AZAL-a məxsus təyyarənin qara qutusu tapılıb
Azərbaycan xalqına böyük faciə üz verib -Prezident
“Sədərək” Ticarət Mərkəzinin sahibinin oğlu dövlət qurumunu məhkəməyə verdi - Torpaq qalmaqalı
Azərbaycanda məmurdan inanılmaz fırıldaq - 162 min manatlıq “ölü canlar“ əməliyyatı
Şöbə müdiri direktoru məhkəməyə verdi - İşdə nazir müavini də var
Məşhur türk bloger “Kontakt home“dan şikayətçidir -Video+YENİLƏNİB
XİN-in arasında görüş keçirilib
Gömrük əməkdaşlarının maaşları niyə verilmir?
Tbilisidə polislər aksiya iştirakçılarına su şırnaqlarından istifadə ediblər
Azərbaycan komandası karate üzrə Qran-Pri turnirinin qalibi oldu -Foto


01.11.2023  11:26 

Səudiyyə Ərəbistanı İsraili sərt tənqid etdi





A+  A-

Səudiyyə Ərəbistanı İsrailin onlarla insanın ölümünə səbəb olan Qəzzanın ən böyük qaçqın düşərgəsini ölümcül bombalamasını pisləyən bəyanat yayıb.

Xəzərnews.az xəbər verir ki, Səudiyyə Ərəbistanı Xarici İşlər Nazirliyinin bəyanatında hücumun "çox sayda günahsız mülki şəxsin ölümü və yaralanması ilə nəticələndiyini" bildirilib.

Səudiyyə Ərəbistanı “İsrail işğalçı qüvvələri” tərəfindən qaçqın düşərgəsinə “qeyri-insani hücumu” pisləyərək, İsrailin hərəkətlərini “mümkün olan ən sərt ifadələrlə” tənqid edib.

“Krallıq İsrail işğalçı qüvvələrinin əhalinin sıx məskunlaşdığı mülki ərazilərə təkrar hücumlarını, habelə beynəlxalq hüququn və beynəlxalq humanitar hüququn davamlı şəkildə pozulmasını pisləyir və tamamilə rədd edir” - deyə bəyanatda qeyd olunur.

Xəbər 995 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər


BÜTÜN XƏBƏRLƏR +