AZAL-a məxsus təyyarənin qara qutusu tapılıb
Azərbaycan xalqına böyük faciə üz verib -Prezident
“Sədərək” Ticarət Mərkəzinin sahibinin oğlu dövlət qurumunu məhkəməyə verdi - Torpaq qalmaqalı
Azərbaycanda məmurdan inanılmaz fırıldaq - 162 min manatlıq “ölü canlar“ əməliyyatı
Şöbə müdiri direktoru məhkəməyə verdi - İşdə nazir müavini də var
Məşhur türk bloger “Kontakt home“dan şikayətçidir -Video+YENİLƏNİB
XİN-in arasında görüş keçirilib
Gömrük əməkdaşlarının maaşları niyə verilmir?
Tbilisidə polislər aksiya iştirakçılarına su şırnaqlarından istifadə ediblər
Azərbaycan komandası karate üzrə Qran-Pri turnirinin qalibi oldu -Foto


09.05.2018  13:46 

İqtisadiyyat naziri Aİ nümayəndə heyəti ilə görüşüb





A+  A-

İqtisadiyyat naziri Şahin Mustafayev Aİ-Azərbaycan Parlament Əməkdaşlıq Komitəsinin sədri Sayyad Kərimin başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüb.
Nazirlikdən XəzərNews.az-a verilən xəbərə görə, görüşdə Ş. Mustafayev Azərbaycan və Avropa İttifaqı arasında əməkdaşlığın inkişaf etdiyini, əlaqələrin genişləndirilməsində yüksək səviyyəli qarşılıqlı səfərlərin və keçirilən görüşlərin mühüm əhəmiyyətini vurğulayıb.

Bildirilib ki, prezident İlham Əliyev son 10 ildə Avropa İttifaqına 6 səfər edib, həmçinin Avropa İttifaqının yüksək vəzifəli nümayəndələri ölkəmizdə səfərdə olub. Avropa nümayəndə heyətinə Azərbaycan iqtisadiyyatı barədə məlumat verən nazir ölkə iqtisadiyyatının inkişaf etdiyini, maliyyə sabitliyini, qeyri-neft ixracının artdığını, ticarət balansının müsbət olduğunu diqqətə çatdırıb. Qeyd edilib ki, Avropa İttifaqı ölkələrinin Azərbaycanda 1500-dən çox şirkəti fəaliyyət göstərir və ölkəmizə 15 milyard dollardan çox investisiya yatırılıb. Avropa İttifaqı ilə müxtəlif proqramlar (Tvinninq, TAİEX və s.) çərçivəsində də səmərəli əməkdaşlıq həyata keçirilir.

İqtisadiyyat naziri bu ilin 5 iyun tarixində keçirilməsi nəzərdə tutulan Azərbaycan-Avropa İttifaqı biznes forumunun iş adamları arasında əlaqələrin genişləndirilməsində və əməkdaşlıq perspektivlərinin müzakirəsində əhəmiyyətli olacağını qeyd edib. Ş. Mustafayev Azərbaycanın digər sahələrlə yanaşı, nəqliyyat və energetika sahələrində də Avropa İttifaqı ilə əməkdaşlığa önəm verdiyini bildirib, Ələt qəsəbəsində Bakı Beynəlxalq Dəniz Ticarət Limanının yaxın zamanlarda istifadəyə veriləcəyini diqqətə çatdıraraq, nəqliyyat sahəsində əməkdaşlığın daha da genişləndirilməsinə geniş imkanlar açılacağını qeyd edib. Vurğulanıb ki, Bakı-Tbilisi-Qars dəmir yolunun istifadəyə verilməsi nəqliyyat sahəsində Azərbaycanın imkanlarını daha da artırıb. Cənub Qaz Dəhlizi və Bakı-Tbilisi-Ceyhan layihələrinin təşəbbüskarı və əsas iştirakçısı olan ölkəmiz Avropanın enerji təhlükəsizliyində mühüm rol oynayır.

Qonaqların suallarını cavablandıran nazir ölkəmizdə tullantıların zərərsizləşdirilməsi və təkrar emalı, Böyükşor gölünün bərpası layihəsi barədə məlumat verib. Bildirilib ki, “yaşıl iqtisadiyyat”ın inkişafı üçün yaradılmış Balaxanı Sənaye Parkında 11 rezident qeydiyyatdan keçib, burada 600-ə yaxın yeni iş yeri yaradılıb. Görüşdə həmçinin, Avropa İttifaqı ilə tranzit daşımalarına və turizmin inkişafına, bu sahədə təhlükəsizliyin təmin olunmasına və rəqabətqabiliyyətliliyin artırılmasına istiqamətlənmiş Vahid Aviasiya Məkanı Sazişi barədə müzakirələr aparılıb.

S. Kərim əlaqələrin genişlənməsi üçün qarşılıqlı marağın olduğunu qeyd edərək, əməkdaşlığın inkişafına dair fikirlərini bölüşüb. Görüşdə Azərbaycan ilə Avropa İttifaqı arasında iqtisadiyyatın müxtəlif sahələrində əlaqələrin genişləndirilməsinə dair fikir mübadiləsi aparılıb.

Xəbər 1598 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər


BÜTÜN XƏBƏRLƏR +