AZAL-a məxsus təyyarənin qara qutusu tapılıb
Azərbaycan xalqına böyük faciə üz verib -Prezident
“Sədərək” Ticarət Mərkəzinin sahibinin oğlu dövlət qurumunu məhkəməyə verdi - Torpaq qalmaqalı
Azərbaycanda məmurdan inanılmaz fırıldaq - 162 min manatlıq “ölü canlar“ əməliyyatı
Şöbə müdiri direktoru məhkəməyə verdi - İşdə nazir müavini də var
Məşhur türk bloger “Kontakt home“dan şikayətçidir -Video+YENİLƏNİB
XİN-in arasında görüş keçirilib
Gömrük əməkdaşlarının maaşları niyə verilmir?
Tbilisidə polislər aksiya iştirakçılarına su şırnaqlarından istifadə ediblər
Azərbaycan komandası karate üzrə Qran-Pri turnirinin qalibi oldu -Foto


14.09.2018  21:48 

“O zaman təhsilimizin keyfiyyət göstəricisi ən üst səviyyələrdə olacaq“





A+  A-

Sirr deyil ki, ətrafımızda tanıdığımız kifayət qədər istedadlı və bacarıqlı insanlar var. Biz bu insanlarla ünsiyyət qurur, onların iş və təhsil imkanlarını görür və bu haqda fikir mübadiləsi edirik. Bəzən də belə insanların cəmiyyət üçün faydalı olduğu halda bir o qədər də tanınmamasına görə mübahisə edirik. Mənəvi güc sahiblərinin sanki kölgədə qalması bizim gələcək naminə parlayan "Günəş" haqqında olan fikirlərimizə aydınlıq gətirmir. Bu dolaşıqlığı və qarmaqarışlığı aradan qaldırmaq üçün mətbuatın vermiş olduğu imkanlardan yararlanmaq fürsətindən istifadə edib, bir çox suallara cavab axtarırıq. Təbii ki, müsahibə şəklində. Müsahibim gənc və istedadlı təhsil işçisi Elçin Hüseynovdur.
- Elçin, səni daha yaxından tanıyaq...

Mən, Elçin Çingizxan oğlu Hüseynov 1987-ci ildə Bakı şəhərində ziyalı ailəsində dünyaya gəlmişəm. Orta təhsilimi başa vurduqdan sonra Universitetə qəbul olmuşam və Universitetdə qəbul olduğum ildən yəni birinci kursdan işləməyə başlamışam. İlk iş yerim ABŞ Dövlət Departamentinin Beynəlxalq Tədqiqatlar və Mübadilələr Şurası (IREX) olub. Daha sonra isə 4-cü kursda oxuyarkən Azərbaycan Dillər Universitetində əmək fəaliyyətimə başlamışam. Universiteti bitirdikdən sonra isə cəbhə bölgəsində bir il hərbi xidmət çəkib, yenidən mənə doğma olan Azərbaycan Dillər Universitetində əmək fəaliyyətimə davam etdim. Daha sonra magistratura təhsili aldım, artıq 10 ildir ki bu universitetdə çalışıram.

- Uzun müddətdir təhsil sahəsində çalışırsan. Təhsilin sənin üçün önəmi nədir? Təhsil insan həyatını necə dəyişir?

- Əslində desək ki, mən sırf təhsil sahəsində çalışıram bu düzgün olmaz və qeyd edəcəklərim düzgün anlaşılmaya bilər, amma nəzərə alsaq ki, gözümü açandan təhsil sahəsində çalışan insanları görmüşəm və ilk işlədiyim yer daha sonra Azərbaycan Dillər Universitetində işləməyim hardasa ümumi olaraq subyektiv fikirlərimi sizinlə bölüşməyə imkan yarada bilər. Bildiyiniz kimi YUNESKO-nun müəyyən etdiyi beynəlxalq tərifə görə təhsil şəxsiyyətin bacarıq və davranışlarının təkmilləşdirilməsinin elə bir prosesi və nəticəsidir ki, bu zaman o, əqli yetkinlik və fərdi inkişafa nail olur.

