AZAL-a məxsus təyyarənin qara qutusu tapılıb
Azərbaycan xalqına böyük faciə üz verib -Prezident
“Sədərək” Ticarət Mərkəzinin sahibinin oğlu dövlət qurumunu məhkəməyə verdi - Torpaq qalmaqalı
Azərbaycanda məmurdan inanılmaz fırıldaq - 162 min manatlıq “ölü canlar“ əməliyyatı
Şöbə müdiri direktoru məhkəməyə verdi - İşdə nazir müavini də var
Məşhur türk bloger “Kontakt home“dan şikayətçidir -Video+YENİLƏNİB
XİN-in arasında görüş keçirilib
Gömrük əməkdaşlarının maaşları niyə verilmir?
Tbilisidə polislər aksiya iştirakçılarına su şırnaqlarından istifadə ediblər
Azərbaycan komandası karate üzrə Qran-Pri turnirinin qalibi oldu -Foto


18.03.2019  14:38 

“Şəbəkə biznesi” ifşa edildi – 700 min dollarlıq dələdəzluq





A+  A-

Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları tərəfindən dələduzluq yolu ilə insanların etibarından sui-istifadə edən və bununla da zərərçəkənlərin külli miqdarda xarici valyutada olan pul vəsaitini mənimsəyən mütəşəkkil cinayətkar dəstənin üzvləri ifşa ediliblər.
Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən XəzərNews.az-a verilən məlumata görə, Maliyyə Bazarlarına Nəzarət Palatasının əməkdaşlarının iştirakı ilə keçirdikləri əməliyyat-tədbiri nəticəsində bir qrup şəxsin investisiya şirkəti adı altında «şəbəkə biznesi» yaradaraq çoxsaylı vətəndaşları aldatmaları müəyyən edilib.

Araşdırma zamanı müəyyən olunub ki, Bakı şəhər sakini Kənan Mustafazadə, Qırğızıstan Respublikasında anadan olan Rəfail Taştəmirov, Lənkəran rayon sakini Xəyal Yaxyayev, Gəncə şəhər sakini Müslüm İsmayılov, Qəbələ rayon sakini Araz Qasımov və qeyriləri 2018-ci ilin iyun ayında internet şəbəkəsində xüsusi lokal proqram yaradaraq, dövlət qeydiyyatına alınmayan və dövlət reyestrinə daxil edilməyən «İnvestsland» investisiya şirkəti adı altında özləri tərəfindən uydurulmuş «şəbəkə biznesi» yaradıblar.

Onlar əslində mövcud olmayan «BeardyCoin» adlı kriptovalyutanın guya beynəlxalq valyuta bazarında satışını təşkil etdiklərini, mərkəzi ofislərinin Amerika Birləşmiş Ştatlarında yerləşdiyini və özlərini həmin şirkətin Azərbaycan Respublikasındakı rəsmi nümayəndələri kimi təqdim edərək «investisiya paketi» adı ilə şişirdilmiş yüksək gəlirlər vəd etməklə vətəndaşların pul vəsaitlərini aldatma yolu ilə ələ keçiriblər.

Bu qayda ilə adıçəkilən şəxslər qurduqları «şəbəkə biznesi»nə piramida şəklində çoxsaylı vətəndaşları cəlb edərək onlara faktiki mövcud olmayan, uydurulmuş «BeardyCoin» adlı kriptovalyutanı 700.000 ABŞ dollarına satıblar. Araşdırma zamanı dəstə üzvlərinin «investisiya paketi» adı altında şişirdilmiş yüksək gəlirlər təklif edərək ümumilikdə 4000 yaxın vətəndaşı aldatdıqları müəyyən edilib. Əməliyyat tədbirlərinin davamı olaraq həmin şəxslərin paytaxtın

Nəsimi rayonunda icarəyə götürdükləri ofisə baxış keçirilən zaman iş üçün əhəmiyyət kəsb edən maddi sübutlar aşkar edilərək götürülüb.

Faktla bağlı Baş İdarənin İstitaq Şöbəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.1 (Dələduzluq, mütəşəkkil dəstə tərəfindən törədildikdə) maddəsi ilə cinayət işi başlanıb, mütəşəkkil dəstənin 5 üzvü barədə həbs qətimkan tədbiri seçilib, istintaq-əməliyyat tədbirləri davam etdirilir.

Xəbər 1619 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər


BÜTÜN XƏBƏRLƏR +