Prezident Natiq Qasımovla bağlı paylaşım etdi -Foto
İlham Əliyev Rusiya prezidentinə və Dağıstanın rəhbərinə başsağlığı verib
Xalqı taladı, indi də Qarabağı talamaq istəyir...
Prezident : ATƏT-in Minsk qrupunun fəaliyyətinə rəsmən xitam verilməsinin vaxtı çoxdan yetişib
Diaspora üçün Azərbaycanı təbliğ edən tribunalar niyə qapadılıb?
“Daşnaksütyun” partiyasının 13 üzvü saxlanılıb
Prezident Azərbaycan xalqını təbrik edib
Ayətullah və prezident mollanın arxasında namaz qılır - TƏZAD
Milli azlıqların sosial-mədəni inkişafı – Yeni layihə nə vəd edir?
İlham Əliyev filippinli həmkarını təbrik edib


23.06.2024  19:59 

İran və Rusiyanın arasında Azərbaycan...





A+  A-

Xəzərnews.az xəbər verir ki, Diaspora.TV-də Siyasi İnnovasiya və Texnologiyalar Mərkəzinin (SİTM) rəhbəri, politoloq Mübariz Əhmədoğlu müəllifi olduğu “Cənub vaxtı”nda İran, Rusiya və Azərbaycan münasibətləri fonunda regionda baş verən siyasi-iqtisadi münasibətlərdən söhbət açıb.

M.Əhmədoğlunu səsləndirdiyi fikirlərin mətn formasını ixtisarla təqdim edirik:

- Yaxınlarda İqor Levitinin iştirakı ilə Şimal-Cənub dəmir yolu marşrutunun Rəşt-Astara hissəsinin bir qismi, yəni Rəştdən Xəzər dənizinin sahilində Kaspian limanına qədər olan 37 km-lik hissəsinin açılışı keçirildi. Əvvəldən verilən anonsa görə orada RF prezidentinin köməkçisi İ.Levitin və Azərbaycan hökumətinin İranla əlaqələr üzrə kuratoru, Baş nazirin müavini Şahin Mustafayev də iştirak edəcəkdir. Sonradan Ş.Mustafayevin iştirakı ilə bağlı heç bir məlumat yayılmadı, İ.Levitin isə o tədbirdə iştirak edib. Levitin təxminən 5 gün əvvəl İranda idi, Rəşt-Astara dəmir yolunun tikintisini müzakirə edəcəkdir. Bu yol Rusiya üçün xüsusi əhəmiyyətə malikdir. Ən azı modal tiplidir, multimodal deyil, tikişsizdir.

Rəşt-Astara dəmir yolunun tikintisi başa çatdıqdan sonra Baltik dənizinin sahilində Rusiya limanlarından yüklər dəmir yolu qatarına yüklənir və Hind Okeanına qədər heç nə dəyişmədən gedib çatır. Başqa variantlar hələki əlçatan deyil.

Türkmənistan ərazisindən də İrana birbaşa dəmir yolu əlaqəsi nəzəri cəhətdən mümkündür. Orada tikinti işləri daha böyük həcmdədir. Türkmənistandan İrana qədər olan yolun böyük bir qismi hələki elektrikləşdirilməyib. Bu proses də başa çatmalıdır.

İranın əsas mövqeyi Rusiya ilə əlaqələrdə Azərbaycanın logistik imkanlarının məhdudlaşdırılması marağı aydın görünür. Azərbaycanın maliyyə imkanlarının azalması da İran üçün vacibdir. Daha çox Azərbaycanın geoiqtisadi imkanlarının daralması İran üçün bir nömrəlidir.

İranın Azərbaycana qarşı belə mübarizəsi məntiqdən uzaq məsafədə dayanıb. Bu İran üçün ciddi problemlər yarada bilər. Rusiyanın İrana hücumu Qafqazdan başlamayıb, Xəzər dənizindən başlayıb. Rəşt şəhəri də uzun müddət rus şəhəri hesab olunub, İvanqrad adlandırılıb. İndi Azərbaycanın acığına İran Rəşt və digər Xəzəryanı ərazilərə Rusiyanın ayağını açır ki, Azərbaycan müəyyən qədər zərər görsün. Azərbaycan zərər görəcək, görməyəcək, bu artıq ayrıdır.

İranın əlində Azərbaycandan uzaqlaşmaq üçün ikinci variant Türkmənistandır. Burada da İran çox böyük problemlə üzləşə bilər. Azərbaycanın İsraillə əlaqələrini əsas götürən İran çox gözəl bilir ki, İsrailin Türkmənistanla əlaqələri artan istiqamətdədir və Qəzza müharibəsi bitdikdən sonra əgər İsrail istəsə, qısa müddət ərzində Türkmənistan ərazisindən İrana qarşı istənilən işi görə biləcək. Ermənistan həmişə İsraillə əlaqələrdən ötrü yalvarıb. Azərbaycana isə İsrailin ehtiyacı yoxdur.

