Tramp Kanadaya bu taarifi 50%-ə qaldırdı
Azərbaycan kimi seçir: Türkiyə, yoxsa İsrail?
Bu Mərkəz nazirin arvadına 120 min icarə haqqı ödəyir
Moskvaya hücum: Qurbanların sayı artır
Leks Fridman təyyarə hücumundan necə sağ çıxıb?
Ciddədə Ukrayna - ABŞ danışıqları başladı
Qarabağ qazisi diasporu və QHT-ləri sərt tənqid etdi
Bakıda sürücünü maşından çıxarıb döydülər
Kimlər pulsuz ev alacaqlar?
Bu restoranın qarşısında diqqətli olun!


23.05.2024  19:52 

Türkiyə Prezidenti Sərvər Bəşirliyə “Vəfa Mükafatı” təqdim etdi -VİDEO





A+  A-

Diyanət İşləri Başqanlığı və Türkiyə Diyanət Vəqfinin (TDV) təşkil etdiyi “7-ci Beynəlxalq Xeyirxahlıq Mükafatları” Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan və Diyanət İşləri Başqanı Prof.Dr. Ali Erbaşın iştirakı ilə keçirilən tədbirdə sahiblərinə təqdim edildi.

Xəzərnews.az xəbər verir ki, fevral ayının 6-da Türkiyənin yaşadığı əsrin fəlakətində demək olar ki, zəlzələdən dərhal sonra Bakıdan avtomobilinə yüklədiyi yardımlarla yola çıxaraq xeyriyyəçiliyin ən gözəl nümunələrindən birini nümayiş etdirən, Türkiyə və Azərbaycan arasındakı sarsılmaz bağları, qardaşlığı daha da möhkəmləndirib könlümüzdə taxt quran Sərvər Bəşirliyə Prezident Rəcəb Tayyib Ərdoğan tərəfindən “Vəfa mükafatı” təqdim edildi.

“Bir millət, iki dövlət” dedikdə yaddaşlarda canlanan duyğu və düşüncələr təkcə iki kəlmə və iki ölkə deyildir. Bu sözlərlə həmçinin üzlərdə təbəssüm, ürəklərdə istilik də canlanır. Türkiyə və Azərbaycanın əbədi birliyi, qardaşlığı hər daim çiyin-çiyinə, birlikdə döyünən ürək kimi bütün dünyada bilinən bir həqiqətdir.

Türkiyə ilə Azərbaycan qardaşlığı ürəklərimizdə o qədər dərin kök salmışdır ki, hər iki tərəfdə də bir-biri üçün gözünü qırpmadan canını fəda etməyə hazır minlərlə vətəndaş vardır. Qardaşlığımız sözdə deyil, əməldə də özünü hər daim göstərir.

Sərvər Bəşirli: “...Mən sədəcə olaraq qardaşlarıma yardım etmək üçün yola çıxmışdım.

Avtomobilim köhnə model olsa da, ürəyimdə olan qardaşlıq hissləri təzə və canlı idi.

Qardaşlarımıza kömək etmək bizim vətəndaşlıq borcumuzdur...” -deyərək xeyirxahlığın ən gözəl nümunələrindən birini bir daha nümayiş etdirdi. Xalqlarımız arasındakı sarsılmaz bağın möhkəm olduğunu göstərərək ürəyimizi şad etdi.



Xəbər 10621 dəfə oxunub.




11.03.2025  18:37 

Bəs, “ədalət“ nədir?

11.03.2025  14:37 

Yel çərşənbəniz mübarək!

11.03.2025  10:34 

Kimlər pulsuz ev alacaqlar?

10.03.2025  18:24 

Tofiq Yaqubluya hökm oxundu


BÜTÜN XƏBƏRLƏR +