Azərbaycan komandası karate üzrə Qran-Pri turnirinin qalibi oldu -Foto
Tramp Ermənistandakı istefalarla İrana qarşı mövqeyini ortaya qoydu - Politoloq
Prezident Kiriakos Mitsotakis ilə görüşüb -Fotolar
Bakıda yenilənmiş Ukrayna Mərkəzi -Fotolar
Prezident Aleksandr Stubb ilə görüşüb
Şarl Mişel Azərbaycana səfər edəcək
Naxçıvanda yüksək vəzifəyə təyinat
Dünya və BRİKS üzv olan ölkələrin dollardan imtina etməsi özünü doğruldacaqmı?
Azərbaycandan Fransanın Ermənistandakı səfirinə CAVAB
Hikmət Həsənovun köməkçisi ağır cəzalandırıldı


27.10.2021  22:41 

Tanınmış jurnalist dövlət mükafatına layiq görüldü - FOTO





A+  A-

Saxa Yakut Respublikasında keçirilən IV Beynəlxalq “Böyük qarın alqışı” poeziya festivalında araşdırmaçı və tərcüməçi jurnalist Aida Eyvazlı Göytürk də iştirak edib.

XezerNews xəbər verir ki, festivalda Azərbaycan, Qazaxıstan, Qırğızıstan, Başkordstan, Kareliya, Tatarstan, Xakasiya respublikalarından, eləcə də Murmansk, Kalujsk, Moskva vilayətləri və Moskva və Yakutsk şəhərlərini təmsil edən şairlər iştirak edib. 2013-cü ildən sonra ənənəvi hal alan “Böyük qarın alqışı” festivalı yakut xalq şairi Natalya Xarlampyevanın rəhbərliyi altında keçirilir. Bu ilki festival Yakut xalqının klassik şairi Semen Danilova həsr olunub.

Festivalın açılışı münasibəti ilə Saxa Yakutiya Respublikasının Mədəniyyət və Mənəvi inkişaf naziri dəyərlər naziri Yuriy Kupriyanov iştirakçıları ilə birlikdə Semen və Safron Danilov qardaşlarının abidəsinin önünə çiçək dəstələri qoyublar.



Qonaqları salamlayan nazir Yuriy Kupriyanov qeyd edib ki, festival hər il öz ətrafına dünyada sözə dəyər verən, sözü ilahi sayan şairləri və yazıçıları toplayır. O həm də Saxa-yakut xalqının zəngin ədəbiyyatı, klassik xalq yazıçılarının xalqın həyatında oynadığı mühüm roldan danışıb.

Daha sonra festivalın qonaqları ilə Şimali-Şərq Federal Universitetində görüş keçirilib. Universitetin beynəlxalq əlaqələr üzrə prorektoru Nurqün Maksimov şair və tərcüməçilərə uğur diləyib. “Böyük qarın alqışı” festivalının ölkənin brendinə çevrildiyini, adətən bu bayram tədbirində 60-dan artıq ölkənin şair və yazçısısı, tərcüməçisi iştirak etdiyini bildirib.

Daha sonra Saxa Yakut Respublikasının prezidenti Aysen Nikolayevin VI Beynəlxalq festivalın iştirakçıları və qonaqlarına ünvanlanmış təbrik məktubu oxunub.



Xalq yazıçısı və festivalın təşkilatçısı Natalya Xarlampyeva tədbirin əhəmiyyətindən, dünyanın müxtəlif dillərində danışan və yazan şair və yazıçılarının, tərcüməçilərinin 2013-cü ildən bəri hər il bir araya gəlməyini xalqların və ədəbiyyatların dostluğu sahəsində mühüm rol oynadığın deyib və əlavə edib ki, bu il pandemiya səbəindən qonaqların sayı az oldu və tədbir onlayn rejimdə keçirilir. Ədəbiyyatsevərlər ölkədə və ölkənin xaricində festivalı onlayn şəkildə izləyirlər. Bu festival yenidən unudulmuş ədəbi əlaqələrin bərpasında kömək edir, yeni dostluqlar yaradır, sülhü və sevgini tərənnüm edir. Universitet tələbələri tədbirdə iştirak edən qonaqların şerlərini və Semen Danilovun iştirakçılar tərəfindən tərcümə edilən şerlərini səsləndiriblər.

Festivalın ikinci günü isə Saxa Yakut Respublikasının baş nazirinin müavini ilə görüş keçirilib. Baş nazirin müavini Sergey Mestnikov “Böyük qarın alqışı” festivalı nəticəsində Saxa -Yakut klassiklərinin əsərlərinin dünyanın bir çox dillərinə tərcümə olunmasını dövlətin təməl prinsipləri olduğunu bildirib. Platon Oyunski, Semen Danilov , Mixail Amosov və digər yakut şair və yazıçılarının azərbaycan, qırğız, macar, polyak, xakas, serbiya, monqol, qazax... dillərinə çevrilməsini alqışlayıb.



Daha sonra festivalın iştirakçıları Sayat Kamşıger, Zəki Əlibəyov, Yelena Petilyaynen, Rafis Kurban, Ruzal Muxametşin, Natalya Axpaşeva, İlya Vinoqradov, Vadim Teryoxin, Boris Lukin xatirə hədiyyələri və diplomlarla təltif olunublar. Festivalın fəxri qonaqları Azərbaycandan Aida Eyvazlı Göytürk və qırğızsıtanlı Altunay Temirova Platon Oyunskinin əsərlərini tərcümə etdiklərinə görə, Saxa Yakutiya Respublikasının prezidneti Aysen Nikolayevin sərəncamı ilə "Xalqlar arasında Sülh və Dostluq əlaqələrinin möhkəmləndirilməsinə görə" dövlət mükafatına layiq görülüblər. Mükafatı onlara Baş nazirin müavini Sergey Mestnikov təqdim edib.



Festivalın laureatı Aida Eyvazlı Göytürk qeyd edib ki, festival iştirakçıları Platon Oyunski adına ədəbiyyat muzeyində, Dövlət rəsm Qalareyasında, Milli Kitabxanada görüşlərdə və poeziya gecəsində iştirak ediblər. Aida Eyvazlı Göytürk görüşlər çərçivəsində rəsmi dövlət nümayəndələrinə zəfərimizdən bəş edən kitablar, ABAD-satış mərkəzində hazırlanan “Xarı bülbül” “Qarabağ” və “Şuşa”-nı tətərənnüm edən hədiyyələri və “Xarı bülbül” nişanını təqdim edib, eyni zamanda Qarabağ zəfəri haqqında qonaqlara və festival iştirakçılarına geniş məlumat verib, Qarabağ və şəhidlərimiz haqqında yazdığı şerlərini səsləndirib.

Festival öz işini davam etdirir.

Xəbər 1536 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

25.11.2024  18:38 

Ədalət Verdiyev həbs edildi

23.11.2024  14:08 

İran Rusiyaya etiraz notası verdi


BÜTÜN XƏBƏRLƏR +