AZAL-a məxsus təyyarənin qara qutusu tapılıb
Azərbaycan xalqına böyük faciə üz verib -Prezident
“Sədərək” Ticarət Mərkəzinin sahibinin oğlu dövlət qurumunu məhkəməyə verdi - Torpaq qalmaqalı
Azərbaycanda məmurdan inanılmaz fırıldaq - 162 min manatlıq “ölü canlar“ əməliyyatı
Şöbə müdiri direktoru məhkəməyə verdi - İşdə nazir müavini də var
Məşhur türk bloger “Kontakt home“dan şikayətçidir -Video+YENİLƏNİB
XİN-in arasında görüş keçirilib
Gömrük əməkdaşlarının maaşları niyə verilmir?
Tbilisidə polislər aksiya iştirakçılarına su şırnaqlarından istifadə ediblər
Azərbaycan komandası karate üzrə Qran-Pri turnirinin qalibi oldu -Foto


22.03.2020  18:53 

Nazirlik əhaliyə müraciət etdi





A+  A-

Əhalinin təhlükəsizliyinin təmin edilməsi və sağlamlığının qorunması məqsədi ilə ölkəmizdə COVİD-19 virusu pandemiyasının yayılmasının qarşısının alınması ilə bağlı kompleks tədbirlər həyata keçirilir.
Ədliyyə Nazirliyindən XəzərNews.az-a verilən məlumata görə, Nazirlər Kabineti yanında Operativ Qərargah tərəfindən zəruri sosial izolyasiya tədbirləri müəyyən edilib, vətəndaşlara kütləvi yerlərdən və qapalı məkanlardan uzaq durmaq tövsiyə olunub, dövlət qurumlarına vətəndaş müraciətlərinin yalnız elektron və telefon vasitəsilə qəbul olunması, mümkün olduğu halda, səyyar xidmətlərin göstərilməsi tapşırılıb.

Bununla əlaqədar Ədliyyə Nazirliyi tərəfindən əhaliyə qeydiyyat və notariat sahəsində göstərilən xidmətlər üçün yalnız təxirəsalınmaz hallarda müraciət edilməsi tövsiyə olunur. Nazirliyin qurumlarına bilavasitə müraciət edən şəxslərə müvafiq xidmətlər, o cümlədən nikahın qeydiyyatı sosial izolyasiya tədbirləri nəzərə alınmaqla göstəriləcək. Bu dövr ərzində təntənəli nikah mərasimləri həyata keçirilmir.

Bildirilir ki, vətəndaşlar nazirliyin rəsmi internet saytının "Vətəndaşlar üçün əlaqə" və "İnteraktiv əlaqə" bölmələri vasitəsilə ədliyyə xidmətləri ilə bağlı müraciət edə bilərlər:

– "Vətəndaşlar üçün əlaqə" bölməsində (http://justice.gov.az/home/contact) nazirliyin, o cümlədən qeydiyyat və notariat orqanlarının əlaqə vasitələri və elektron müraciət forması mövcuddur;

– "İnteraktiv əlaqə" bölməsi (http://justice.gov.az/categories/1035) vasitəsilə isə yaranan sualların onlayn rejimdə cavablandırılması mümkündür.

Eyni zamanda, ədliyyə xidmətlərindən elektron qaydada yararlanmaq üçün nazirliyin elektron xidmətlər bölməsi (www.exidmet.justice.gov.az) fəaliyyət göstərir. Vətəndaşlar e-xidmətlər barədə, o cümlədən vətəndaşın, həmçinin Azərbaycan Respublikasında daimi yaşayan əcnəbilər və vətəndaşlığı olmayan şəxsin fərdi identifikasiya nömrəsi ilə bağlı əlavə məlumatı (012) 525-40-40 telefon nömrəsi vasitəsilə əldə edə bilərlər.

Rəsmi sənədlərin tərcüməsinin notariat qaydasında təsdiqi, habelə xaricdə istifadə edilməsi üçün onlara apostil verilməsi və yaxud leqallaşdırılması üçün hazırlanması və ünvana çatdırılması xidmətlərindən yararlanmaq üçün 24 saat ərzində 050 365 06 58 və ya 051 225 18 08 nömrələrinə telefon və ya whatsapp, yaxud [email protected] elektron poçt vasitəsi ilə müraciət oluna bilər.

Həmçinin, Ədliyyə Nazirliyinin (012) 404-42-64, (012) 404-42-65, (012) 562-91-99, (012) 561-77-04 telefon nömrələri vasitəsilə notariuslarla əlaqə saxlanılmaqla səyyar notariat xidmətlərinin göstərilməsi üçün müraciət oluna bilər.

Xatırladırıq ki, nəqliyyat vasitələrinin idarə olunmasına dair, həmçinin bu ərəfədə istifadə verilmiş vəkillərə verilən etibarnamələrin elektron rəsmiləşdirilməsi xidməti həftənin bütün günləri 24 saat ərzində "Mobil notariat" proqram tətbiqi vasitəsilə həyata keçirilir. Bu xidmətdən faydalanmaq üçün App Store və ya Google Play elektron platformasından həmin proqramı telefona yükləmək kifayətdir. Ətraflı məlumat mobil tətbiqin sosial şəbəkə səhifəsində (facebook.com/mobilnotariat) yerləşdirilib.

Xəbər 1775 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər


BÜTÜN XƏBƏRLƏR +