AZAL-a məxsus təyyarənin qara qutusu tapılıb
Azərbaycan xalqına böyük faciə üz verib -Prezident
“Sədərək” Ticarət Mərkəzinin sahibinin oğlu dövlət qurumunu məhkəməyə verdi - Torpaq qalmaqalı
Azərbaycanda məmurdan inanılmaz fırıldaq - 162 min manatlıq “ölü canlar“ əməliyyatı
Şöbə müdiri direktoru məhkəməyə verdi - İşdə nazir müavini də var
Məşhur türk bloger “Kontakt home“dan şikayətçidir -Video+YENİLƏNİB
XİN-in arasında görüş keçirilib
Gömrük əməkdaşlarının maaşları niyə verilmir?
Tbilisidə polislər aksiya iştirakçılarına su şırnaqlarından istifadə ediblər
Azərbaycan komandası karate üzrə Qran-Pri turnirinin qalibi oldu -Foto


01.11.2023  22:19 

“MuğanBank“da qorunmayan 76 milyon manat əmanətin 61 milyonu 1 nəfərə məxsusdur - ŞOK





A+  A-

"MuğanBank"da fiziki şəxslərə məxsus qorunmayan 76 milyon manat əmanətin 61 milyon manatı və ya 80%-i 1 nəfərə məxsusdur.

Xəzərnews.az xəbər verir ki, bu barədə iqtisadçı Rövşən Ağayev Mərkəzi Bankın rəhbərinin sözlərinə istinadaən açıqlama verib.

R.Ağayev əlavə edib ki, hələ 2-3 il əvvəl bir bank rəhbəri də demişdi ki, bank sektoru üzrə əmanətlərin 44%-i bütün əmanətçilərin 1%-nə məxsusdur.

“Hər 2 məlumatın mənbəyi mötəbər şəxslərdir. Ölkədə fantastik sərvət və gəlir bərabərsizliyini əks etdirən və cəmiyyətə açıqlanan nadir göstəricilərdən sayıla bilər bu statistika. Əslində bu tip məlumatlar rəsmi statistikanın ən zəngin və ən yoxsul 10% əhalinin gəlirləri arasında fərqin cəmi 3 dəfə olduğunu göstərən araşdırmalarını lazımsız kağız parçasına çevirir”, - deyə R.Ağayev bildirib.

Xatırladaq ki, Mərkəzi Bankın İdarə Heyətinin oktyabrın 18-də qəbul etdiyi qərara əsasən “MuğanBank” Açıq Səhmdar Cəmiyyətinin lisenziyası 19 oktyabr 2023-cü il tarixindən etibarən ləğv edilib, banka müvəqqəti inzibatçı təyin edilib və bankın müflisləşmə yolu ilə ləğv edilməsi barədə məhkəməyə müraciət olunub.

Mərkəzi Bank bu qərarını “MuğanBank”ın məcmu kapitalının miqdarının banklar üçün müəyyən edilmiş minimum miqdardan az olması, məcmu kapitalının adekvatlıq əmsalının 3 faizdən az olması, cari fəaliyyətini etibarlı və prudensial qaydada həyata keçirmədiyi, habelə bankın daxili idarəetmə və nəzarət prosedurlarının adekvat olmadığı ilə əsaslandırıb. Bunları nəzərə alan tənzimləyici “Banklar haqqında” Azərbaycan Respublikası Qanununun 16.1.6-cı, 16.1.7-ci, 16.1.9-cu, 16.1.18-ci, 57-ci və 61.1-ci maddələrinə əsaslanaraq “MuğanBank”ın lisenziyasını ləğv edib.

Məlumat üçün deyək ki, "Muğan Bank" ASC-nin səhmdarları Mehtiyev Elmir Maqbet oğlu (67,74 %), Mehtiyev Maqbet Rəhim oğlu (11,58 %), Vəliyeva Vəfa Əhməd qızı (10,65 %) və Mehtiyeva Fəridə Cahandar qızı (10.03 %) olub. Maqbet Mehtiyevlə Fəridə Mehtiyeva Əhməd Vəliyevin qudaları, Elmir Mehtiyev kürəkəni, Vəfa Vəliyeva isə qızıdır. Bu ilin iyun ayında bankın səhmdarları dəyişib. Əhməd Vəliyevin oğlanları Munir və Samir vəliyevlər ayrı-ayrılıqda 40 faiz pay əldə ediblər. Bununla da Elmir Mehtiyevi payı 0,7818 faizə, Vəfa Vəliyevanın payı 8,3254 faizə, Fəridə Mehtiyevanın payı 10, 8928 faizə enib.

Bundan əlavə, iddia olunur ki, bankın idarəetməsini əslində Eldar Mahmudovun qardaşı oğlu Vüqar Mahmudov həyata keçirib. Əhməd Vəliyevin Odlar Yurdu Universitetində Eldar Mahmudovun atası, mərhum akademik Əhməd Mahmudovla bağlı tədbirlər keçirməsi, onun adını daşıyan Elmi-Tədqiqat Mərkəzi yaratması rektorun keçmiş nazirlə yaxınlığını təsdiqləyən fakt kimi təqdim olunur.

Hətta onun deputat olmasında da Eldar Mahmudovun rolunun olduğu deyilir. "MTN işi"ndən sonra Əhməd Vəliyevin parlamentdən kənarda saxlanılması da təsadüfi sayılmır. Bəzi mülahizələrə görə, hazırda Əhməd Vəliyevlə bağlı baş verənlər də Eldar Mahmudova görə ola bilər.

Xəbər 1291 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər


BÜTÜN XƏBƏRLƏR +