“Badamlı Quşçuluq”da yoxlama... - Nələr aşkarlandı?
Ağadadaş Ağayevlə bağlı hökm yanlış tirajlanıb? - VİDEO
Paytaxtda nə qədər üztanıma kamerası var?
Türkiyəli “biznesmen“in arxasında hansı qüvvələr dayanıb?
Qohumlar arasında nikah qadağan olunur
Zelenskinin istefası müzakirə edilməyib – Fox News
Mərkəzi Gömrük Hospitalında nə baş verir?
1 milyonluq mənimsəmədən 100 mini ödənilib?
Kim boşanmaq istəyir: Kişilər, yoxsa qadınlar?
Ruslar Odessanı “İsgəndər-M” raketi ilə vurdu


01.10.2018  14:18 

“Yas və toy mərasimləri qanunla tənzimlənsin”





A+  A-

Deputat Siyavuş Novruzov bələdiyyə üzvlərinin sayının azaldılmasını təklif edib.
XəzərNews.az xəbər verir ki, o, parlamentdə qeyd edib ki, gələn il Azərbaycanda bələdiyyə seçkiləri keçiriləcək:

“Bələdiyyələrlə bağlı kifayət qədər qanunlar var. Amma bunların təkmilləşdirilməsinə ehtiyac var. Vaxt və say baxımından təkmilləşmə olmalıdır. Çünki bələdiyyə üzvlərinin sayı həddindən artıq say çoxdur. Bu qədər sayda bələdiyyə üzvünün təmsilçiliyinə ehtiyac yoxdur. Elə rayon var ki, 500-ə yaxın bələdiyyə üzvü var. Ən kiçik kəndlərdə belə 3-5 bələdiyyə üzvü seçilir. Bunlar nəyə lazımdır?”.

Deputat həmçinin milli adətlərlə bağlı olan qanunlarımızın sərtləşdirilməsini təklif edib: “Burada istər yas, istərsə də toy mərasimləri yer alır. Artıq zamanı gəlib çatıb ki, bu məsələlər qanunla tənzimlənsin. İndi bunu ictimai tənbehlə tənzimləmək mümkün deyil. Ziyalılar çıxış edir, deputatlar da deyir, amma nəticəsi yoxdur. Ona görə də qanun qəbul olunmalıdır”.

Xəbər 1802 dəfə oxunub.




11.03.2025  18:37 

Bəs, “ədalət“ nədir?


BÜTÜN XƏBƏRLƏR +