AZAL-a məxsus təyyarənin qara qutusu tapılıb
Azərbaycan xalqına böyük faciə üz verib -Prezident
“Sədərək” Ticarət Mərkəzinin sahibinin oğlu dövlət qurumunu məhkəməyə verdi - Torpaq qalmaqalı
Azərbaycanda məmurdan inanılmaz fırıldaq - 162 min manatlıq “ölü canlar“ əməliyyatı
Şöbə müdiri direktoru məhkəməyə verdi - İşdə nazir müavini də var
Məşhur türk bloger “Kontakt home“dan şikayətçidir -Video+YENİLƏNİB
XİN-in arasında görüş keçirilib
Gömrük əməkdaşlarının maaşları niyə verilmir?
Tbilisidə polislər aksiya iştirakçılarına su şırnaqlarından istifadə ediblər
Azərbaycan komandası karate üzrə Qran-Pri turnirinin qalibi oldu -Foto


02.10.2018  17:09 

Xərçəngi necə aldatmaq olar? - Nobeli buna görə aldılar





A+  A-

Xəbər verdiyimiz kimi, bu il tibb üzrə Nobel mükafatı T-hüceyrələrindən istifadə etməklə xərçəng xəstəliklərinin inqilabi immunoterapiya metodu ilə (xərçəngə qarşı bədənin özünü təbii yolla müdafiəsi) müalicə üsuluna görə amerikalı Ceyms Allison və yaponiyalı Tasuku Xondzyoya verildi.
XəzərNews.az xəbər verir ki, Nobel komitəsinin qərarında bildirilir ki, hər iki laureatın böyük kəşfi xərçənglə mübarizədə dönüş nöqtəsi olub. Allison və Xondzyo tərəfindən hazırlanan müalicə metodu xərçəngin inkişaf etdiyi bəzi xəstələrdə nəticələri köklü şəkildə dəyişə bilib.

Xərçəngi necə aldatmaq olar?

Adətən bizim immun sistemimiz müstəqil şəkildə orqanizmdəki mutasiyaya məruz qalmış hüceyrələri tapır, çoxalmağa imkan vermədən onları parçalayır. Lakin xərçəng hüceyrələri bu təbii müdafiəni yarmağın yolunu tapa biliblər. Nəticədə şişlər sürətlə böyüməyə başlayır.

Allison və Xondzyo isə xərçəng hüceyrələrini “aldadaraq” onların immun reaksiyanı bloklamasına imkan verməməyin yolunu öyrəniblər. Bu, müalicədə əsl inqilab yaradaraq yeni nəsil dərman preparatlarının əsasını təşkil edib.

Həmin dərman preparatlarının yan təsirləri az olmasa da, onlar onkologiya ilə mübarizədə effektivliklərini sübut ediblər. Bəzən əvvəllər müalicəsi mümkün olmayan xərçəngin son mərhələsində olan xəstələri də artıq sağaltmaq mümkün olur.

Xərçənglə mübarizədə xəstələrin öz immunitetlərini səfərbər etməklə bağlı fikrə alimlər hələ 100 il əvvəl gəliblər. Ancaq 1990-cı illərdə bu sahədə əsl sıçrayış edilib.

Amerikalı Allison bizim immunitetimizi ləngidən təbii mexanizmi, İmmun Nəzarət Nöqtələrini kəşf etdi ki, bu mexanizmlə yad və mutasiyalaşan hüceyrələri tanıyan və onları məhv edən T-limfositlərini “sakitləşdirmək” mümkün olur. Əgər bu mexanizm pozulursa, orqanizm öz-özünü məhv etməyə başlayır. Yad və mutasiyalaşan hüceyrələrlə yanaşı, orqanizmin sağlam toxumaları da məhvə məhkum olur.

Allison xərçəngə yoluxdurulan siçanlar üzərində təbii “tormoz” mexanizmini söndürərək inanılmaz nəticələr əldə edib. Şiş hüceyrələri daha immunitetdən gizlənə bilmirlər və orqanizm xərçənglə daha effektiv mübarizə aparmağa başlayır.

Buna paralel olaraq 1992-ci ildə Tasuku Xondzyo eyni prinsiplə çalışaraq İmmun Nəzarət Nöqtələrininin başqa növünü kəşf edib. Yapon professor da öz kəşfində bir neçə immunoterapiya metodunu işləyib hazırlayıb.

Hazırda həmin alimlərin təklif etdikləri metod əsasında hazırlanan preparatlar xərçəng xəstəliklərinin müalicəsində uğurla tətbiq edilir. Lakin bir çox dərmanlar hazırda kliniki sınaqdan keçdikləri üçün yaxın illərdə əlçatan olacaqlar.

Xəbər 1534 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər


BÜTÜN XƏBƏRLƏR +