Dəmir yolu əlaqəsində Azərbaycanın sıxışdırılması İranın Azərbaycana qarşı yeganə addımı deyil. Bir az bundan öncə Rusiya Azərbaycan, İran ərazisi vasitəsilə Pakistana qaz svopu etmək istəyirdi. İran buna razılıq vermədi. Azərbaycan ərazisindən deyil, bu qaz svopunu Türkmənistan ərazisindən etmək idi.

Türkmənistanla Rusiyanın qaz mövzusunda ayrı baxışları var. Rusiya əgər Türkmənistan ərazisindən Pakistana qaz svopu edəcəksə, bu zaman İranın ərazisinə ehtiyac yoxdur. Türkmənistanın Əfqanıstan vasitəsilə Pakistan ərazisinə çıxışı var. Burada da İranın hədəfi Azərbaycanı oyundan kənarlaşdırmaq idi. İranın Azərbaycanla münasibətində ən böyük bəhanəsi İsraildir. Azərbaycan İsraillə əlaqədədir, cəfəngdir. İsrailin Azərbaycanla rəsmi münasibətlər qurması 1992-ci ildə İranla təxminən eyni vaxtda, bəlkə də İrandan bir neçə gün əvvəl baş tutub. Real əlaqələr 1997-ci ildə qurulub. Bunu İranın yazdığı mənbəyə istinadən bildirirəm. İran mənbəyini təkzib edirsə, 1997-ci ilə qədər Azərbaycanda hərbi nöqteyi-nəzərdən yalnız İran olub. 1994-cü ildə də atəşkəs müqaviləsi imzalananda da İranın hərbi müşavirləri ərazimizdə idi. Buna baxmayaraq məğlubiyyət müqaviləsini imzalamağa o zaman məcbur idik, geriləmə proseslərini dayandıra bildik.

Sonra da işğaldan azad olunmaya qədər o müqavilə fəaliyyət göstərdi. Bu müqavilə imzalananda İran Azərbaycanın yanında idi. İsrail, Türkiyə, Rusiya, Avropa, Qərb və s. onlar Azərbaycanın yanında deyildi. Azərbaycanı hətta İranın tərəfdaşı kimi qəbul edilib, cəzalandırıldığı dövr də olub. Şuşanın işğalı bunun aydın misalıdır. Şuşanın işğalında Azərbaycanı ona görə cəzalandırdılar ki, Azərbaycan İranın regional proseslərə müdaxiləsinə şərait yaratdı. Çünki Azərbaycan İranın vasitəçiliyini qəbul etmişdi, Ermənistan qəbul etmirdi. Ter-Petrosyan Tehranda olduğu günü R.Köçəryanla S.Sərkisyan Şuşanı işğal etdilər və burada da RF onlara kömək etdi. Məqsəd Azərbaycan başa düşsün ki, İranla oturub, durmaq olmaz.

Azərbaycan başa düşdü, Azərbaycandan daha çox görünür İran başa düşübmüş. Şuşanın işğalından sonra İran tamamilə erməniyə tərəf keçdi. O zaman Ermənistanın prezidentləri üç dəfə “İranı Ermənistan üçün həyat yolu” adlandırdı. Azərbaycan Ermənistanı “çətin vəziyyətə” salanda İran Ermənistanın vəziyyətdən çıxarmışdı.

Əgər Azərbaycanın məqsədi İranı parçalamaq, vahid Azərbaycan qurmaqdırsa, görünür İran bu barədə məlumatsızdır. Rusiyanın prezidenti D.Medvedev olarkən 4 dəfə Azərbaycanın qarşısında İrana qarşı birlikdə iş görməyi qaldırıb. Rusiyanın o zaman rəsmi mövqeyinə görə ABŞ İrana hücum edəcək, İrandakı azərbaycanlılar Azərbaycan Respublikasına axın edəcək. Nəticədə Azərbaycan MDB-nin üzvüdür. Rusiya ilə Azərbaycan arasında vizasız rejimdir və İrandan gələn axın Rusiyanın da ərazisində humanitar gərginlik yaradacaqdır. RF xarici işlər naziri S.Lavrov D.Medvedevin və V.Putinin dövründə də 4-5 dəfə Azərbaycanın qarşısında İrana qarşı birgə siyasət aparmağı qaldırıb. V.Putin prezident olarkən iki dəfə bunu publik şəkildə aktuallaşdırıb. 2013-cü ilin avqustunda Azərbaycanda prezident seçkiləri dövründə Prezident İ.Əliyevin evində çay süfrəsi arxasında İ.Əliyevlə V.Putinin arasında geniş söhbət oldu. Azərbaycanın tarixi problemlərinin birgə həllini V.Putin gündəliyə gətirdi.

