AZAL-a məxsus təyyarənin qara qutusu tapılıb
Azərbaycan xalqına böyük faciə üz verib -Prezident
“Sədərək” Ticarət Mərkəzinin sahibinin oğlu dövlət qurumunu məhkəməyə verdi - Torpaq qalmaqalı
Azərbaycanda məmurdan inanılmaz fırıldaq - 162 min manatlıq “ölü canlar“ əməliyyatı
Şöbə müdiri direktoru məhkəməyə verdi - İşdə nazir müavini də var
Məşhur türk bloger “Kontakt home“dan şikayətçidir -Video+YENİLƏNİB
XİN-in arasında görüş keçirilib
Gömrük əməkdaşlarının maaşları niyə verilmir?
Tbilisidə polislər aksiya iştirakçılarına su şırnaqlarından istifadə ediblər
Azərbaycan komandası karate üzrə Qran-Pri turnirinin qalibi oldu -Foto


11.12.2023  09:51 

“SOCAR Enerji Ukrayna” şirkəti vergidən yayınıb? - İDDİA





A+  A-

Ukrayna mətbuatında Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) bu ölkədə təsis etdiyi “SOCAR Enerji Ukrayna” şirkətinin vergidən yayınması ilə bağlı iddialar yer alıb.

Xəzərnews.az xəbər verir ki, Ukraynanın məşhur “Antikor” araşdırma portalı “SOCAR Enerji Ukrayna”ya bağlı olan “SOCAR Ukrayna Ticarət Evi” şirkətinin (“Торговий Дім Сокар Україна”) ixrac əməliyyatları zamanı sənədləri saxtalaşdırdığını iddia edir.

Portalın araşdırmasında göstərilir ki, “SOCAR Ukrayna Ticarət Evi” xarici ölkələrə böyük həcmdə qarğıdalı, buğda və arpa ixrac edir. İddia olunur ki, SOCAR daxili istehsalçılardan aldığı məhsulun miqdarını ixrac zamanı süni şəkildə artırıb.

Bildirilir ki, “SOCAR Ukrayna Ticarət Evi” 2021-2023-cü illərdə daxili istehsalçılardan 509 306 460,60 qrivnaya 71 873,3538 ton qarğıdalı alıb. Amma həmin dövrdə xaricə 1 163 333 487 qrivna dəyərində 163 622,14 ton qarğıdalı satıb. Bundan başqa, qeyd olunan dövrdə 676 791 683,80 qrivnaya 111 468,085 ton buğda alıb. Amma xaricə 1 424 867 838 qrivna dəyərində 214 646 029 ton buğda ixrac edib. Həmçinin 33 436 423,63 qrivnaya 5 380,3503 ton arpa alıb və xaricə 68 282 203,32 qrivna dəyərində 10 513,422 ton arpa satıb.

“Antikor”un araşdırmasında göstərilir ki, “SOCAR Ukrayna Ticarət Evi” qeyd olunan məhsulların istehsalçısı olmadığı üçün onun daxili bazardan aldığı məhsuldan daha artıq məhsul ixrac etməsi mümkün deyil.

Bildirilir ki, Ukraynada ixrac əməliyyatları zamanı hesablanan ƏDV sonradan ixracatçı şirkətlərə geri qaytarılır və bu səbəbdən SOCAR büdcədən daha çox vəsait almaq üçün ixrac etdiyi məhsulun miqdarını süni şəkildə artıq göstərib.

Məlumatda göstərilir ki, “SOCAR Ukrayna Ticarət Evi” qarğıdalı ixracına görə büdcədən 80 716 231,91 qrivna, buğda ixracına görə 385 177 115,5 qrivna, arpa ixracına görə isə 4 892 336,3 qrivna ƏDV-ni geri alacaq. Geri qaytarılacaq ƏDV-nin ümumi miqdarı 470 785 684 qrivna edir ki, bunu da mövcud məzənnə ilə hesablayan zaman (1$/36 qrivna) 13,1 milyon dollar edir.

İddialarla bağlı Azərbaycan Dövlət Neft Şirkətinə ünvanladığımız sorğuya cavab verilməyib./Yeniavaz.com

Xəbər 1671 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər


BÜTÜN XƏBƏRLƏR +