AZAL-a məxsus təyyarənin qara qutusu tapılıb
Azərbaycan xalqına böyük faciə üz verib -Prezident
“Sədərək” Ticarət Mərkəzinin sahibinin oğlu dövlət qurumunu məhkəməyə verdi - Torpaq qalmaqalı
Azərbaycanda məmurdan inanılmaz fırıldaq - 162 min manatlıq “ölü canlar“ əməliyyatı
Şöbə müdiri direktoru məhkəməyə verdi - İşdə nazir müavini də var
Məşhur türk bloger “Kontakt home“dan şikayətçidir -Video+YENİLƏNİB
XİN-in arasında görüş keçirilib
Gömrük əməkdaşlarının maaşları niyə verilmir?
Tbilisidə polislər aksiya iştirakçılarına su şırnaqlarından istifadə ediblər
Azərbaycan komandası karate üzrə Qran-Pri turnirinin qalibi oldu -Foto


15.05.2018  14:36 

“İpoteka almaq asanlaşdı, amma faizlər yüksəkdir”





A+  A-

“Xidmət müqaviləsi ilə işləyənlərin ipoteka kreditlərinə müraciət qaydaları asanlaşıb”.
XəzərNews.az xəbər verir ki, bu barədə iqtisadçı ekspert Vüqar Bayramov sosial şəbəkədə yazıb. O qeyd edib ki, əvvəllər müraciət üçün ən azı 12 ay iş fəaliyyəti tələb edilirdisə, indi bu rəqəm 6 ayadək azaldılıb: “Eyni zamanda, orta aylıq gəlir hesablanan zaman 12 ay deyil, faktiki ayların sayı nəzərə alnacaq. Yəni, ipoteka krediti üçün müraciət edən vətəndaşımzın yalnız son 8 ayda iş fəaliyyəti varsa onu gəlirləri cəmlənərək 8-ə bölünəcək. Əvvəllər 12 aydan az fəaliyyəti olanlar ipoteka kreditlərinə müraciət etmək hüququna malik deyildilər.

Dəyişikliyə əsasən, sahibkarlıq fəaliyyətindən əldə edilən gəlirlər hesablanan zaman əvvəlki qaydalara əsasən kredit müraciəti edən şəxsdən ən azı 2 il belə fəaliyyət ilə məşğul olması tələb olunurdusa, indi son 1 il sahibkarlıq faəliyyəti ilə məşğul olmaq kifayət edəcək. Dəyişikliyə əsasən xidmət sahələri üzrə sadələşdirilmiş vergi ödəyiciləri üzrə nəzərə alınan aylıq məcmu gəlirin məbləği orta aylıq dövriyyənin 40 faizindən deyil, 70 faizindən çox olmayacaq. Yəni, ipotekaya müraciət edən sahibkarlıq fəaliyyəti ilə məşğul olan şəxsin gəlirinin 70 faizi həcminədək aylıq kredit ödəniş məbləği müəyyənləşdirilə biləcək.

Yeni qaydalara əsasən, ipoteka kreditinə müraciətdə aylıq məcmu gəlirinin hesablanması zamanı Azərbaycanda əldə edilən, həm də onun hüdudlarından kənardakı mənbələrdən daxil olan milli və xarici valyutadakı gəlirləri nəzərə alınır.

Məsələn, ipoteka krediti almaq istəyən şəxs xaricdən hər hansı gəliri varsa və onu təsdiq edən sənədə malikdirsə o zaman həmin məbləğ orta aylıq gəlirin hesablanması zamani istifadə edilə biləcək.

Son dəyişikliklər təqdirə layiq olsa da belə, ipoteka kreditlərinə əlçatanlığın genişləndirilməsi üçün həm adi, həm də sosial ipoteka kreditləri üzrə faizlərin aşağı salınması və ilkin ödənişlərin azaldılmasıma da ehtiyac var”.

Qeyd edək ki, yeni dəyişiklik Nazirlər Kabinetinin “Azərbaycan Respublikası İpoteka və Kredit Zəmanət Fondunun vəsaiti hesabına verilən ipoteka krediti, o cümlədən güzəştli ipoteka krediti üzrə borcalanın (borcalanların) aylıq məcmu gəlirinin hesablanması Qaydası”nda etdiyi dəyişikliklər əsasında reallaşıb.

Xəbər 1591 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər


BÜTÜN XƏBƏRLƏR +