“Sədərək” Ticarət Mərkəzinin sahibinin oğlu dövlət qurumunu məhkəməyə verdi - Torpaq qalmaqalı
Azərbaycanda məmurdan inanılmaz fırıldaq - 162 min manatlıq “ölü canlar“ əməliyyatı
Şöbə müdiri direktoru məhkəməyə verdi - İşdə nazir müavini də var
Məşhur türk bloger “Kontakt home“dan şikayətçidir -Video+YENİLƏNİB
XİN-in arasında görüş keçirilib
Gömrük əməkdaşlarının maaşları niyə verilmir?
Tbilisidə polislər aksiya iştirakçılarına su şırnaqlarından istifadə ediblər
Azərbaycan komandası karate üzrə Qran-Pri turnirinin qalibi oldu -Foto
Tramp Ermənistandakı istefalarla İrana qarşı mövqeyini ortaya qoydu - Politoloq
Prezident Kiriakos Mitsotakis ilə görüşüb -Fotolar


19.04.2017  16:12 

Şimali Koreyaya zərbə endirilsə, milyonlarla insan öləcək





A+  A-

Əgər ABŞ Şimali Koreyaya zərbə endirməyə cəhd göstərsə, onda Pxenyan rejimi Yaponiya və Cənubi Koreyaya, həmçinin bu ölkələrdəki Amerika bazalarına ciddi zərər vura bilər.
XəzərNews.az xəbər verir ki, bu barədə ABŞ-ın populyar “National İnterest” jurnalı yazır.

Əvvəlki ABŞ administrasiyaları bu qapalı nüvə dövlətinin vuracağı zərəri bildiyi üçün Kim Çen İr rejiminə toxunmurdular. Əslinə, istənilən konfliktli situasiyada əsas zərbəni Yaponiya və Cənubi Koreya görəcək.

“Müharibə olsa, ABŞ Cənubi Koreya və Yaponiyaya dəyəcək zərərin qarşısı ala bilməyəcək. Bu böyük humanitar faciə və dünya iqtisadiyyatını silkələyəcək hadisə olacaq. Cənubi Koreyanın 25 nüvə reaktoru, Şimalın isə qarşısıalınmaz yüzlərlə raketi var” – deyə ekspert Maykl Erl Qrey deyir.
Doğurdan da, rəsmi Pxenyanın raketləri Cənubi Koreya və Yaponiyada istənilən nöqtəni vura bilər və ABŞ-ın raket əleyhinə sistemlərini aşmaq gücündədir.

“KN-02”, “Skad” və “Nodonq” taktiki-operativ raketləri üçün 2 min atış qurğusu var. Bu rəsmi Pxenyanın ən azı bir neçə yüz “Skad” və “Nodonq” raketinə malik olması deməkdir” – deyə Midlberi Beynəlxalq Araşdırmalar İnstitunun eksperti Ceffri Lyuis deyir.

Şimali Koreyanın malik olduğu “Skad” raketləri 1000, “Nadanq” raketləri isə 1200 kilometr məsafədə hədəfi vura bilər. Lyuisin fikrincə, bu raketlər kifayət qədər etibarlı olmasada da, Yaponiya və Cənubi Koreyaya ciddi zərər vura bilər. Qeyd olunmalıdır ki, Pxenyanın “Skad” ların zərbə radiusunu daha da artırmaqda davam edir. Zərbə radiusu genişləndirilmiş “Nodonq”lar “Skad”ların daha ucuz alternativi ola bilər və bunun sayəsində onların sayı daha da artacaq”.

Çox güman ki, Şimali Koreya müharibənin başlanğıcında nüvə silahını tətbiq etməklə, çatışmazlıqlarını kompensasiya etməyə çalışacaq. Qeyri-nüvə qüvvələri ABŞ və müttəfiqlərindən xeyli az olan Pxenyan nüvə silahını tətbiq etməklə bu fərqi azalda bilər.
“Müharibə başlasada, Şimali Koreya Cənubi Koreya və Yaponiyadakı ABŞ qüvvələrinə zərbələr endirəcək” – deyə Lyuis deyir.

Şimali Koreyada nə qədər nüvə başlığının olması məlum olmasa da, onların mövcudluğunda heç bir şübhə yoxdur. Çoxları Pxenyanın nüvə başlığını azaltmasına və raketlərə yerləşdirə bilməsinə şübhə etsə də, ekspertlər bu fikirdə deyil.
“Şimali Koreyanın elan etdiyi 5-ci mərhələ nüvə sınaqları buna görə edilir. Nüvə başlığı ilə təmin olunmuş raketlərin konstruksiyasının standartlaşması koreyalıların əsas məqsədidir”.

Şimali Koreyanın nüvə potensialı barədə məlumatlar fərqlidir. Bəziləri rəsmi Pxenyanın 10, bəziləri isə 100 başlığının olduğunu deyir.
“Məncə, başlıqların sayı 10-dan çox və 100-dən azdır. Təxminən 20-25 başlıq ola bilər” – deyə Lyusi deyir.

Xəbər 2212 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

14.12.2024  17:07 

Bakı metrosunda ölüm hadisəsi

08.12.2024  21:14 

Əhməd Muxtar həbs edilib

07.12.2024  22:54 

Zelenski Donald Trampla görüşüb


BÜTÜN XƏBƏRLƏR +