Azərbaycan komandası karate üzrə Qran-Pri turnirinin qalibi oldu -Foto
Tramp Ermənistandakı istefalarla İrana qarşı mövqeyini ortaya qoydu - Politoloq
Prezident Kiriakos Mitsotakis ilə görüşüb -Fotolar
Bakıda yenilənmiş Ukrayna Mərkəzi -Fotolar
Prezident Aleksandr Stubb ilə görüşüb
Şarl Mişel Azərbaycana səfər edəcək
Naxçıvanda yüksək vəzifəyə təyinat
Dünya və BRİKS üzv olan ölkələrin dollardan imtina etməsi özünü doğruldacaqmı?
Azərbaycandan Fransanın Ermənistandakı səfirinə CAVAB
Hikmət Həsənovun köməkçisi ağır cəzalandırıldı


13.07.2023  18:22 

Rüşvətlə elmi dərəcə alan şəxslərin adları... - Rektor





A+  A-

Ötən gün Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi tərəfindən həyata keçirilmiş əməliyyat-axtarış tədbirləri çərçivəsində Ali Attestasiya Komissiyasının İqtisad elmləri üzrə Ekspert şurasının üzvü – elmi katibi Şəfa Əliyevin qanunsuz əməlləri ifşa edilməsi ilə bağlı informasiyalar yayılıb.

İdarədən bildirilib ki, Şəfa Əliyev öz vəzifə imkanlarından istifadə edərək müxtəlif şəxslərdən aldığı pul vəsaitləri müqabilində onlara elmi dərəcələrin verilməsinə nail olmasına və vəzifə səlahiyyətlərindən sui-istifadə etməsinə əsaslı şübhələr müəyyən edilib.

Bu informasiyadan sonra çoxları tərəfindən Ali Attestasiya Komissiyasının iş faliyyəti müzakirə olunmağa başlayıb.

Bəs bu xoşagəlməz faktora görə ümumi komissiyanın fəaliyyətini qaralamaq nə dərəcədə doğrudur?

XəzərNews.az xəbər verir ki, mövzu ilə bağlı AzEdu.az-a açıqlama verən Xəzər Universiteti və Dünya məktəbinin təsisçisi, professor Hamlet İsaxanlı qeyd edib ki, bu səbəbdən bütün qurumu ləkələmək doğru yanaşma deyil:

“Əlbəttə, hər təşkilatda bu kimi xoşagəlməz hallarla rastlaşa bilirik. İstənilən sahədə müxtəlif cür insanlar mövcuddur. Və təbii ki, yaxşı niyyətli şəxslər olduğu kimi, pisniyyətlilər də olur. Bunu bütün təşkilatı pisləyərək gündəmə gətirmək olmaz. Tutaq ki Ali Attestasiya Komissiyasında bir nəfər ifşa olunub və onun kimi bir neçə nəfər də var. Amma bu o demək deyil ki, bütün təşkilat həmin işlə məşğul olur. Qurumda müsbət işlərin görüldüyü hər kəsə məlumdur. Məsələn, plagiatların, dissertasiyaların qarşısı alınır. Bəzi nüansları ola bilər ki, düz etmirlər. Lakin bayaq da qeyd etdiyim kimi, bu hal bütün təşkilatlarda var.

H.İsaxanlı qeyd edib ki, qeyri-qanuni yolla elmi dərəcə alanları aşkar edib, bu adları onlardan almalıdırlar:

“Rüşvətlə elmi dərəcə alan şəxslərin adları üzərilərindən götürülmür. Düşünürəm ki, buna görə həmin adamı dustaq etməyə ehtiyac yoxdur. Bu hallar aşkar olunarsa, sadəcə olaraq Ali Attestasiya Komissiyası həmin elmi adı, dərəcəni ondan ala bilər. Tutaq ki, qeyri-qanuni yolla kimya üzrə fəlsəfə doktoru olubsa, həmin ad ondan alınsın. Dünyada da belə təcrübə var. Xoşagəlməz halların qarşısını almaq ancaq bu yolla mümkündür”.

Xəbər 1206 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

25.11.2024  18:38 

Ədalət Verdiyev həbs edildi

23.11.2024  14:08 

İran Rusiyaya etiraz notası verdi


BÜTÜN XƏBƏRLƏR +