AZAL-a məxsus təyyarənin qara qutusu tapılıb
Azərbaycan xalqına böyük faciə üz verib -Prezident
“Sədərək” Ticarət Mərkəzinin sahibinin oğlu dövlət qurumunu məhkəməyə verdi - Torpaq qalmaqalı
Azərbaycanda məmurdan inanılmaz fırıldaq - 162 min manatlıq “ölü canlar“ əməliyyatı
Şöbə müdiri direktoru məhkəməyə verdi - İşdə nazir müavini də var
Məşhur türk bloger “Kontakt home“dan şikayətçidir -Video+YENİLƏNİB
XİN-in arasında görüş keçirilib
Gömrük əməkdaşlarının maaşları niyə verilmir?
Tbilisidə polislər aksiya iştirakçılarına su şırnaqlarından istifadə ediblər
Azərbaycan komandası karate üzrə Qran-Pri turnirinin qalibi oldu -Foto


17.03.2020  09:35 

50 yaşdan sonra bu üsullarla arıqlayın





A+  A-

50 yaşdan sonra arıqlamaq çətin hesab olunsa da, mümkündür. Bunun üçün bir neçə asan üsul mövcuddur. İlk növbədə, fiziki yükü artırmaq və qida rasionunu yenidən nəzərdən keçirmək lazımdır.
XəzərNews.az “MedikForum.ru”ya istinadən xəbər verir ki, bədənin müəyyən fizioloji dəyişikliklərinə baxmaraq, “çətin” yaşda da arıqlamaq həqiqətə uyğundur. Daha incə olmaq üçün çətin olmayan üsullardan biri müəyyən məhsulları qəbul etməkdən ibarətdir - zülallı və acı. Zülal əzələ kütləsini yıqmaqda və dəstəklənməsi üçün zəruridir. Acı və ədviyyatlı qidaya gəldikdə isə, o, metabolizmi sürətləndirən və bununla da yağları yandıran çoxlu spesifik birləşmələrlə zəngindir.

Ümumiyyətlə, 50 yaşdan sonra arıqlamaq və sağlam çəkini saxlamaq üçün rasionu meyvə və tərəvəzin, paxlalıların, liflə zəngin məhsulların çoxaldılması istiqamətində dəyişmək lazımdır. Qırmızı ət çox yemək lazım deyil (emal olunmuş ət məhsullarını tamamilə xaric etmək lazımdır), sadə (tez) karbohidratların və şəkərin qəbulunu minimuma salmaq lazımdır.

Həmçinin karbohidratlı məhsullar qəbul etmək lazımdır. Onları daha əvvəl yemək vərdişindən imtina edin: qida qəbuluna tərəvəz və zülaldan başlayın, yalnız ondan sonra, məsələn, çörək yeyin. Bu yolla orqanizmdə iştahı yüksəldən hormonun istehsalı gecikəcək.

50 yaşdan sonra arıqlamaq üçün daha bir asan üsul – 8-9 saat yatmaqdır. Bunun sayəsində yetərincə melatonin istehsal olunur. Əgər yuxu ilə bağlı problemləriniz varsa, həkimə müraciət etmək lazımdır, o, xüsusi preparatlar təyin edəcək.

Fiziki aktivliyin səviyyəsini qaldırmaq vacibdir. Arıqlamağa daha effektiv təsir edən əzələ toxumasının faizini yüksəldən güc məşqləridir.

50 yaşdan sonra həkim-endokrinoloqda qalxanabənzər vəzinin vəziyyətini yoxlamaq lazımdır. Bu, orqanizmdə hormonal disbalansın olub-olmamasını öyrənməkdə kömək edəcək.

Xəbər 1818 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər


BÜTÜN XƏBƏRLƏR +