Tramp Kanadaya bu taarifi 50%-ə qaldırdı
Azərbaycan kimi seçir: Türkiyə, yoxsa İsrail?
Bu Mərkəz nazirin arvadına 120 min icarə haqqı ödəyir
Moskvaya hücum: Qurbanların sayı artır
Leks Fridman təyyarə hücumundan necə sağ çıxıb?
Ciddədə Ukrayna - ABŞ danışıqları başladı
Qarabağ qazisi diasporu və QHT-ləri sərt tənqid etdi
Bakıda sürücünü maşından çıxarıb döydülər
Kimlər pulsuz ev alacaqlar?
Bu restoranın qarşısında diqqətli olun!


06.08.2018  15:09 

Azərbaycanda dini fənn tədris olunacaq





A+  A-

"Cəmiyyətin həyatında dinin böyük rolu var. O, insanların həyatının ayrılmaz parçasıdır. Belə olan halda insanlar müxtəlif mənbələrdən dini biliklər əldə etməyə çalışır. Bunun mənfi tərəfi isə yaranmış fürsətdən radikal meyilli qrupların məharətlə istifadə etməsi və bilgisiz insanları öz təsir dairələrinə salmağa səy göstərməsidir".
XəzərNews.az Oxu.Az-a istinadən xəbər verir ki, bunu Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı deyib.

“Azərbaycanlı yeniyetmə və gənclərin ilkin dini bilikləri internet resurslarından, cəmiyyətdəki təsadüfi şəxslərdən və ya dinlə bağlı lazımi qədər məlumata malik olmayan valideynlərindən alması məqsədəuyğun hesab edilmir”, - deyən komitə sədrinin sözlərinə görə, bu sadalanan “mənbələr” yetərli dini biliklərə və ortaq dini düşüncəyə malik olmadıqları üçün gənclərin dini dünyagörüşünün formalaşması işi onlara etibar edilə bilməz:

“Odur ki, vətəndaşlarımıza hələ yeniyetmə dövründə eyni mənbədən, fərqli izahlara yol açılmadan ilkin dini biliklər verilməlidir.

Yalnız bu halda yeniyetmələrin sonradan yad təsirlərə məruz qalması ehtimalı məhdudlaşacaq, İslam və digər dinləri əxlaq və mənəviyyat nöqteyi-nəzərindən əxz etmiş gənclərimizi radikal, məzhəbçi ruhda yenidən tərbiyə etmək, demək olar ki, mümkünsüz olacaq”.

Komitə sədri deyib ki, hazırda bizim məktəblərdə tədris olunan “Həyat bilgisi” fənni tələbi tam ödəyə bilmir.

“Əksər ölkələrdə, o cümlədən, qonşu Gürcüstan və Rusiyada bu prosesə artıq başlanıb. Hazırda Rusiyanın ümumtəhsil məktəblərində “Dini mədəniyyətlərin və dünyəvi etikanın əsasları” adlı fənn tədris olunur.

Dövlət Komitəsi bu sahədə mövcud reallığı nəzərə alaraq, ümumtəhsil məktəblərində dinlərlə bağlı tədris ediləcək mövzuları hazırlayaraq müvafiq qurumlara təqdim edib”, - deyə, M.Qurbanlı əlavə edib.

Xəbər 1675 dəfə oxunub.




11.03.2025  18:37 

Bəs, “ədalət“ nədir?

11.03.2025  14:37 

Yel çərşənbəniz mübarək!

11.03.2025  10:34 

Kimlər pulsuz ev alacaqlar?

10.03.2025  18:24 

Tofiq Yaqubluya hökm oxundu


BÜTÜN XƏBƏRLƏR +