Bəzən biz təhsili düzgün qiymətlədirə bilmirik, təhsil dedikdə yalnız formal təhsil, yəni məktəb və ya universitet təhsili nəzərdə tuturuq . Mənə görə Təhsil həyatın müxtəlif çağırışlarına hazırlıq üçün uzunmüddətli və çoxşaxəli öyrənmə prosesidir.Təhsil insanın bilik, bacarıq və səriştələr əldə etməsi sahəsində imkanlarını genişləndirir, insan kapitalını formalaşdırır. İnsan inkişafı baxımından təhsil insanın imkanlarını əhəmiyyətli dərəcədə genişləndirir, onun statusunu formalaşdırır.

Onu da əlavə edim ki, bunun üçün insanın öyrənmək istəyi başlıca amildi. Bilirik ki, öyrənməyin yaşı yoxdur, məncə insan hər yerdə nələrsə öyrənir. Mən evdə atamdan öyrənirəm, həyətdə olduğum zaman həyətdə öyrənirəm, işdə olduğum zaman işdə öyrənirəm harda olmağımdan asılı olmayaraq nələrsə öyrənirəm.

Məhz bu öyrənmələr bizə bugünki həyatımızda və yaxın gələcəkdə lazım olacaq.

Bele bir deyim var : "Təhsil həyata hazırlıq deyil,təhsil həyatın özüdür."

- Bir sıra Avropa ölkələrində olmusan. Bu səyahət zamanı Avropa təhsili və mədəniyyətində hansı üstünlüklərini müşahidə etmisən?

- Bəli, bu yaxınlarda Avropanın bəzi ölkərini tələbələr ilə gəzmək imkanımız oldu. Fürsətdən istifadə edib mənə bu imkani yaradanlara təşəkkürümü bildirirəm.

Avropada ümumən xaricdə təhsildən danışmaq istərdim öncə.

Bəli, bu gün bir çox gəncin arzusudur xaricdə oxumaq, hətta valideynlərin xəyalı, arzusudur ki, övladı xaricdə oxusun. Lakin bəzən biz bilmirik xaricdə oxumağın mənasını və nə üçün xaricdə oxumaq istəyirəm sualına başqa cavablar veririk. Xaricdə təhsilin təbii ki, üstünlükləri var.

Birinci növbədə xarici dili daha mükəmməl səviyyədə öyrənməyin yolu , qeyd eydiyiniz Avropa mədəniyyət ilə tanış olmaq imkanı ,səyahət etmək imkanı, yeni dostlar qazanmaq, şəxsi bacarıq və təcrübə əldə etmək imkanı yaranır.

Və eyni zamanda da düşünürəm ki, əgər hər hansı bir kəs kapitan kepkasını taxmaq ve biznes gəmisinin sükanı arxasına keçmək istəyirsə, onun üçün daha böyük əhəmiyyət kəsb edənləri və ya Harvard Universitetinin diplomu deyil, öz xarakteri ve bacarığıdır!

Keçək Avropa mədəniyyətinə, Avropa mədəniyyəti geniş anlayışdır. İstənilən aspektdən baxmaq olar.

Hamımıza məlumdur ki, Avropada maarifçilik mədəniyyəti daha çox inkişaf edib. Mən daha çox ailə dəyərlərindən danışmaq istərdim, bəlkə də dünyada yeganə millətik ki, bizim qədər ailə dəyərləri qorunan ikinci bir xalq yoxdur. İstər valideyn övlad münasibətləri, istər ailəyə bağlılıq münasibətlərində bizlər bəlkədə dünyada ilk yerdəyik. Azərbaycanda valideynlər sanki övladları üçün yaşayır onun hər işində yaşından asılı olmayaraq yanında olub dəstəyini əsirgəmir.Amma Avropda bu kimi dəyərlər çox azdır.

Qeyd etdiyiniz kimi işimlə əlaqədar bəzi avropa ölkələrində oldum və bu ölkələrin birində olarkən qəribə bir mənzərə ilə üzləşdim.Tələbələrdən biri Azərbaycanlı həmvətənini görüb sevinclə ona yaxınlaşıb görüşmək istədi və "salam qardaş, necəsiz?"-deyə sual verdi, qarşı tərəf isə etinasızcasına ona salamı belə güclə verdi və soyuqqanlılıqla "mən sənin qardaşın deyiləm axı bura avropadı, qardaş qaldı Azərbaycanda" -deyib yollarına davam etdilər təbii ki, tələbə pərt vəziyyətdə geri qayıtdı və bu mənzərə mənə pis təsir etdi öz - özlüyümdə düşündümki niyə biz bir - birimizə qarşı laqeyd, başqasına bəzən lazım olmayan istiqanlı oluruq, amma özümüzə isə yad münasibət... Bildiyiniz kimi İngilis dili beynəlxalq bir dildi bu dildə bütün dunya xalqları bir - birilə ünsiyyət qura bilir və onlar yad bir yerdə danışaraq belə hansı xalqa məxsus olduqları hiss olunmur, amma Azərbaycan dilində təmiz yalnız Azərbaycan xalqı danışır. Əgər sən mənim yanımda öz dilində danışırsansa və biz bir -birimizi tanımasaq belə ölkəmizin hüdüdlarından çox-çox uzaqlardayıqsa bir salamı, xoş təbəssümü hər hansı bir həmvətənindən bilərəkdən gizlədirsənsə, biz heç zaman bir ola bilməyəcəyik.

