AZAL-a məxsus təyyarənin qara qutusu tapılıb
Azərbaycan xalqına böyük faciə üz verib -Prezident
“Sədərək” Ticarət Mərkəzinin sahibinin oğlu dövlət qurumunu məhkəməyə verdi - Torpaq qalmaqalı
Azərbaycanda məmurdan inanılmaz fırıldaq - 162 min manatlıq “ölü canlar“ əməliyyatı
Şöbə müdiri direktoru məhkəməyə verdi - İşdə nazir müavini də var
Məşhur türk bloger “Kontakt home“dan şikayətçidir -Video+YENİLƏNİB
XİN-in arasında görüş keçirilib
Gömrük əməkdaşlarının maaşları niyə verilmir?
Tbilisidə polislər aksiya iştirakçılarına su şırnaqlarından istifadə ediblər
Azərbaycan komandası karate üzrə Qran-Pri turnirinin qalibi oldu -Foto


15.09.2018  15:18 

Diqqətli olun, kamera çəkir - Daha cərimə yazılacaq





A+  A-

Bakı şəhərində parklanma siyasətinə yenidən baxılır.
Bu barədə XəzərNews.az-a məlumatı Bakı Nəqliyyat Agentliyinin (BNA) Mətbuat xidmətinin rəhbəri Mais Ağayev verib.

O bildirib ki, əsas məqsəd dayanaqlı proqram təminatına söykənən avtomatlaşdırılmış sistemin qurulmasıdır:

“Vətəndaşa müasir, keyfiyyətli və ən əsası şəffaf xidmətin göstərilməlidir. Qeyd edilən prinsiplərə nail olmaq üçün parklanma yerlərində, habelə dayanma və durmanın qadağan edildiyi yerlərdə inzibati xəta törədilməsinə görə elektron protokolların tərtib edilməsi məqsədilə foto və ya video qeydiyyat funksiyalarına malik xüsusi texniki vasitələrin quraşdırılması istiqamətində ciddi iş aparılır. Prosesin yaxın vaxtlarda yekunlaşması nəzərdə tutulub. Yeni texniki vasitələrin qurulması ilə yanaşı mövcud potensialdan da istifadə edilir. Qanunsuz Parklanmaya Nəzarət Kameraları sisteminin fəaliyyəti daha təkmilləşdirilib”.

M. Ağayevin sözlərinə görə, sistem vasitəsi ilə yollara nəzarət gücləndirilib:

“Hazırda həmin kameralar vasitəsi ilə yollarda dayanma durma qaydalarını pozan avtonəqliyyat vasitələri müəyyən edilir. İnzibati xəta törədən sürücülər barədə müvafiq tədbirlərin görülməsi üçün məlumatlar müvafiq bazada toplanılır. Artıq paytaxtın əksər küçə və prospektlərində xüsusəndə hərəkətin intensiv olduğu eyni zamanda günün pik saatlarında sıxlıq müşahidə edilən yollarda Qanunsuz Parklanmaya Nəzarət Kameraları fəaliyyət göstərir. Yollara nəzarət növbəli iş rejimdə fasiləsiz olaraq həyata keçirilir.

Bunu nəzərə alaraq bir daha sürücülərə parklama zamanı daha diqqətli olmağı, avtomobillərini qeyri-qanuni yerlərdə park etməmələri, digər hərəkət iştirakçılarına qarşı anlayışlı və son dərəcədə diqqətli olmağı tövsiyə edirik”.

Xəbər 1529 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər


BÜTÜN XƏBƏRLƏR +