Azərbaycanda məmurdan inanılmaz fırıldaq - 162 min manatlıq “ölü canlar“ əməliyyatı
Şöbə müdiri direktoru məhkəməyə verdi - İşdə nazir müavini də var
Məşhur türk bloger “Kontakt home“dan şikayətçidir -Video+YENİLƏNİB
XİN-in arasında görüş keçirilib
Gömrük əməkdaşlarının maaşları niyə verilmir?
Tbilisidə polislər aksiya iştirakçılarına su şırnaqlarından istifadə ediblər
Azərbaycan komandası karate üzrə Qran-Pri turnirinin qalibi oldu -Foto
Tramp Ermənistandakı istefalarla İrana qarşı mövqeyini ortaya qoydu - Politoloq
Prezident Kiriakos Mitsotakis ilə görüşüb -Fotolar
Bakıda yenilənmiş Ukrayna Mərkəzi -Fotolar


13.05.2024  16:28 

“Paşa Bank” Səlim Müslümovun oğlunu məhkəməyə verdi – Borca görə





A+  A-

“Paşa Bank” ASC sabiq əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümovun oğlu barəsində yenidən məhkəmə iddiası qaldırıb.

Xəzərnews.az Yeniavaz.com-a istinadla xəbər verir ki, məhkəmə iddiası Bakı Kommersiya Məhkəməsinin hakimi Ziya Şirinovun icraatına verilib.

Bildirək ki, “Paşa Bank” məhkəmə iddiasını kredit müqaviləsi üzrə mübahisələrlə əlaqəli olaraq qaldırıb.

“Paşa Bank” Səlim Müslümovun böyük oğlu Turqay Müslümlü ilə birgə ona məxsus “Orion Global” MMC (VÖEN - 1005080711) şirkətini də məhkəməyə verib.
Xatırladaq ki, “Paşa Bank” ötən ilin avqust ayında da Turqay Müslümlüyə qarşı bənzər iddia qaldırıb.

Qeyd edək ki, barəsində iddia qaldırılan “Orion Global” MMC Səlim Müslümovun nazir vəzifəsində işlədiyi dövrdə – 23 noyabr 2017-ci ildə Bakı şəhəri, Binəqədi rayonu, Ziya Bünyadov, ev 7A ünvanında dövlət qeydiyyatına alınıb. Eyni ünvanda Səlim Müslümovun oğlanları – Turqay və Asim Müslümlü qardaşlarının rəhbərlik etdiyi başqa şirkətlər də qeydiyyata alınıb.

Turqay Səlim oğlu Müslümlü “Orion Global” MMC, “Orion Construction” MMC və “Orion Cars” MMC-nin qanuni təmsilçisi, Asim Səlim oğlu Müslümlü isə “Orion Creativ Solutions” MMC-nin qanuni təmsilçisidir.

“Paşa Bank”ın barəsində iddia qaldırdığı “Orion Global” MMC-yə hazırda Sadıqov Mirsadiq Sadıq oğlu rəhbərlik edir. Ötən ilin avqust ayında dövlət büdcəsinə böyük həcmdə – 102 min manatdan çox vergi borcu olan “Orion Global” MMC-nin hazırda (13 may 2024-cü il tarixinə) 5 min 841 manat 61 qəpik vergi borcu var.

Xatırladaq ki, Səlim Müslümov 2021-ci ildə Dövlət Təhlükəsizliyi Xidməti (DTX) tərəfindən həbs olunub. Ona qarşı Cinayət Məcəlləsinin 179.4 ( xüsusilə külli miqdarda ziyan vurmaqla mənimsəmə və israf etmə), 308.2 (ağır nəticələrə səbəb olan vəzifə səlahiyyətlərindən sui-istifadə), 311.3.2-ci və 311.3.3-cü (təkrar külli miqdarda rüşvət alma) maddələri ilə ittiham irəli sürülüb. Sabiq nazir 13 ay həbsdə qaldıqdan sonra ev dustaqlığına buraxılıb.

Xəbər 4736 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

08.12.2024  21:14 

Əhməd Muxtar həbs edilib

07.12.2024  22:54 

Zelenski Donald Trampla görüşüb

06.12.2024  09:11 

Elgiz Alxanov həbs edildi


BÜTÜN XƏBƏRLƏR +