AZAL-a məxsus təyyarənin qara qutusu tapılıb
Azərbaycan xalqına böyük faciə üz verib -Prezident
“Sədərək” Ticarət Mərkəzinin sahibinin oğlu dövlət qurumunu məhkəməyə verdi - Torpaq qalmaqalı
Azərbaycanda məmurdan inanılmaz fırıldaq - 162 min manatlıq “ölü canlar“ əməliyyatı
Şöbə müdiri direktoru məhkəməyə verdi - İşdə nazir müavini də var
Məşhur türk bloger “Kontakt home“dan şikayətçidir -Video+YENİLƏNİB
XİN-in arasında görüş keçirilib
Gömrük əməkdaşlarının maaşları niyə verilmir?
Tbilisidə polislər aksiya iştirakçılarına su şırnaqlarından istifadə ediblər
Azərbaycan komandası karate üzrə Qran-Pri turnirinin qalibi oldu -Foto


01.11.2023  12:26 

“Gold Star City“ şirkəti 7 ağacı kəsib təbiətə 25080 manatlıq ziyan vurub





A+  A-

Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinin əməkdaşları tərəfindən keçirilən nəzarət tədbirləri zamanı Bakı şəhəri, Ş.Abdullayev küçəsində tikinti aparılması məqsədilə hasara alınmış torpaq sahəsində 7 ağacın kəsildiyi və təbiətə 25080 manat məbləğində ziyan dəydiyi müəyyən edilib.

Xəzərnews.az Xidmətə istinadən xəbər verir ki, Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinin rəsmisi Qafar Ağayev bildirib ki, araşdırma zamanı hasara alınmış ərazidə tikinti işlərinin "Gold Star City" şirkəti tərəfindən aparıldığı məlum olub:

“Faktla bağlı akt tərtib edilib. Yaşıllıqlara dəymiş ziyanın məbləği cinayət tərkibi yaratdığından məsələyə hüquqi qiymət verilməsi məqsədilə toplanmış sənədlər Azərbaycan Respublikasının Baş Prokurorluğuna göndərilməsi üçün hazırlanır”.

Xəbər 898 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər


BÜTÜN XƏBƏRLƏR +