AZAL-a məxsus təyyarənin qara qutusu tapılıb
Azərbaycan xalqına böyük faciə üz verib -Prezident
“Sədərək” Ticarət Mərkəzinin sahibinin oğlu dövlət qurumunu məhkəməyə verdi - Torpaq qalmaqalı
Azərbaycanda məmurdan inanılmaz fırıldaq - 162 min manatlıq “ölü canlar“ əməliyyatı
Şöbə müdiri direktoru məhkəməyə verdi - İşdə nazir müavini də var
Məşhur türk bloger “Kontakt home“dan şikayətçidir -Video+YENİLƏNİB
XİN-in arasında görüş keçirilib
Gömrük əməkdaşlarının maaşları niyə verilmir?
Tbilisidə polislər aksiya iştirakçılarına su şırnaqlarından istifadə ediblər
Azərbaycan komandası karate üzrə Qran-Pri turnirinin qalibi oldu -Foto


16.05.2018  12:32 

Azərbaycan səhiyyəsi niyə can verir?





A+  A-

Və ya Hippokrat andına xilaf çıxanlar...
Azərbaycanın səhiyyə sistemindəki yarıtmazlıqlarla bağlı söz-söhbətlər bitib-tükənmək bilmir. Az qala hər gün həkimlərin yarıtmaz əməlləri, yanlış diaqnoz, rüşvət, korrupsiya, ana və uşaq ölümləri ilə bağlı üzücü xəbərlər alırıq. Eyni zamanda, Təcili Tibbi Yardım Stansiyalarının fəaliyyətsizliyi haqlı narazılıqlar yaradır. Zaman-zaman yardıma çağırılan təcili tibbi yardım maşınlarının vaxtında mənzil başına çatmaması ilə bağlı çoxsaylı şikayətlər eşidilməkdədir. Bəzi əsaslı iddialara görə, bu sahədə çalışan həkimlər kifayət qədər peşəkar və işlərinin mütəxəssisi deyillər. Buna görə də hər gün respublikanın müxtəlif yerlərində bəzi xoşagəlməz hallar baş verir…



Ümumilikdə isə Azərbaycanda səhiyyənin təşkilində çox ciddi problemlər var. Dünyada qəbul edilmiş normalara görə, hər 2 min adama bir sahə həkimi, hər 5 min nəfərə bir təcili yardım stansiyası, hər 10 min nəfərə bir cərrah düşməlidir. Azərbaycanda isə bu göstəricilər həddən artıq aşağı səviyyədədir. Bu sahəyə məsul olan qurumlar, xüsusən də Səhiyyə Nazirliyi yerlərdə nə kadr potensialını artırmaq, nə də onların fəaliyyəti üçün lazımi şərait yaratmağı hələ ki, düşünmür. Doğrudur, tibb işçiləri arasında öz vəzifəsinə dırnaqarası baxan, həkimliyə təsadüfən düşənlər də çoxdur. Peşə eqoizmindən dolayı bu gün ölkəmizdə heç bir həkim xəstəsinin problemi ilə bağlı başqa həkimlə məsləhətləşmir. Bir həkimin qoyduğu diqanozu digəri nəinki qəbul etmir, hətta kökündən yanlış kimi dəyərləndirir. Ortalıqda qalan xəstə isə bilmir kimə inansın, kimin dediyini eləsin. Nəticə isə ağır fəsadlarla müşayiət olunur - xəstə borc-xərc elədiyi pulları xəstəxanalarda sovursa da dərdi elə dərd olaraq qalır, hələ bir az da ağırlaşır...



