AZAL-a məxsus təyyarənin qara qutusu tapılıb
Azərbaycan xalqına böyük faciə üz verib -Prezident
“Sədərək” Ticarət Mərkəzinin sahibinin oğlu dövlət qurumunu məhkəməyə verdi - Torpaq qalmaqalı
Azərbaycanda məmurdan inanılmaz fırıldaq - 162 min manatlıq “ölü canlar“ əməliyyatı
Şöbə müdiri direktoru məhkəməyə verdi - İşdə nazir müavini də var
Məşhur türk bloger “Kontakt home“dan şikayətçidir -Video+YENİLƏNİB
XİN-in arasında görüş keçirilib
Gömrük əməkdaşlarının maaşları niyə verilmir?
Tbilisidə polislər aksiya iştirakçılarına su şırnaqlarından istifadə ediblər
Azərbaycan komandası karate üzrə Qran-Pri turnirinin qalibi oldu -Foto


13.03.2021  10:54 

Tanınmış vəkil məhkəmə zalında həbs edildi





A+  A-

Dələduzluqda ittiham olunan tanınmış vəkil Ruhid Əkbərova hökm oxunub.
XəzərNews.az bildirir ki, “Qafqazinfo”nun əldə etdiyi məlumata görə, 13 saylı Vəkil Bürosunun vəkili Əkbərov Ruhid Rəşid oğlunun cinayət işi üzrə məhkəmə prosesi Bakı Ağır Cinayətlər Məhkəməsində keçirilib.

Martın 11-də keçirilən sonuncu prosesdə hakim Azər Paşayevin hökmü ilə Ruhid Əkbərov 3 il müddətinə azadlıqdan məhrum edilib. İstintaq zamanı azadlıqda qalan vəkil məhkəmə zalında həbs edilib.

İstintaq dövründə R.Əkbərovun Vəkillər Kollegiyasına üzvlüyü saxlanılsa da, onun vəkil kimi fəaliyyəti dayandırılmışdı.

R.Əkbərov Cinayət Məcəlləsinin 178.3.2-ci (dələduzluq, külli miqdarda ziyan vurduqda) maddəsi ilə təqsirləndirilir. O, iki vətəndaşa 50 min manatdan çox pul “atmaq”da ittiham edilir.

Məlumata görə, R.Əkbərov vətəndaşlardan onların yaxınlarının cinayət işi üzrə bəraət yaxud digər yüngülləşdirici qərar verilməsinə nail olacağını vəd edərək külli miqdarda pul alıb.

Qeyd edək ki, R.Əkbərov daha öncə Ali Məhkəmədə məsləhətçi işləyib. Həmin zaman korrupsiya şəraiti yaradan hallara görə işdən uzaqlaşdırılıb.

Vəkillər Kollegiyasının üzvü olan Ruhid Əkbərov ictimaiyyətin diqqətində olan bir neçə işlərdə çıxış edib.

Sonuncu dəfə isə Türkiyədə saxlanılıb Azərbaycana ekstradisiya edilən tanınmış sabiq deputat, “Quska” ləqəbli Hüseyn Abdullayevin cinayət işi üzrə istintaqın ilkin mərhələsində onun vəkili olub.

Xəbər 1683 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər


BÜTÜN XƏBƏRLƏR +