AZAL-a məxsus təyyarənin qara qutusu tapılıb
Azərbaycan xalqına böyük faciə üz verib -Prezident
“Sədərək” Ticarət Mərkəzinin sahibinin oğlu dövlət qurumunu məhkəməyə verdi - Torpaq qalmaqalı
Azərbaycanda məmurdan inanılmaz fırıldaq - 162 min manatlıq “ölü canlar“ əməliyyatı
Şöbə müdiri direktoru məhkəməyə verdi - İşdə nazir müavini də var
Məşhur türk bloger “Kontakt home“dan şikayətçidir -Video+YENİLƏNİB
XİN-in arasında görüş keçirilib
Gömrük əməkdaşlarının maaşları niyə verilmir?
Tbilisidə polislər aksiya iştirakçılarına su şırnaqlarından istifadə ediblər
Azərbaycan komandası karate üzrə Qran-Pri turnirinin qalibi oldu -Foto


12.04.2017  10:57 

Bu tibb işçilərinin maaşları artırıldı





A+  A-

Azərbaycanda icbari tibbi sığorta sisteminin tətbiq olunduğu pilot ərazilərdəki tibb müəssisələrində çalışan orta və kiçik tibb işçilərinin əmək haqları artırılıb.
XəzərNews.az xəbər verir ki, İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyindən Trend-ə verilən məlumata görə, Mingəçevir şəhərinin və Yevlax rayonunun inzibati ərazilərində Agentliyin tabeliyinə verilmiş tibb müəssisələrinin yeni prinsiplərlə maliyyələşməsi ilə əlaqədar olaraq “Pilot layihə çərçivəsində orta və kiçik tibb işçilərinin (heyətinin) əmək haqlarına əlavələrin hesablanması və ödənilməsi” qaydalarını təsdiq edib. Bu Qaydalar orta və kiçik tibb işçilərinin mövcud əmək haqlarına əlavələrin verilməsi qaydasını müəyyən edir.

İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi orta və kiçik tibb işçilərinin Prezidentin sərəncamları, qərarları, habelə Nazirlər Kabinetinin normativ hüquqi aktlarla tənzimlənən mövcud əmək haqlarına əlavələrin məbləğini aşağıdakı qaydada müəyyənləşdirib.

Qaydalara əsasən, Reanimasiya şöbəsinin (laborant vəzifəsində çalışan orta tibb işçiləri istisna olmaqla), Cərrahiyyə şöbəsinin Əməliyyatxana bölməsinin (Əməliyyatxana bölməsində Əməliyyatxana texniki vəzifəsində çalışan orta tibbi işçiləri istisna olmaqla) orta tibb işçilərinin əmək haqları 200 manat artırılıb.

Cərrahiyyə (Əməliyyatxana bölməsində çalışan orta tibb işçiləri istisna olmaqla), Terapiya, Uşaq, Ginekologiya doğum, Hemodializ, Ailə Sağlamlıq Mərkəzi şöbələri, habelə Aptek bölməsi, Statistika bölməsində tibb statistiki vəzifəsində çalışan orta tibb işçilərinin əmək haqları 150 manat yüksəldilib.

Poliklinika, Fizioterapiya, Laboratoriya, Radiologiya şöbələri, habelə Reanimasiya şöbəsində laborant vəzifəsində çalışan orta tibb işçilərinin əmək haqları 120 manat artırılıb.

Əməliyyatxana bölməsində əməliyyatxana texniki vəzifəsində çalışan orta tibb işçilərinin əmək haqları 80 manat, Tibb bacıları şöbəsinin müdiri vəzifəsində çalışan orta tibb işçisinin əmək haqqı 850 manat artırılıb, habelə müdir vəzifəsi funksiyalarının icrasına görə bu məbləğin 15% həcmində əlavə artım tətbiq olunub: "Əgər əczaçı vəzifəsində çalışan orta tibb işçisi Nazirlər Kabinetinin qərarına əsasən 165 manat məbləğində əmək haqqı alır, icbari tibbi sığorta sistemində əczaçı vəzifəsində çalışan orta tibb işçinin əməkhaqqı 150 manat artırıldıqda onun maaşı 315 manat məbləğində olacaq. Ailə Sağlamlıq Mərkəzi, Cərrahiyyə, Ginekologiya doğum, Fizioterapiya, Hemodializ, Laboratoriya, Uşaq, Poliklinika, Radiologiya, Reanimasiya, Terapiya şöbələri, habelə Aptek bölməsinin kiçik tibb işçilərinin əmək haqları 80 manat, təsərrüfat bacısı vəzifəsində çalışan kiçik tibb işçilərinin əmək haqları 130 manat artırılıb".

Xəbər 1875 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər


BÜTÜN XƏBƏRLƏR +