Rusiyanın nöqteyi-nəzərincə Azərbaycanın ərazisinin bir qismi Gürcüstanda, Türkiyədə, böyük qismi İranda və Ermənistanın əlindədir. Maraq çəkən V.Putinin ortalığa qoyduğu ardıcıllıq idi. V.Putinin Borçalı mövzusunu gündəliyə gətirdiyi anlaşılır. O zaman Gürcüstan Qərbə tam keçmək ərəfəsində idi və Rusiya Gürcüstana əlavə təzyiq elementləri yaratmaq istəyirdi. Azərbaycan bundan imtina etdi.

İkinci sırada Azərbaycanın Türkiyədə olan tarixi ərazilərini aktuallaşdırması mövzusu idi. Çünki Türkiyə ilə Rusiya bu vaxta qədər rəqib olublar və V.Putin istəyirdi ki, Azərbaycanı da bu siyasətdə müttəfiqi kimi görsün. Rusiya ərazisində Dərbəndi unutmuşdu. İranı o zaman özü üçün müttəfiq hesab edirdi. Yalnız bundan sonra Ermənistanın işğal etdiyi ərazilərə baxıla bilərdi.
Təbii ki, Azərbaycanın Prezidenti İlham Əliyevdir. Bunu iranlılar yadlarında saxlasınlar. Məhz o proseslərdən təxminən 2-3 il sonra Azərbaycan Prezidenti İranla Rusiya arasında prosesləri normallaşdırmaq xatirinə üçtərəfli sammit ideyasını təklif etdi.

Azərbaycan, Rusiya və İran prezidentlərinin görüşündə İranla Rusiya arasında xüsusilə Azərbaycan kontekstindən yaranan məsələlər dinc yolla həllini tapsın. İndi Avrasiyada “sabitlik, təhlükəsizlik” terminləri geniş yayılıb. İlk dəfə o zaman Prezident olaraq İ.Əliyev bu termini ortalığa qoydu. İranla Rusiya Avrasiyanın böyük əksəriyyəti demək anlamındadır. İran Azərbaycanın təklifini qəbul etdi. Rusiya prezidentinin iştirakı ilə üçtərəfli Bakı və Tehranda sammitlər keçirildi. Sonradan Rusiya ərazisində belə sammit keçirilmədi. Yubandı, COVİD-19 dövrünə düşdü və bununla da hər şey sıradan çıxdı. O zaman İran Azərbaycana bu üçlü formatın davam etməsi üçün dəstək vermədi. Bu kontekstdən baxdıqda İranın məntiqi anlaşılmır. Azərbaycan İranın üstünə getmək istəmir, bu aydın görünür. İran isə bunu görmək istəmir.

Rusiya Azərbaycana təhlükəsizlik qarantiyası, dəstək verir, təki İran parçalansın. Azərbaycan bundan imtina edir. İndi vəziyyəti Azərbaycan-ABŞ münasibətlərində də Ağ Evin lujaykasında 2005-ci ildə Prezident İ.Əliyev bildirdi ki, biz başqa dövlətin ərazisinə hücuma imkan verməyəcəyik. ABŞ-da Azərbaycana İranın üstünə getməyə təhlükəsizlik təminatı, maliyyə, hərbi yardım vəd verirdi. Qəribə məntiqdir. Azərbaycan Rusiyanın, ABŞ-ın hərbi, siyasi, maliyyə, BMT TŞ-də təhlükəsizlik zəmanəti verməsi ilə İranın üstünə getmir. Əvəzində xərc çəkir və İsraili gətirir ki, bir yerdə İranı parçalayaq. Bu İranın məntiqidir. İran sadəcə Azərbaycanı, Azərbaycanın şiə olduğunu qəbul edə bilmir. İndi baş verənlər də aşkar İranın ziyanınadır və sonda da hamı görəcək ki, İran bu proseslərdə uduzacaqdır. Çünki Rusiya ABŞ, Qərb tərəfindən izolyasiyadadır. Rusiya bu izolyasiyanı yırtmaq istəyir. Asiya, Afrika istiqamətində hərəkət edir. Afrikaya getmək üçün İranın ərazisindən istifadə etməlidir. İran buna razılıq verməyəcəksə Rusiya əlindən gələn hər şey edəcəkdir. Bu zaman İran Azərbaycanın mövqeyinə arxayın ola bilməz. Azərbaycan yaxşı halda neytral qalacaq. Əksərən də hesab edək ki, neytral qalacaq. Rusiyanın əlavə resursları İranın daxilində fəaliyyət göstərəcək.



Xəbər 2409 dəfə oxunub.





Bölməyə aid digər xəbərlər

27.06.2024  08:51 

Bu yollarda tıxac var -Siyahı

26.06.2024  17:45 

Sabahın havası AÇIQLANDI

26.06.2024  17:39 

Yaşar Yakış vəfat edib

26.06.2024  00:41 

Mahaçqalada atışma olub

25.06.2024  16:01 

Hacı Salman saxlanılıb -Foto

25.06.2024  08:25 

Bu yollarda tıxac var -Siyahı

24.06.2024  18:25 

Kür çayında bir nəfər batıb


BÜTÜN XƏBƏRLƏR +