AZAL-a məxsus təyyarənin qara qutusu tapılıb
Azərbaycan xalqına böyük faciə üz verib -Prezident
“Sədərək” Ticarət Mərkəzinin sahibinin oğlu dövlət qurumunu məhkəməyə verdi - Torpaq qalmaqalı
Azərbaycanda məmurdan inanılmaz fırıldaq - 162 min manatlıq “ölü canlar“ əməliyyatı
Şöbə müdiri direktoru məhkəməyə verdi - İşdə nazir müavini də var
Məşhur türk bloger “Kontakt home“dan şikayətçidir -Video+YENİLƏNİB
XİN-in arasında görüş keçirilib
Gömrük əməkdaşlarının maaşları niyə verilmir?
Tbilisidə polislər aksiya iştirakçılarına su şırnaqlarından istifadə ediblər
Azərbaycan komandası karate üzrə Qran-Pri turnirinin qalibi oldu -Foto


25.06.2018  15:08 

Sabahdan anomal istilər başlayır - Xəbərdarlıq





A+  A-

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamenti sabaha olan hava proqnozunu açıqlayıb.
XəzərNews.az xəbər verir ki, Bakıda və Abşeron yarımadasında iyunun 26-da hava şəraitinin günəşli olacağı gözlənilir. Mülayim şimal-qərb küləyi əsəcək, gündüz şimal-şərq küləyi ilə əvəz olunacaq.

Havanın temperaturunun Abşeron yarımadasında gecə 21-24, gündüz 33-38, Bakıda gecə 22-24, gündüz 36-38 dərəcə isti olacağı gözlənilir.
Atmosfer təzyiqi normadan aşağı 757 mm civə sütunu, nisbi rütubət gecə 55-65, gündüz 30-35 faiz təşkil edəcək.

Abşeron çimərliklərində iyunun 26-da şimal çimərliklərində (Sumqayıt, Novxanı, Pirşağı, Nardaran, Bilgəh, Zaqulba) dəniz suyunun temperaturu 24-25, cənub çimərliklərində (Türkan, Hövsan, Sahil, Şıx) isə 25-26 dərəcə isti təşkil edəcək.

Çimərliklərdə mülayim şimal küləyinin əsməsi əlverişli hava şəraitini şərtləndirir. Lakin temperaturun 38 dərəcəyədək qalxması ilə əlaqədar günorta saatlarında günəş şüalarından qorunmağı tövsiyə edirik.

Azərbaycanın rayonlarında sabah hava şəraitinin yağmursuz keçəcəyi gözlənilir. Qərb küləyi əsəcək, gecə və səhər ayrı-ayrı yerlərdə arabir güclənəcək.

Havanın temperaturunun gecə 20-25, gündüz 35-40, dağlarda gecə 13-18, gündüz 22-27 dərəcə isti olacağı gözlənilir.

İyunun 26-27-də Abşeron yarımadasında günorta saatlarında isti temperatur diskomfortu gözlənilir ki, bu da meteohəssas insanlar üçün əlverişsizdir.

İyunun 26-dan ayın sonunadək ölkə ərazisində hava şəraitinin anomal isti olacağı, havanın maksimal temperaturunun 35-40, Mərkəzi-Aran rayonlarının və Naxçıvan MR-nın bəzi yerlərində 42 dərəcəyədək yüksələcəyi gözlənilir

Xəbər 1053 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər


BÜTÜN XƏBƏRLƏR +