AZAL-a məxsus təyyarənin qara qutusu tapılıb
Azərbaycan xalqına böyük faciə üz verib -Prezident
“Sədərək” Ticarət Mərkəzinin sahibinin oğlu dövlət qurumunu məhkəməyə verdi - Torpaq qalmaqalı
Azərbaycanda məmurdan inanılmaz fırıldaq - 162 min manatlıq “ölü canlar“ əməliyyatı
Şöbə müdiri direktoru məhkəməyə verdi - İşdə nazir müavini də var
Məşhur türk bloger “Kontakt home“dan şikayətçidir -Video+YENİLƏNİB
XİN-in arasında görüş keçirilib
Gömrük əməkdaşlarının maaşları niyə verilmir?
Tbilisidə polislər aksiya iştirakçılarına su şırnaqlarından istifadə ediblər
Azərbaycan komandası karate üzrə Qran-Pri turnirinin qalibi oldu -Foto


18.04.2017  19:04 

“ASAN İmza” almaq niyə çətinləşdi?





A+  A-

Azərbaycan İnternet Forumun (AİF) prezidenti Osman Gündüz son günlərdə ASAN imza ilə bağlı yazılan müzakirələrə aydınlıq gətirib.
XəzərNews.az Xeberler.az-a istinadən Osman Gündüzün açıqlamasını təqdim edir:

"VÖEN-ni olan xeyli sayda fiziki şəxslər ASAN imza almaq üçün növbəyə durublar. Uzun-uzadı növbələrdir. ASAN Xidmət üçün xarakterik olmayan bir situasiyadır. Sosial mediadan da görsənir ki, narazılıqlar var. Xüsusən də ASAN Kommunal yaranandan sonra belə halın baş verməsi arzuolunan deyil. Yəni, infrastruktur formalaşıb, amma keyfiyyətli xidmət göstərilməsində problemlər var.

Əslində, görəsən nə baş verib? ASAN imza ilə bağlı problemlər necə yaranıb?

Qısa araşdrıma aparandan sonra bunun səbəblərini aşağdakı ardıcıllıqla qeyd edirəm:

1. İndiyədək fiziki şəxslər Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Dövlət Sosial Müdafiə Fonduna verilməli olan hesabatı adi parol/login vasitəsilə E-Gov Portalına və onların öz saytlarına daxil olmaqla təqdim edir.

2. Nazirlik öz daxilində qanunvericiliyə uyun olaraq hesabatların qəbulu prosesində dəyişikliklər edib. Amma ASAN imza ilə əlaqəli qurumların heç birinə bildirmədən hesabatların yalnız elektron imza, o cümlədən də ASAN imza ilə qəbul ediləcəyini bildirib.

Yeri gəlmişkən, qeyd edim ki, vergilərdən fərqli olaraq bu qurumda elektron formada hesabat verilməsindəki problemlər həmişə ciddi tənqidlərlə qarşılanırdı.

3. Hesabat müddəti də ayın 20-dək olduğundan ASAN imza ilə bağlı mövcud texnoloji – insan infrastrukturu (Best Solution və CyberNet şirkətləri, Vergilər Nazilriyi və mobil operatorları birləşdirən və ASAN Xidmətdə olan bir platforma) bu imzanı əldə etmək istəyənlərin kütləvi müraciətlərə tab gətirməyib. Çünki adi halda bu infrastrukturda 1 nəfər gün ərzində cəmi 50 nəfərə ( !) ASAN imza təqdim edə bilərdi. Bir ASAN qurumunda da maksimal 3-4 bu cür əməkdaşın çalışdığını nəzərə alsaq, deməli bir ASAN Xidmətdə gün ərzində cəmi 150 - 200 nəfər bu tip imza ala bilərdi. Bu isə VÖEN olanların çox cüzi bir hissəsidir.

Beləliklə də yuxarıda sadalanlar ucbatından ASAN imzanın əldə edilməsi çətinləşib.

Əslində isə necə olmalıydı ki, problemlər yaşanmasın?

1. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi qabaqcadam müvafiq imza qurumlarını, müvafiq dövlət qurumlarını öz qərarı ilə məlumatlandırmalıydı.
Görünən budur ki, elektron hökumət quruculuğu ilə bağlı kordinasiya işlərində problemlərin olması özünü hər zaman və elə bu məsələdə də göstərir.