- Yaşamaq çətin deyil?

Həyatda asan heçnə olmadığı kimi yaşamaq da çətin olmasa da, asan deyil. Asan yaşamaq əlbəttə ki yaşamaq deyil. Çətin olanı biz insanlar edirik. Yaşamağı düz yol kimi qiymətləndirsək görərik ki, bu yolun həm enişi, həm yoxuşu, eyni zamanda da yüksəlişi var. Gərək bu yol ilə elə gedək ki, başımızı hər zaman dik tuta bilək, başımızı dik tutduğumuz zaman isə qeyd etdiyim yolun enişini də, yoxuşunu da , yuksəlişini də görmək imkanımız olacaq. Bir sözlə, Allahın bizə verdiyi ömrü böyüklərimizin öyrətdiyi kimi şərəfli yaşamaq lazımdır.

- Bəzən haqsızlıqlar insanı işindən soyudur. Gördüyün işdə haqsızlıqlarla qarşılaşanda nə edirsən? İlk düşündüklərin nələr olur?

- Təbii ki, hamı kimi mən də məyus oluram, heyfslənirəm. Amma bu kimi hallarda düşünürəm ki, çətin olsa da, insan gərək səbrli olsun və pozitiv düşünsün. Haqsızlıq hər yerdə ola bilər, bu kimi hadisələrdən heç kim sığortalanmayıb gec və ya tez haqq ədalət sonda bərqərar olur.

"Haqq - həqiqətdən, Həqiqət - ədalətdən, Ədalət - mərhəmətdən üstündür", - deyir Əbu Turxan.

- Bəs Vicdan?- Ədalət də, Vicdan da Haqqın qorunmasına xidmət edir. Ədalət - dışda, ictimai həyatda, Vicdan - içdə, fərdi mənəvi həyatda.

- Hansı təhsil islahatlarının Azərbaycan təhsilində tətbiqini zəruri hesab edirsən?

- Bildiyiniz kimi son zamanlar təhsilin keyfiyyətinin artırılması üçün yeni yeni uğurlu islahatlar aparılır və bu sahədə təcrübəli mütəxəssislər ilə bərabər gənc mütəxəssislər də çalışır. Məncə təhsilin keyfiyyətini artırmaq üçün daha çox Amerika və Avropanın nüfuzlu universitetlərində özünü doğrultmuş sistemi bizim təhsil müəssisələrinə gətirmək lazımdır. Eyni zamanda Azərbaycan təhsil sistemini dünya ali təhsil məkanına inteqrasiyası istiqamətində addımlar atmaq, bu sahədə xarici ölkə universitetlərinin təcrübəsini öyrənmək və tətbiq etməklə bağlı konkret proqram və təkliflər hazırlayaraq onları həyata keçirmək lazımdır. O zaman təhsilimizin keyfiyyət göstəricisi ən üst səviyyələrdə olacaq.

- Uğurun formulu və ya hər hansı bir düsturu varmı?

- Uğurun formulu mənə görə xarakter və bacarıqdır. İnsanlar özləri üçün nəyin doğurdanda daha əhəmiyyətli olduğunu ciddi düşünəndə , bilmək istəyəndə ki həqiqətən də necə olmaq və nə etmək istəyirlər , onlar həyata daha çox ciddi yanaşırlar. Məhz bu cür düşünməklə onlar bu günün və sabahın çərçivəsindən çıxıb daha geniş , uzaq gələcək (perspektiv) haqqında düşünməlidirlər. (adalet.az)

Xəbər 3464 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər


BÜTÜN XƏBƏRLƏR +