirakçılarına su şırnaqlarından istifadə ediblər
Azərbaycan komandası karate üzrə Qran-Pri turnirinin qalibi oldu -Foto


15.03.2021  11:46 

İlk dəfə mal-qaranın sığortası kalkulyatoru istifadəyə verilib





A+  A-

Azərbaycanda dövlət dəstəyi ilə aqrar sığorta mexanizmi çərçivəsində ölkədə ilk dəfə olaraq kəndə təsərrüfatı heyvanlarının sığorta kalkulyatoru istifadəyə verilib.
Kənd Təsərrüfatı Nazirliyindən XəzərNews.az-a verilən məlumata görə, Aqrar Sığorta Fondunun məlumatına görə, artıq mal-qara və heyvandarlıq təsərrüfatının sahibləri bu kalkulyatorun köməyi ilə öz heyvanlarının sığorta haqqını müstəqil şəkildə hesablaya biləcəklər.

Kalkulyatorun istifadəyə verilməsində məqsəd fermerləri aqrar sığorta tarifləri, o cümlədən heyvanların sığortası haqları barədə daha aktiv məlumatlandırmaqdır. Fermerlər və aqrar sahədə çalışanlar aqrar sığorta kalkulyatorundan istifadə etməklə sığortanın əhatə etdiyi heyvanların sığorta haqqını və sığorta məbləğini özləri müstəqil olaraq hesablaya biləcəklər.

Aqrar sığorta kalkulyatorundan istifadə üsulu sadədir. İstənilən şəxs kalkulyatora daxil olaraq ona məxsus olan kənd təsərrüfatı heyvanlarının növünü, sayını və qiymətini, eləcə də, istədiyi təminatı və sığorta müddətini daxil etməklə ödəyəcəyi sığorta haqqını asanlıqla hesablaya bilər.
Kalkulyatordan istifadə edərkən sığorta haqqının ümumi məbləği ilə yanaşı, dövlətin və fermerin ödəyəcəyi məbləğlər də ayrıca göstərilir. Bu da kənd təsərrüfatı sahəsində çalışanların sığorta tarifləri və haqları ilə daha asan şəkildə tanış olmasına, öz gəlirlərini və xərclərini planlaşdırmasına kömək edəcək.
Heyvanların sığortası kalkulyatoruna bu linkdən keçmək olar: (https://asf.gov.az/insurance-calculators/livestock-insurance)

Xatırladaq ki, ölkədə ilk dəfə tətbiq edilən dövlət dəstəyi ilə aqrar sığorta mexanizmi vasitəsilə hazırda 1-7 yaşlı südlük inək və camışları sığortalamaq mümkündür. Aqrar sığorta qaydalarına görə, hesablanmış aqrar sığorta haqqının 50%-ni dövlət ödəyir.

Qeyd edək ki, bundan əvvəl Azərbaycanda ilk dəfə olaraq əkin sahələrinin aqrar sığortası üzrə kalkulyator da istifadəyə verilib. Bitkilərin sığorta kalkulyatoruna bu linkdən keçmək olar: (https://asf.gov.az/insurance-calculators/crop-insurance)

Hazırda Aqrar Sığorta Fondu 1 növ heyvan (südlük inək-camışlar), 14 növ bitkiləri (buğda, arpa, çəltik, qarğıdalı, kartof, üzüm, naringi, limon, portağal, fındıq, çay, pambıq, tütün, çuğundur) və balıqları sığorta edir. Bu bitkilər ölkədəki bütün əkin sahələrinin 85%-ni təşkil edir. Gələcəkdə sığortalanan bitki və heyvanların siyahısının daha da genişləndirilməsi, nəticədə aqrar sığortanın ölkədəki bütün əkin sahələrinin 95%-ni əhatə etməsi nəzərdə tutulur.



Xəbər 1809 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər


BÜTÜN XƏBƏRLƏR +