Zelenskinin istefası müzakirə edilməyib – Fox News
Mərkəzi Gömrük Hospitalında nə baş verir?
1 milyonluq mənimsəmədən 100 mini ödənilib?
Kim boşanmaq istəyir: Kişilər, yoxsa qadınlar?
Ruslar Odessanı “İsgəndər-M” raketi ilə vurdu
Əfv Məsələləri Komissiyası bu gün də toplaşacaq
Ceyhun Əsgərovun səhhəti ilə bağlı açıqlama
Tramp Kanadaya bu taarifi 50%-ə qaldırdı
Azərbaycan kimi seçir: Türkiyə, yoxsa İsrail?
Bu Mərkəz nazirin arvadına 120 min icarə haqqı ödəyir


09.03.2017  16:47 

Ziya Məmmədovun adamı Çovdarova bir çamadan pul verib





A+  A-

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində mənimsəmədə təqsirləndirilən Dövlət Avtomobil Nəqliyyatı Xidmətinin sabiq nəzarətçisi Rövşən Əhmədovun cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib.
XəzərNews.az-ın verdiyi xəbərə görə, hakim Əfqan Hacıyevin sədrliyi ilə keçirilən prosesdə zərərçəkən Çingiz Baxşıyevin kürəkəni mübariz Ələkbərov ifadə verib. O bildirib ki, ələ keçirilən bir “banka” qızıllın arasında onun da payı olub: “Mənim 50 ədəd onluq, 10 ədəd isə beşlik qızıllar orda idi. Mən onlara saxlaması üçün qayınatama vermişdik, o da Rövşənə verib.

R.Əhmədov həyat yoldaşı Xanım Əhmədova şahis qismində ifadə verərək deyib ki, qızının toyundan öncə qızılları Ç.Baxşıyevə qaytarıblar: “Əvvəlcə qızılları mənim götürdüyümü dedilər. Çingiz bizi hədələyib deyirdi ki, “oğlunuzu ön cəbhəyə göndərtdirəcəyəm”. Çingiz narkotik alveri ilə məşğul olurdu. Rövşənə deyirdi Qırğızıstandan ət gətirib satacaq. Ət alveri ilə bu qədər pul qazanmaq olar? Çingiz Baxşıyev Akif Çovdarova da xeyli pul vermişdi, bunu da Rövşən mənə demişdi”.

R.Əhmədov həyat yoldaşının dediklərini təsdiqləyib: “Bir dəfə gecə Çingiz zəng edib pul istədi. Dedim bu vaxt necə gətirim, cavab verdi ki, elə bil yanıram, tez gətir. Pul Akif Çovdarova verilməli idi, mən 2 milyona yaxın pulu qara bir çamadana yığın Çingizin kürəkəni Mübarizə verdim”.

Məhkəmə prosesi martın 15-də davam etdiriləcək.

Qeyd edək ki, R. Əhmədov nəqliyyat naziri Ziya Məmmədovun sabiq müşaviri Çingiz Baxşıyevin qohumudur. O, Çingiz Baxşıyevdən və onun qızları Fatimə İbrahimova ilə Sevil Baxşiyevadan, ümumilikdə 800 min manat məbləğində qızıl və nağd pul alaraq qaytarmayıb.

Qeyd edək ki, Çingiz Baxşiyev Nəqliyyat nazirinin sabiq müşaviri olub. Bundan əvvəl isə Dövlət Avtomobil Nəqliyyatı Xidmətinin rəisi vəzifəsində işləyib.

Xəbər 3662 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

11.03.2025  18:37 

Bəs, “ədalət“ nədir?

11.03.2025  14:37 

Yel çərşənbəniz mübarək!

11.03.2025  10:34 

Kimlər pulsuz ev alacaqlar?

10.03.2025  18:24 

Tofiq Yaqubluya hökm oxundu


BÜTÜN XƏBƏRLƏR +