2. Nazirlik hüquqi və fiziki şəxslərin bu cür metodla hesabat vermələrinin vaxtını dəyişməliydi. Hər iki təbəqə eyni zamanda hesabat verməyə də bilərdi.

3. Nazirlik bununla bağlı TV-yə, İnternet mediaya, sosial mediaya vəsait ayıraraq ciddi reklam işləri aparmalıydı.

4. Vergilər Nazirliyinin və mobil operatorların bu cür situasiya üçün yetərli sayda kadrları olmalıydı və onlar da ASAN-da hazırlıq keçməliydi ki, inidiki halda bu cür kadrları da prosesə daha tez cəlb etmək olardı.

5. ASAN imza ilə əlaqəli qurumlar, NRYT Nazirliyi mövcud elektron imza prosesini asanlaşdırmalıydı. Adı elektron olan bir imzanın kağız formada sertifikat almasına görən nə məcburiyyət vardı . Heç müvafiq qanun da bunu tələb etmədiyi halda kim bunu Nazirlər kabinetinin qərarına daxil edib ki, elektron imza ilə bağlı mütləq kağız formada da sertifikat alınmalıdır. Hansı ki, buna da xeyli vaxt və resuslar sərf olunur.

6. Mobil operatorlar bu cür situasiyaya hazır olmalıyıdı. Adi bir imza üçün, imzaya xidmət üçün operatorlar böyük vəsaitlər alsalar da, xidmətin səviyyəsi, kadr təminatı yetərli deyil. Ümumiyyətlə, operatorların bu infrastrukturla bağlı müəyyən etdiyi tariflərin də liberallaşdırılmasına ciddi ehtiyac var.

Bu arada qeyd etmək istərdim ki, NRYT Nazirliyinin də elektron imza infrastukturu xeyli sadələşdirilib. Bu nazirliyin təqdim etdiyi elekton imzanı (USB token) artıq adi flaşka formasında əldə etmək mümkündür və bütün zəruri proqramlar da bu flaşkanın daxilindədir. Yəni, əlavə kart oxuyucusuna ehtiyac yoxdur.

Bununla belə, bu imza ilə bağlı yetərincə məlumatlandırma olmadığından istifadəçilər daha çox ASAN imzanı əldə etmək üçün növbələrdə durur.

Bildiyim qədər, ötən istirahət günü müvafiq dövlət qurumlarının, ASAN-nın, mobil operatorların nümayəndələri yığışaraq vəziyyətdən çıxış yolunu müzakirə ediblər. Belə ki, prosesə yeni resurslar, yeni əməkdaşlar cəlb olunub.

Bildirildiyinə görə, bu addımlardan sonra ASAN imza-nın əldə olunması nisbətən sadələşib.

Amma sosial mediada qeyd olunan yazışmalardan da görsənir ki, problem hələ də tam həllini tapmayıb. Əlbəttə, əgər 1 (bir) ASAN imza ən azı 8 -10 dəqiqəyə əldə oluna biləcəksə, indiki infrastrukturla problemi kökündən həll etmək elə də asan olmayacaq.

Yeri gəlmişkən, bir məsələni də qeyd etmək istərdim.

Əslində ASAN Xidmət müxtəlif xidmətlərin təqdim edilməsi üçün bir platforma olsa da və xidmətlər də məhz digər cavabdeh qurumlar tərəfindən keyfiyyətsiz təqdim edilsə də, tənqidə tuş gələn elə ASAN olur. Bu isə bir Azərbaycan brendi olaraq təqdim olunan Asan xidmət üçün xoşagələn bir hal deyil.

Düşünürəm ki, VXSİ Dövlət Agentliyi bu cür məsələlərə də həssaslıqla yanaşmalıdır, zamanında qabaqlayıcı addımlar atılmalıdır.

Ümid edirəm ki, hökumət, NRYT Nazirliyi, VXSİ Dövlət Agentliyi və elektron imza ilə əlaqəli digər qurumlar yalnız bu məsələdə deyil, ümumiyyətlə, bütün növ elektron imza prosedurunun mümkün qədər sadələşdirilməsi, daha əlçatan və asan olması və bütün sahələrdə bərabər əsaslarla istifadə edilə bilməsi üçün əlavə tədbirlər görəcək. Bununla yanaşı, düşünürəm ki, elektron imzanın mütləq vacib olduğu xidmətlərin, hesabat formalarının siyahısnın da qabaqcadan müəyyən olunması faydalı olardı".

Xəbər 3075 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər


BÜTÜN XƏBƏRLƏR +