Şahin Bağırov yeni rəis təyin etdi
Qırğızıstan və Tacikistan tarixi razılaşma imzaladı
Qaz balonu partladı: Xəsarət alanlar var
“Natiq Əliyev” tankeri yük gəmisi ilə TOQQUŞUB
Həmin qılıncın üzərində nə yazılıb?
Təbrizdə "Bu qala daşlı qala" ifa OLUNDU
Nurlan Libre barəsində həbs qərarı verildi
Prokurorluq bu şirkətlərə cinayət işi açdı – Siyahı
Kiyevdə terrorun qarşısı alındı
Bu binalarda istiliklə bağlı problem yaranıb


13.02.2017  23:31 

Qanunsuz parkomant etiraza səbəb olur - VİDEO





A+  A-


Ərazi nə asfaltlanıb, nə də ki, nişanlanma xətti çəkilib. Buna baxmayaraq, burada parkomant quraşdırılıb. Nobel prospekti Ağ şəhər bulvarına bitişik ərazidə qanunsuz parkomant fəaliyyət göstərir.

XəzərNews.az "Xəzər xəbər"ə istinadən xəbər verir ki, bu isə sürücülərin narazılığına səbəb olur. Söhbət Xətai rayonu Nobel prospekti Ağ şəhər bulvarına bitişik ərazidən gedir. Yaxınlıqda olan ofislərdə çalışan işçilər avtomobillərini burda saxlayırlar. Bunu görən Bakı Şəhər İcra Hakimiyyətinin Xüsusi Təyinatlı Avtonəqliyyat İdarəsinin əməkdaşları torpaq ərazidə parkomat quraşdırıblar.

Çəkiliş apardığımız zaman parkomantların işlək vəziyyətdə olmasının şahidi olduq. Ancaq nədənsə ərazidə parkomanta nəzarət edən əməkdaşlar gözə dəymirdi.

Bununla yanaşı, yer torpaq olduğundan xüsusən də yağışlı və qarlı günlərdə əraziyə daxil olmaq çətinləşir. Ancaq bütün bunlara baxmayaraq, ərazi ödənişli parklanma yeri kimi fəaliyyət göstərir.

Yol hərəkəti üzrə ekspert Ərşad Hüseynov deyir ki, "yol hərəkəti" haqqında qanuna görə bu cür ərazidə parkomant qoyula bilməz..

Əslində isə parklanma yerləri müəyyən standartlara cavab verməlidir.

Məsələ ilə bağlı Bakı Şəhər İcra Hakimiyyəti ilə əlaqə saxlamağa çalışsaq da, telefonlara cavab verən olmadı.



Xəbər 3753 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

21.02.2025  16:54 

Köln kilsəsi boşaldıldı

21.02.2025  13:49 

Viktor Qonçarov SAXLANILDI


BÜTÜN XƏBƏRLƏR +