07.09.2024 10:55
ABŞ səfirliyi İranı necə tələyə saldı? - TƏHLİL
ABŞ-ın Ermənistandakı səfirliyinin aktiv cəsarətli davranışı diqqət mərkəzindədir. Bu dövlətin Ermənistanda reallaşdırdığı proqramların əksəriyyəti İrana aid sahələrdədir. Yaxında kuryoz hadisə baş verdi. İranın kata idmançıları ABŞ-da yarışda iştirak məqsədilə viza üçün ABŞ-ın Türkiyə və Ermənistan səfirliklərinə müraciət etdi. Müraciətlərini dəfələrlə təkrarladılar. ABŞ-ın Ermənistandakı səfirliyi İran idmançılarını söhbətləşməyə dəvət etdi və onlara dərhal “yox” cavabı verildi.
Sanki dəvət və ardınca da “yox” cavabı vermək əvvəlcədən hazırlanmışdı.
ABŞ-ın Ermənistandakı səfirliyi həm də fars dilində işləyir. İranın əksər vətəndaşları ABŞ-a viza almaq üçün bu ölkənin Ermənistandakı səfirliyinə müraciət edirlər.
ABŞ-ın Ermənistandakı səfirliyində 200-ə yaxın əməkdaş işləyir və onların da böyük əksəriyyəti İranın tədqiqatı ilə məşğuldur. İranın daxilində LHBT ilə bağlı fəaliyyət aparırlar, gəncləri müsəlmançılıqdan uzaqlaşdırırlar. Fəaliyyətləri də əsasən Urmiya, Tehran və İsfahandadır.
Əslən Kaliforniya ştatından olan yeni səfir İranla işə daha bir çalar əlavə etdi. Kaliforniyada xeyli erməni və iranlı yaşayır. Bu iranlıların içərisində həm erməni, həm də farslar var, azərbaycanlılar da istisna edilmir.
Hərbi əlaqələrin indiki intensiv olduğu, ABŞ səfirinin Sünikdən aralanmadığı dövrdə İran idmançılarını dəvət edib, dərhal “yox” deməsi mesajdır. ABŞ-ın Ermənistandakı səfirliyi onların İran barəsində çoxlu məlumata və sənədə malik olması mesajıdır.
İranın ali dini lideri ABŞ-ni sinfi düşməni hesab edir. Çünki İslam inqilabı dövründə İmam Xomeyni ilə ABŞ arasında əldə olunan razılaşmaları, xüsusilə İranın ABŞ-ın hərbi nəzarətində qalmasını ali dini lider S.Ə.Xameneyi pozdu. O vaxt Müdafiə naziri idi və ardınca da prezident oldu, indi də ali dini liderdir. ABŞ xeyli resurs xərcləyib, İranda “şahı dəyişmə” və ya “şah dəyişmə” əməliyyatı reallaşdırmışdı. Şah SSRİ-yə meylli idi. Bu əməliyyatın ABŞ-ın istədiyi kimi sonlanmamasının səbəbi indiki ali dini lider oldu.
İranın daxilində Ali dini liderə qarşı qoymaq üçün ən yaxşı qüvvə SEPAH-dır. SEPAH-a nəzarət edə biləcək heç bir qüvvə yoxdur. Təbii ki, ən güclü qüvvədir, amma içində sərbəst nəzarət mexanizmi də yoxdur.
SEPAH ABŞ-a sadiqliyini Qasım Süleymaninin öldürülməsində göstərdi. Q.Süleymaninin öldürülməsi ilə bağlı ABŞ prezidenti D.Trampın əmrinin icrasında yüksək çinli SEPAH-çı iştirak etdi. Sonra da dəfələrlə (məs. Dəməşqdə konsulluğun vurulması və digər hadisələr) SEPAH-ın yüksək çinli hərbçilərinin iştirakı ilə belə hallar baş verib. SEPAH-ın başçıları xeyli varlıdırlar. Onların ailə üzvləri artıq İrana sığmırlar. Yaxşı halda həm İranda, həm də ABŞ-da yaşamaq istəyirlər. Hətta bəziləri köçüb ABŞ-da yaşamaq istəyir. Əllərində olan pulları rahat şəraitdə Amerikada xərcləmək istəyirlər. Bu tipli məlumatların əksəriyyəti ABŞ-ın Ermənistandakı səfirliyində var. Ehtimal ki, səfirlik bunun da mesajını verib.
Bu prosesin davam etməsi üçün SEPAH-çılar ABŞ-ı lazım olan proseslərlə, əməliyyatlarla qidalandırmalıdırlar. Əməliyyatların da bir qismi hərbi sahəyə aiddir. Bunların hamısının təyinatı İranın ali dini liderini xalqın gözündən salmaq və bəlkə də aradan qaldırmaqdır.
N.Paşinyan üç dəfə ali dini liderlə görüşüb. Onun İrana birinci, ikinci, üçüncü səfərlərini normal insana təhlil etdirsinlər, nəticələri görəcəklər. N.Paşinyanın birinci səfəri ilə bağlı materialları yaxında mətbuata çıxaracağıq. Maraqlı proseslər baş verib.
İran artıq ABŞ-ın tələsindədir. İranın daxilində çox ciddi itki baş verməlidir və ya İran çökdürülməlidir. Hər şey də ali dini liderin ətrafında baş verən proseslərdən başlayacaq.
İranın Ermənistanla bağlı siyasəti Q.Süleymaninin vaxtından yalnız SEPAH-a aiddir. Q.Süleymani isə son vaxtlar ali dini liderlə yola getmirdi.
İran XİN ABŞ-ın Ermənistandakı səfirliyinin açıq mətnlə adlarını mətbuata çıxardığı hərbi texnikanın mövcudluğunu dilinə gətirə bilmir, gətirə də bilməz. Çünki hər şey SEPAH-ın nəzarəti altındadır. ABŞ son mesajı ilə SEPAH-ın da nəzarəti altında olduğunu bildirdi. Qonşuluqda və hər yerdə ABŞ-ın, İsrailin bazalarını İran virtual “görə bilir”, Ermənistanda səfirin aşkar etiraf etdiyi hərbi texnikaya münasibət bildirə bilmirlər.
Sonradan İran xarici işlər nazirinin o mövqeyi ilə bağlı SEPAH-ın verdiyi mövqe şübhə yaradandır. SEPAH-da ABŞ-ın Ermənistanda gördüyü işlərin sonrakı davamı ilə bağlı dəqiq məlumat var ki, belə addım atır. ABŞ-ın İrana indiki dövrdə yaxşılıq etməsi mümkün deyil.
Mübariz Əhmədoğlu
Politoloq
Xəbər 5060 dəfə oxunub.
Bölməyə aid digər xəbərlər
|