AZAL-a məxsus təyyarənin qara qutusu tapılıb
Azərbaycan xalqına böyük faciə üz verib -Prezident
“Sədərək” Ticarət Mərkəzinin sahibinin oğlu dövlət qurumunu məhkəməyə verdi - Torpaq qalmaqalı
Azərbaycanda məmurdan inanılmaz fırıldaq - 162 min manatlıq “ölü canlar“ əməliyyatı
Şöbə müdiri direktoru məhkəməyə verdi - İşdə nazir müavini də var
Məşhur türk bloger “Kontakt home“dan şikayətçidir -Video+YENİLƏNİB
XİN-in arasında görüş keçirilib
Gömrük əməkdaşlarının maaşları niyə verilmir?
Tbilisidə polislər aksiya iştirakçılarına su şırnaqlarından istifadə ediblər
Azərbaycan komandası karate üzrə Qran-Pri turnirinin qalibi oldu -Foto


03.05.2018  10:25 

“Hostellər 10-20 manatdan baha olmasın”





A+  A-

Son vaxtlar ölkəmizə gələn turistlərin sayında nəzərəçarpacaq qədər artım var. Ötən illərlə müqayisədə bu il Azərbaycanda daha çox turist görmək mümkündür. Bu baxımdan Azərbaycan turizm təsərrüfatında ciddi dəyişikliklər başlayıb. Artıq bazara yeni turizm obyektləri daxil olub ki, bunlardan biri də hostellərdir. Bütün dünyada böyük tələbat olan ucuz gecələmə məkanları son zamanlar ölkəmizdə də sürətlə yayılır.
XəzərNews.az-ın məlumatına görə, Azərbaycan Turizm Assosiasiyası (AzTA) sədrinin müşaviri Müzəffər Ağakərimov Modern.az-a deyib ki, hostellərin artması, inşası, bərpası müsbət haldır:

“Çünki hostellər aztəminatlı insanlar, təqaüdçülər, tələbə-gənclər, yaxın ölkələrdən gələnlər üçün böyük amildir və kütləvi turizmin inkişafında mühüm rol oynaya bilər. Turistlərin əksəriyyəti yalnız yatmaq üçün yerlərdən istifadə edirlər, əsas məqsədləri ölkəni gəzməkdir. Bu baxımdan hostellər önəmli əhəmiyyətə malikdir. Lakin turizm qurumları hostellərin standartları üzərində düşünməlidir. Yəni hostellər necə gəldi xidmət etməməlidir. Hər bir tikintinin, turistlərə xidmət edən bir qurumun, obyektin standartları olmalıdır. O cümlədən hostellərin də yatacaq yerlərinin sayı sanitar qovşaqlarına uyğunluq təşkil etməli, onların girişləri ayrı olmalıdır ki, binalarda düzgün yaşayış qaydalarını pozmasınlar. Bu istiqamətdə bütün məsələləri turizm qurumları əl-ələ verib birgə həll edə bilər”.

Müsahibimiz qeyd edib ki, istənilən şəxs hostel sahəsi ilə məşğul ola bilər, bununla bağlı hər hansı məhdudiyyət yoxdur:

“Hazırkı şəraitdə hostel açmaq üçün nə lisenziya lazımdır, nə də başqa bir şey. Dövlətin turizm haqqında sərəncamları da hostellərin maneəsiz işləməsinə şərait yaradır. Bəlkə gələcəkdə bununla əlaqəli hər hansı qanunvericilik və ya sərəncam ola bilər. Lakin indi hostellər yalnız ümumi vergidən qeydiyyatdan keçməlidirlər. Qeyd edim ki, istənilən şəxs hostel aça bilsə də, bu sahə ilə bacara bilənlər olsa, daha yaxşıdır. Çünki hostellər birbaşa turistlərin cəlb edilməsinə xidmət edir”.

M.Ağakərimov həmçinin hostellərin qiymətlərindən də söz açıb:

“Bilirsiniz, hostellərin qiymətləri mütləq aşağı və sərfəli olmalıdır. Əgər qiymətlər baha olarsa, turistlər başqa mehmanxalarda qala bilər. Ümumiyyətlə bu, turizm üçün yaxşı olmaz. Qiymətlər hostelin yerləşdiyi ərazidən asıldır. Lakin hostellərin qiyməti 10-20 manat, maksimum 25 manata olmalıdır. Daha yüksək olması məsləhət deyil. Hostel ümumi yataqxana tipli sahədir”.

Xəbər 1592 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər


BÜTÜN XƏBƏRLƏR +