Belə demək mümkündürsə, artıq səhiyyə, tibbi yardımın özü də aliment müstəvisinə çevrilib. Ona görə ki, həkimlərə dövlət tərəfindən həddən artıq az əməkhaqqı verilir – orta hesabla, 200-300 manat. Bununla kim ailə dolandıra bilər?! Belə olduqda onlar da məcburdurlar ki, xəstə ilə “alver” eləsinlər. Məhz bunun nəticəsidir ki, bu gün dövlət xəstəxanalarında yaxşı, savadlı, ixtisaslı həkimləri tapmaq müşkülə çevrilib. Özəl klinikalar daha çox maaş verdiyinə görə, həkimlərin çoxu dövlət müəssisələrindən “qaçmağa” çalışır. Düzdür, özəl klinikalarda rüşvət olmasa da, xidmət haqları həddən artıq bahadır. Bununla belə, vətəndaş düşünür ki, onsuz da həmin vəsaiti xərcləyəcək, axı sağlamlığı daha önəmlidir. Beləcə, cəmiyyətdə dövlət xəstəxanalarına olan inam, etimad da tükənmək üzrədir…



Qayıdaq yenə ana və uşaq ölümlərinə. Doğuş zamanı hər hansı bir ananın və ya körpənin ölümü əslində Azərbaycan səhiyyəsinin can verdiyini göstərir. Bəli, bir çoxumuz deyə bilərik ki, səhiyyəmiz son illərdə böyük uğurlar qazanıb, artıq ölkədə açıq ürək əməliyyatları, orqan köçürmələri aparılır, Avropa standartlarına uyğun diaqnostika mərkəzləri, klinikalar, xəstəxanalar tikilib. Ana və körpə ölümünün faizinə gəldikdə, “ölüm halları ötən illərə nisbətən azalıb” deyə “təskinlik” verənlər də var. Amma məsələyə bir də anasını itirən körpələr, körpəsini itirən anaların gözündən baxaq. Ağlı kəsən kimi onların ilk tənəsi belə olacaq: anam xəstə idisə, niyə vaxtında düzgün müalicə edilməyib...



Ana və uşaq ölümləri ilə bağlı vacib məqamlardan biri də həkimlərin və tibbi personalın məsuliyyətə cəlb edilməməsidir. Buna görə hansısa həkimin işdən azad edildiyi, vəzifəsindən kənarlaşdırıldığı hələ görünməyib. Günahkarların cəzasız qalması isə ictimaiyyəti narahat edən əsas amillərdən biridir. Mütəxəssislər hesab edirlər ki, ana və uşaq məsələsi dövlətin birbaşa qayğısı altında olmalıdır. Nə qədər ki, bu məsələ təşkilati məqama çatmayıb, biz bu cür problemlərlə üzləşəcəyik. Hamiləlik dövrü ilə bağlı konkret klinik protokol olmalıdır və hamı ona riayət etməlidir. Burada özfəailiyyətə yol verilə bilməz. Dəqiq göstərilməlidir ki, qadın hamiləlik dövründə hansı müayinələrdən keçməlidir, hamilə qadın bütün viruslara, bütün infeksiyalara qarşı yoxlanılmalıdır. Bəzən görünür ki, yoxlamalar, müşahidələr düzgün aparılmır. Bunlar hamısı qeyri-peşəkarlığın nəticəsidir. Bu gün dövlət tərəfindən səhiyyə sektoruna külli miqdarda vəsait yatırılır, köhnə xəstəxanalar təmir edilir, yeniləri inşa olunur, tibb müəssisələri ən müasir avadanlıqlarla təchiz edilir. Amma gəlin görək bunlar nə dərəcədə müalicəyə yönəldilir? Hələ də sığorta sistemi formalaşdırılmayıb, hələ də həkimlərin əməkhaqqının azlığı, rüşvət və peşəkar kadr çatışmazlığı problem qalmaqdadır. Yəqin ki, bu ilin mart ayında Bakının Xətai rayonu ərazisində yerləşən Respublika Narkoloji Mərkəzində baş verən yanğın da hər kəsin yaddaşındadır.



Taxta konstruksiyadan ibarət olan birmərtəbəli korpusun yanması zamanı palatada olan xəstələrdən 25-i faciəvi şəkildə öldü. Əslində, bu hadisə Azərbaycanın səhiyyə sistemində illərdir yaşanan və çoxlarının bilmədiyi mətləbləri, problemləri üzə çıxardı…
Yaxşı, bəs səhiyyə sistemində baş alıb-gedən bunca yarıtmazlıqlara cavabdeh bir şəxs kimi Oqtay Şirəliyev nə işlə məşğuldur?

Elçin
XəzərNews.az


Xəbər 3517 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər


BÜTÜN XƏBƏRLƏR +