“Sədərək” Ticarət Mərkəzinin sahibinin oğlu dövlət qurumunu məhkəməyə verdi - Torpaq qalmaqalı
Azərbaycanda məmurdan inanılmaz fırıldaq - 162 min manatlıq “ölü canlar“ əməliyyatı
Şöbə müdiri direktoru məhkəməyə verdi - İşdə nazir müavini də var
Məşhur türk bloger “Kontakt home“dan şikayətçidir -Video+YENİLƏNİB
XİN-in arasında görüş keçirilib
Gömrük əməkdaşlarının maaşları niyə verilmir?
Tbilisidə polislər aksiya iştirakçılarına su şırnaqlarından istifadə ediblər
Azərbaycan komandası karate üzrə Qran-Pri turnirinin qalibi oldu -Foto
Tramp Ermənistandakı istefalarla İrana qarşı mövqeyini ortaya qoydu - Politoloq
Prezident Kiriakos Mitsotakis ilə görüşüb -Fotolar


09.10.2024  14:27 

Ukraynada nə baş verir? - Jurnalistdən açıqlama





A+  A-

Heç şübhəsiz ki, Ukrayna xalqının mübariz ruhu, dirənişi və müharibənin ən ağır dönəmində dövlətçiliklərini qorumağı təqdirə layiqdir. Çünki müharibənin əvvəli ölüm-qalım mərhələsi idi. 958 gündür hadisələrin episentrində olan insan kimi rahatlıqla deyə bilərəm ki, Ukrayna xalqının qəhrəmanlıq salnaməsi həqiqətən də gələcək nəsillər üçün yaxşı bir nümunədir.

Bu sözləri Xəzərnews.az-a açıqlamasında Ukrayna Azərbaycanlıları Birləşmiş Diasporunun Mətbuat katibi Qabil Osmanlı deyib.

“Q.Osmanlı bildirib ki, qüvvələr nisbətində dəfələrlə fərqə baxmayaraq(bütün mənalarda) məğrur Ukrayna xalqı mübarizənin önündədir.Qarşılarında heç bir hüquq və mənəviyyat tanımayan rusiya imperializmidir.Bunlar öz yerində. Məncə, rusiyanı tanıtmağa ehtiyac yoxdur.İndi keçək əsas məsələyə. Genişmiqyaslı rusiya-Ukrayna müharibəsi mənə görə, iki mərhələdən ibarətdir.
1.24fevral 2022-ci ildən/ həmin ilin aprelin əvvəlinə kimi olan mərhələ. Bu mərhələdə Ukrayna xalqı müharibənin ən ağır dönəmində mübarizə apararaq, işğalçı qüvvələri Kiyev daxil, böyük vilayətlərdən qovdu. Hansı ki, məlumatlı bir insan kimi deyə bilərəm ki, həmin dövrdə Ukraynanın silah-sursat ehtiyatı yetərincə deyildi. Demək olar ki yox idi. Amma Milli ruh və cəsarət hesabına(USQ-nin elit dəstələri) böyük fədakarlıq hesabına bunu etdi.Və raşistlər gördülər ki, qarşılarına qoyduqları ilkin məqsədə nail olmadılar.Hədəf qısa müddətdə Kyivi işğal edərək, Bliçkriqı reallaşdırmaq idi.Hətta 2022-ci il martın 2-nə Kyivdə parad da təyin olunmuşdu. Arzuları reallaşmadı. Yəni-Ukrayna xalqının dirənişi bunu reallaşdırmadı, xalq üzərinə düşəni etdi.Bu hüsusda sadə, kasıb və hər şeyini Ukrayna yolunda fəda edənlərin çox hissəsi həlak olublar”.

Jurnalist qeyd edib ki, hər bir xalqın içində belə həlledici məqamda meydanda olanlar olur:

“2.Bu mərhələdə isə başda, ABŞ olmaqla, böyük dövlətlər gördülər ki, bu xalq vuruşmağı bacarır, ilkin olaraq tank əleyhinə Jevelinlər və mərmilər verməyə başladılar.Əslində, qısa müddətdə Ukrayna təslim olsaydı, heç bir şey verməyəcəkdilər.Və reallıqla barışacaqdılar. Qərb verdiyi hər dolların dəyərini bilir.Məhz, 25.04.2022-ci ildə ABŞ-ın Ukrayna əsilli dövlət katibi Entoni Blinken və müdafiə naziri Lyord Oustin bu məqsədlə Kyivə gəldilər.Səfər ən təhlükəli dövrdə reallaşırdı.Çünki Ukrayna dəstək hava-su kimi lazım idi.Avropa narahat idi ki, Ukrayna məğlub olardısa, hədəf özləri olacaqdılar.Ona görə də əl-ayağa düşdülər.Yəni-bu mərhələdə faktiki olaraq Qərb-rusiya müharibəsi başladı.Ukraynaya silahların mərhələ ilə verilməsi, prosesi uzatmaq , rusiyanı taqətdən salmağa və tədricən zəiflətməyə hesablanmışdı. Onların(qərbin)nə vecinə ki, Ukraynada hər gün minlərlə insan həlak olur, şəhərlər dağılır və.s. Amma hal-hazırda yaranmış vəziyyətə görə onlar da məsuldular.Sual oluna bilər ki? Rusiyadan ehtiyat edirlər, eskolasiyanın artmağında maraqlı deyillər və.s. Avropanın mərkəzində insanlıq əleyhinə qətliamlar baş verir, suveren bir ölkənin şəhərləri yer üzündən silinir,amma onlar planla iş görür. Müharibəni uzatmaq və Rusiyanı taqətdən salmaq. Elə ona görə də Ukraynanı qalib gəlməyə, Rusiyanı da məğlub olmağa qoymurlar. Müharibədən qalib çıxan, güclü və ərazisi böyük Ukrayna Avropaya başağrıdır. Rusiyanı da məğlub olmağa qoymurlar ki, gələcəkdə Çinə qarşı müharibədə izolyasiya edələr.Bu hüsusda nüvə faktoru və daxildə olan muxtar qurumları da nəzərə alırlar. Deməli ki, hədəf Rusiya deyil, günü-gündən güclənən və gələcək dünya üçün təhdid olan Çindir”. –Deyə jurnalist qeyd edib.

Mənə görə , bu müharibənin qalibi sadə, kasıb, məğrur, hər şeyini Vətəni yolunda fəda etməyə hazır olan ləyaqətli Ukrayna xalqıdır!.



Nərmin
XəzərNews.az


Xəbər 3547 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər


BÜTÜN XƏBƏRLƏR +