AZAL-a məxsus təyyarənin qara qutusu tapılıb
Azərbaycan xalqına böyük faciə üz verib -Prezident
“Sədərək” Ticarət Mərkəzinin sahibinin oğlu dövlət qurumunu məhkəməyə verdi - Torpaq qalmaqalı
Azərbaycanda məmurdan inanılmaz fırıldaq - 162 min manatlıq “ölü canlar“ əməliyyatı
Şöbə müdiri direktoru məhkəməyə verdi - İşdə nazir müavini də var
Məşhur türk bloger “Kontakt home“dan şikayətçidir -Video+YENİLƏNİB
XİN-in arasında görüş keçirilib
Gömrük əməkdaşlarının maaşları niyə verilmir?
Tbilisidə polislər aksiya iştirakçılarına su şırnaqlarından istifadə ediblər
Azərbaycan komandası karate üzrə Qran-Pri turnirinin qalibi oldu -Foto


12.03.2024  12:06 

Hamı elə bilir ki,...





A+  A-

"Hamı elə bilir ki, küsüb getmişəm. Vətənimi çox sevirəm, vətənimdən necə küsə bilərəm axı? Deməli, 2001-ci ildə "Qaya" ansamblı dağıldı. Bundan sonra maddi problemlərim yarandı. Həmin dövrdə müğənnilərin sayı xeyli artmışdı. Bu səbəblərdən dolayı Moskvadan mənə edilən dəvəti dəyərləndirdim".

Xəzərnews.az xəbər verir ki, bu sözləri müğənni Abbas Əhməd "525.az"a açıqlamasında deyib. Sənətçi müsahibəsində Azərbaycandan köməsindən söz açıb:

"Rusiyada doğulsam da, 11 yaşım olanda Azərbaycana köçmüşük. Azərbaycanı çox sevirəm. Hər müğənninin öz qisməti var. Mənə də qismət oldu ki, "Qaya" ansamblında çalışdım. On dörd il biz qastrollarda olmuşuq, bütün dünyada Azərbaycan mədəniyyətini təbliğ etmişik. İndi də hansı ölkədə çıxış etsəm, proqrama "Sənə salam gətirmişəm" mahnısı ilə başlayıram. Moskvada yaşadığım 17 ildə də tez-tez Bakıya gəlirdim. Üstəlik, anam, qardaşım, bacım burada yaşayırdı".

A.Əhməd məşhur "Ürəyim yanar" mahnısından söz açıb:

"Mahnı 1992-ci ildə yazılıb. Deməli, o vaxt dostum Vüqar Elçin Mirzəbəylinin sözlərini mənə göstərdi, o vaxt Elçini tanımırdım. Beləcə, bu mahnı yazıldı. Sevgi olmasaydı, belə bir mahnı da yazılmazdı. Həmin mahnıya Azər Ələkbərov klip çəkmişdi. 1993-cü ildə o klip məşhurlaşdı. Tez-tez klipi televiziyada göstərirdilər, radioda da mahnı çox səslənirdi. Bilirsiniz, o vaxt çox insanlar sənin səhnə baxışını, repertuarını, geyimini çətin qəbul edirdilər. Məsələn, indiki müğənnilərdən Üzeyir Mehdizadə çox xoşuma gəlir. Yadımdadır, hələ 2000-ci illərdə Moskvada yaşayan azərbaycanlılar Üzeyirə qulaq asırdılar. Onun stili fərqlidir. Cavan oğlanlar-qızlar bu gün belə mahnıları sevir, dinləyir".

"Hələ də fəxri adınız yoxdur. Sizcə, niyə" sualına müğənni "Onu Mədəniyyət Nazirliyindən soruşun. Artıq on ildən çoxdur ki, bu sual məni narahat eləmir. Əvvəl başqa cür düşünürdüm, indi deyirəm ki, yoxdur yoxdur da. Deyəsən, mənə ona görə ad verməyiblər ki, illərlə Azərbaycan mədəniyyətinin xaricdə təbliği ilə məşğul olmuşam. Bundan başqa ağlıma bir səbəb gəlmir" cavabını verib.

Xəbər 758 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər


BÜTÜN XƏBƏRLƏR +