17.02.2025 19:43
Ona niyə “Yetim İlyas“ deyərmişlər?
Uşaqlığında ona "Yetim İlyas" deyərmişlər. Çünki o, 6 aylığında olanda, milis atasını qaçaqlar öldürmüşdü...
Müharibə başlayanda isə dayısını əsgər apardıqlarından, anası Məleykə xanım qardaşının da uşaqlarına baxmaq üçün iki körpə övladını - İdrisi və İlyası da götürüb, kəndə qayıtmışdı...
"Yetim İlyas" ləqəbini də elə burada - kənddə qoymuşdular...
Heç kim inanmazdı ki, gün gələcək, bu "Yetim İlyas" nəinki Azərbaycanda, dünyanın ən nəhəng ölkəsi sayılan SSRİ-də belə, ən ciddi söz, nüfuz sahiblərindən biri olacaq, bütün hüquqşünasların arzuladığı ən böyük zirvələri fəth edəcək - Azərbaycan SSR prokuroru, SSRİ Prokurorluğunun həbsxanalara nəzarət idarəsinin rəisi, müstəqil Azərbaycanın Ədliyyə naziri, hüquq elmləri doktoru olacaq; daha sonra isə Ədalət Partiyasını yaradaraq, ədalətli bir cəmiyyətin qurulması uğrunda mübarizə aparacaq!
Bütün bu nailiyyətləri isə o "Yetim İlyas" yalnız həyat uğrunda amansız mübarizədə formalaşmış güclü xarakterinin, sarsılmaz iradəsinin və ağır zəhmətinin hesabına əldə edəcəkdi!
... O, 3 aydan çox ölüm yatağında da o sarsılmaz iradəsini hər kəsə göstərdi: bir cəsur oğlunu - Etimadı namərd gülləsiylə itirmiş, onunla son anda halallaşmamışdı deyə, qürbətdə yaşayan ikinci oğlunun - Mətinin gəlib çıxmasına, əlini tutmasınadək ölümə təslim olmadı. Dözdü, dözdü, dözdü...
Nəhayət, bu gün - fevralın 17-də o da hər kəsin dadacağı ölümə təslim oldu...
Allah İlyas müəllimə və dünyasını dəyişən əzizlərimizə rəhmət eləsin!
Elxan Şükürlü
Xəbər 1639 dəfə oxunub.
Bölməyə aid digər xəbərlər
|