AZAL-a məxsus təyyarənin qara qutusu tapılıb
Azərbaycan xalqına böyük faciə üz verib -Prezident
“Sədərək” Ticarət Mərkəzinin sahibinin oğlu dövlət qurumunu məhkəməyə verdi - Torpaq qalmaqalı
Azərbaycanda məmurdan inanılmaz fırıldaq - 162 min manatlıq “ölü canlar“ əməliyyatı
Şöbə müdiri direktoru məhkəməyə verdi - İşdə nazir müavini də var
Məşhur türk bloger “Kontakt home“dan şikayətçidir -Video+YENİLƏNİB
XİN-in arasında görüş keçirilib
Gömrük əməkdaşlarının maaşları niyə verilmir?
Tbilisidə polislər aksiya iştirakçılarına su şırnaqlarından istifadə ediblər
Azərbaycan komandası karate üzrə Qran-Pri turnirinin qalibi oldu -Foto


18.02.2017  20:16 

Ziya Məmmədovun saytları Ramil Usubovu “vurub”? - DİN-dən reaksiya





A+  A-

Daxili İşlər Nazirliyi sabiq nəqliyyat naziri Ziya Məmmədovun nəzarətində olan xəbər saytlarında nazir Ramil Usubova və DİN-ə qarşı kampaniya aparılması ilə bağlı yayılan xəbərlərə reaksiya verib.
XəzərNews.az-ın xəbərinə görə, qurumun Mətbuat Xidmətinin rəisi, polis polkovniki Ehsan Zahidov "Qafqazinfo"ya açıqlamasında qeyd edib ki, belə iddialar həqiqəti əks etdirmir:

"Belə bir yalan və əsassız iddia ilə bağlı bildirirəm ki, Daxili İşlər Nazirliyinin digər dövlət qurumları ilə yanaşı keçmiş Nəqliyyat Nazirliyi ilə də bir çox sahələr üzrə faydalı və səmərəli əməkdaşlıq əlaqələri olub. Eyni zamanda, hörmətli Ziya müəllimin istər nazir vəzifəsində olduğu dövrdə, istərsə də indi cənab Ramil Usubovla qarşılıqlı hörmətə əsaslanan çox səmimi münasibətləri olub və bu indi də davam edir.

Hər gün KİV-ləri yaxından izləyən birisi olaraq tam əminliklə deyə bilərəm ki, guya sabiq nəqliyyat nazirinin nəzarətində olduğu iddia edilən hansısa xəbər saytının daxili işlər nazirinə qarşı qərəzli münasibətinə rast gəlməmişəm və bu barədə heç bir məlumat da bizə daxil olmayıb.

Bir daha qeyd edirəm ki, belə iddialar həqiqəti əks etdirmir və jurnalist təxəyyülünün məhsulundan başqa bir şey deyil. Ona görə də hörmətli media nümayəndələrindən xahiş edirəm ki, hər hansı bir məsələ ilə bağlı, xüsusən də dövlət məmurları barədə yazı yazanda yoxlanılmamış informasiyalardan, necə deyərlər, ara söhbətlərindən istifadə etməsinlər. Onsuz da belə səpkili yazılar dövlət məmurlarımızın aralarında olan xoş münasibətə kölgə sala bilməz.

Xəbər 13272 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər


BÜTÜN XƏBƏRLƏR +