Azərbaycandan Fransanın Ermənistandakı səfirinə CAVAB
Hikmət Həsənovun köməkçisi ağır cəzalandırıldı
“Efirlər Tiktok-da soyunanları çağırırlar, səviyyə yoxdur..“ - Azərbaycanlı reper
Avropa Məhkəməsi keçmiş Baş prokurorla bağlı qərarını elan etdi
Prezident Zəngilanda beşinci yaşayış kompleksinin təməlini qoyub
Mirzoyan Azərbaycana qarşı uyğun olmayan fikirlər səsləndirib -Ayxan Hacızadə
“İstəsək, bir gün ərzində bütün borcu sıfırlaya bilərik” -Prezident
Çex Respublikası Dövlətçilik Gününü qeyd etdi -Fotolar
Prezident İlham Əliyevə çoxməqsədli JF-17C təyyarələri təqdim olunub -FOTO, VİDEO
Genişmiqyaslı Rusiya-Ukrayna müharibəsinin 944-cü günü…


24.09.2021  11:39 

Mənsimov yenə məhkəməyə verildi - Bu dəfə qardaşı tərəfindən





A+  A-

Azərbaycanlı iş adamı, “Palmali” şirkətinin sahibi Mübariz Mənsimov qardaşı Maarif Mənsimov tərəfindən məhkəməyə verilib.
Qardaşı Mənsimovu dələduzluqda ittiham edib. Maarif Mənsimov qardaşının “qəsdən dələduzluq”, “etibardan sui-istifadə etmə” və prokurorluğun müəyyən edəcəyi digər cinayətlərə görə mühakimə olunmasını tələb edib. O, iş adamının çirkli pulların yuyulmasında və bir çox cinayətlərdə əli olduğunu, mafiya ilə əlaqələrinin olmasını iddia edib.

Maarif Mənsimov şikayət ərizəsində qeyd edib ki, qardaşı yalan söyləyərək dövlət adamları ilə əlaqəsi olduğunu bildirməklə iş dünyasını və bankirləri aldadıb və bununla da bütün ətrafına ziyan vurub.

O, Beşiktaş Ulusda yaşadığı villanın təxminən 17 il əvvəl Mübariz Mənsimovdan aldığını, ancaq həmin vaxt Türkiyə vətəndaşı olmadığı üçün evini “Palmali” şirkəti üzərinə qeydiyyata saldığını, bir müddət sonra isə qardaşının evin onun adına keçirilməsini dəfələrlə ləngitdiyini bildirib. İddiaya görə, daha sonra isə iş adamı villanı borclarının müqabilində özəl banklardan birinə girov verib.

Maarif Mənsimov, həmçinin, şikayət ərizəsində qardaşının davamlı olaraq insanlara dələduzluq etməsi, çirkli əlaqələr qurması, eyni gəmini üç fərqli adama satması səbəbindən onunla əlaqələri kəsdiyini bildirib.

O iddia edib ki, Mübariz Mənsimovla bərabər digər şübhəli şəxs – Nuray N.P. da onun çirkli işlərinin icraçısı, bəzən isə koordinatoru olub.

Qardaşı iş adamnının “Sberbank”, Lukoil” kimi xarici şirkətlərin, o cümlədən yerli şirkətlərin zərərlə üzləşmələrinə səbəb olan saxtakarlıqlar etdiyini, Nuray N.P. ilə birlikdə saxta pul köçürmələri nəticəsində bir çox insana ziyan vurduqlarını iddia edib. Şikayət ərziəsində Mübariz Mənsimovun çirkli pulların yuyulmasında iştirakı ilə tanınan erməni əsilli mafiya lideri Levon Termedzyan və Sezgin Baran Korkmaz kimi şəxslərlə yaxın əlaqələrindən bəhs edilir.

“Bütün bunlar şübhəlilərin əsl üzünün, ölkəyə və cəmiyyətə verdikləri zərərin daha yaxşı başa düşülməsi üçün açıqlanır. Bu qədər haqsızlıq, qanunsuzluq və vurulan ziyan qarşılıqsız qalmamalıdır. Bu insanların layiq olduqları şəkildə cəzalandırılmaları üçün bu şikayəti vermək məcbutiyyətində idim”, - deyə Maarif Mənsimov məhkəməyə verdiyi ərizəsində qeyd edib. /“Kriminalqafqaz”/

Xəbər 2733 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

31.10.2024  20:12 

Şəmkirdə bədbəxt hadisə

31.10.2024  01:48 

Müğənni Kərim ziyana düşüb

30.10.2024  16:24 

Daha bir tiktoker həbs edildi -Foto


BÜTÜN XƏBƏRLƏR +