AZAL-a məxsus təyyarənin qara qutusu tapılıb
Azərbaycan xalqına böyük faciə üz verib -Prezident
“Sədərək” Ticarət Mərkəzinin sahibinin oğlu dövlət qurumunu məhkəməyə verdi - Torpaq qalmaqalı
Azərbaycanda məmurdan inanılmaz fırıldaq - 162 min manatlıq “ölü canlar“ əməliyyatı
Şöbə müdiri direktoru məhkəməyə verdi - İşdə nazir müavini də var
Məşhur türk bloger “Kontakt home“dan şikayətçidir -Video+YENİLƏNİB
XİN-in arasında görüş keçirilib
Gömrük əməkdaşlarının maaşları niyə verilmir?
Tbilisidə polislər aksiya iştirakçılarına su şırnaqlarından istifadə ediblər
Azərbaycan komandası karate üzrə Qran-Pri turnirinin qalibi oldu -Foto


09.12.2023  04:14 

“Bütün bunlar bizə ikili standartların nə olduğunu göstərir”-Çjan Szyun





A+  A-

ABŞ-ın İsraillə Fələstinin HƏMAS qruplaşması arasındakı münaqişə ilə bağlı mövqeyi ikili standartların nə olduğunu nümayiş etdirir.

Xəzərnews.az xəbər verir ki, bunu Çinin BMT-dəki daimi nümayəndəsi Çjan Szyun deyib.

O, ABŞ-ın qətnamə layihəsinə veto qoymaq qərarından Çinin məyus olduğunu vurğulayıb.

“Bütün bunlar bizə ikili standartların nə olduğunu göstərir”, - diplomat əlavə edib.

Onun sözlərinə görə, döyüşlərin davam etdirilməsinə göz yummaq, eyni zamanda münaqişənin genişlənməsinin qarşısını almaq üçün müdafiə etmək özünü aldatmaqdır, ABŞ-ın qadınların, uşaqların və insan hüquqlarının qorunmasından bəhs edərək döyüşlərin davam etdirilməsinin zəruriliyindən danışması da son dərəcə biabırçılıqdır.

Bundan əvvəl ABŞ BMT Təhlükəsizlik Şurasında Birləşmiş Ərəb Əmirliklərinin Qəzza zolağında dərhal atəşkəs elan edilməsinə dair təklif etdiyi qətnaməyə veto qoyub. BMT Təhlükəsizlik Şurasının 13 üzvü qətnamənin lehinə səs verib, Böyük Britaniya bitərəf qalıb, yalnız ABŞ buna qarşı çıxıb./Report


Xəbər 1007 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər


BÜTÜN XƏBƏRLƏR +