Azərbaycanda məmurdan inanılmaz fırıldaq - 162 min manatlıq “ölü canlar“ əməliyyatı
Şöbə müdiri direktoru məhkəməyə verdi - İşdə nazir müavini də var
Məşhur türk bloger “Kontakt home“dan şikayətçidir -Video+YENİLƏNİB
XİN-in arasında görüş keçirilib
Gömrük əməkdaşlarının maaşları niyə verilmir?
Tbilisidə polislər aksiya iştirakçılarına su şırnaqlarından istifadə ediblər
Azərbaycan komandası karate üzrə Qran-Pri turnirinin qalibi oldu -Foto
Tramp Ermənistandakı istefalarla İrana qarşı mövqeyini ortaya qoydu - Politoloq
Prezident Kiriakos Mitsotakis ilə görüşüb -Fotolar
Bakıda yenilənmiş Ukrayna Mərkəzi -Fotolar


02.12.2017  19:53 

Ərzaq bahalaşmasının qarşısını necə alaq? - Deputatlardan təklif





A+  A-

Son vaxtlar Azərbaycanda ərzaq məhsullarının bahalaşması müşahidə edilir. Qiymət artımı idxal olunan ərzaq məhsullarında özünü daha qabarıq şəkildə göstərir. Ölkədə fevral ayından bəri manatın məzənnəsi stabil qalır. Amma buna baxmayaraq, istehlak bazarında qiymət artımları baş verir. Mütəxəssislər isə dəfələrlə bildiriblər ki, bahalaşmanın iqtisadi əsasları yoxdur.
Son vaxtlar ən çox qiymət artımı kərə yağı və ətdə özünü göstərib.

Qiymət artımı ilə bağlı dəfələrlə dövlət orqanları qarşısında məsələ qaldırılıb. Hətta Milli Məclisin iclaslarında bəzi deputatlar ərzaq mallarının bahalaşmasına etirazlarını bildiriblər. Hələ ki bahalaşmanın çarəsi tapılmır...

Dövlət Statistika Komitəsinin məlumatına əsasən, 2017-ci ilin yanvar-oktyabr aylarında ərzaq məhsullarının qiymətləri 2016-cı ilin müvafiq dövrünə nisbətən 17,6 faiz artıb.

Cari ilin oktyabr ayında sentyabr ayına nisbətən ərzaq məhsullarının qiymətləri 2,3 faiz qalxıb.

XəzərNews.az xəbər verir ki, Modern.az bir neçə deputatdan istehlak bazarındakı vəziyyətə münasibət öyrənib.

Asim Mollazadə qeyd edib ki, bazar iqtisadiyyatına uyğun və anti – monopolist qanunlar qəbul edilməlidir ki, qiymətlər hansısa inzibati üsulla yox, bazar iqtisadiyyatına uyğun üsullarla tənzimlənsin.

“Nə qədər sahibkarların imkanlarında sərbəstlik olacaqsa, bu qiymətlərin aşağı düşməyinə öz təsirini göstərəcək. İnzibati üsullarla qiymətlər sovet sosialist iqtisadiyyatında müəyyənləşə bilər. Biz isə rəqabət olan bir iqtisadi sistem formalaşdırmalıyıq. Rəqabət Məcəlləsinin qəbulunu vacib sayıram. Hesab edirəm ki, Rəqabət Məcəlləsinin qəbul olunması məhz sahibkarın xeyrinə olar. Çox təəssüflər olsun ki, bu məcəllənin qəbulu ləngiyir. Mənə elə gəlir ki, məhz real bazar iqtisadiyyatı da rəqabətin mövcud olduğu mühitdə formalaşır”.

Vahid Əhmədov deyib ki, möhtəkirlər hazırda Yeni ilin gəlməsini bəhanə edib, qiymətləri qaldırırlar.
“Qarşıdan Yeni il gəldiyi üçün bundan istifadə edəcəklər. Hətta ola bilər ki, bahalaşma da baş versin. İqtisadiyyat Nazirliyinin müvafiq departamenti çalışır ki, qiymətləri stabil saxlasın. Kənd Təsərrüfatı Nazirliyi müəyyən yarmarkalar keçirir ki, qiymət artımının qarşısını alsınlar. Qiymət artımın qarşısının alınması üçün qiymət siyasəti olmalıdır. Bununla bağlı xüsusi “Yol Xəritəsi” hazırlanmalıdır. Sahibkarlar da nəzərə almalıdır ki, qiymətləri qaldırmaq elə də böyük əhəməyyət kəsb etmir. Qiyməti qaldırmaq bir tərəfdən sahibkara xeyir verirsə, digər tərəfdən ziyan vurur. Çünki qiyməti qaldıranda alıcılıq qabiliyyəti aşağı düşür. Onlar bilməlidirlər ki, qiymətləri qaldırmaq əhalinin maliyyə vəziyyətinə öz təsirini göstərir. Xaricdə istehsal olunan bir sıra məhsullar var ki, ona Azərbaycanda tələbat çoxdur. Xaricdən gətirilən həmin məhsulların dövlət rüsumunu aşağı salmaqla qiymətləri stabilləşdirmək olar”.

Fazil Mustafa vətəndaşın vəziyyətini ağırlaşdıracaq hərəkətlərə yol verməməyə çağırıb:

“İnflyasiyanın artması, maaşların lazımi səviyyədə olmaması əhalini çox çətin vəziyyətə qoyub. İnflyasiyanın artım sürətinə görə qiymətlər tənzimlənməlidir. Vətəndaşın əmək haqqı, pensiya xərclərinin qaldırılması vacibdir. Lazımsız xərcləri bir qədər azaldaraq daha çox vətəndaşın rifahına yönəlik addımların atılması, məşğulluğun təmin olunması vacibdir”.



Xəbər 1967 dəfə oxunub.




08.12.2024  21:14 

Əhməd Muxtar həbs edilib

07.12.2024  22:54 

Zelenski Donald Trampla görüşüb

06.12.2024  09:11 

Elgiz Alxanov həbs edildi


BÜTÜN XƏBƏRLƏR +