Rusiya ordusu daha 3 kəndi işğal edib
Niaqara şəlaləsi Azərbaycan bayrağının rəngləri ilə işıqlandırılıb -VİDEO
Sərnişinlərə şad XƏBƏR: Bu tarixdən...
Suriya Prezidentinə qarşı sui-qəsd cəhdi
Hərbi salam verib, əlini sıxdı –VİDEO
“İmişlidə faciə: Həkimlərə təhvil verdik, evə çatanda xəbəri gəldi ki ölüb ”
Bakıda ağır qəza: Sürücü öldü -VİDEO
Rəsul Quliyev Bakıya gəlir - Özü açıqladı
Romada azərbaycanlı qadın itkin düşüb
“Vaşaq“ və “Kobra-2“ ilk dəfə nümayiş etdirildi


20.12.2017  10:56 

Nazirlər Kabineti “Bakı Metropoliteni“ ilə bağlı qərar verdi





A+  A-

Nazirlər Kabineti "Bakı Metropoliteni" Qapalı Səhmdar Cəmiyyəti nizamnaməsinin və strukturunun təsdiq edilməsi barədə" qərarda dəyişikliklər edib.
XəzərNews.az report-a istinadən xəbər verir ki, dəyişikliyə görə, "Bakı Metropoliteni"nin nizamnamə kapitalı artırılıb, həmçinin QSC-nin strukturu dəyişdirilib.

Qərara aşağıdakı dəyişikliklər edilib:

1.1. həmin qərarla təsdiq edilmiş 1 nömrəli əlavə - "Bakı Metropoliteni" QSC-nin Nizamnaməsi"nin 4.4-cü bəndində "1 milyard 770 milyon 950 min 768,02" və "125 milyon 244 min 043 rəqəmləri və sözləri müvafiq olaraq "2 milyard 580 milyon 638 min 397,20" və "182 milyon 506 min 251" rəqəmləri və sözləri ilə əvəz edilsin;

1.2. həmin qərarla təsdiq edilmiş 2 nömrəli əlavə - "Bakı Metropoliteni" QSC-nin Strukturu" aşağıdakı redaksiyada verilsin:

"1. "Bakı Metropoliteni" Qapalı Səhmdar Cəmiyyətinin Aparatı.

2. "Bakı Metropoliteni" Qapalı Səhmdar Cəmiyyətinin tabeliyində olan hüquqi şəxs statusuna malik olmayan təşkilatlar:

2.1. Hərəkət Xidməti;

2.2. Yol Xidməti;

2.3. Tunel Qurğuları Xidməti;

2.4. Elektrik Təchizatı Xidməti;

2.5. İşarəvermə və Rabitə Xidməti;

2.6. Elektromexanika Xidməti;

2.7. Əsaslı Təmir Xidməti;

2.8. Depolar üzrə İş Departamenti;

2.9. Birləşmiş emalatxanalar;

2.10. Diaqnostika və Metroloji Təminat Mərkəzi;

2.11. Eskalator Xidməti;

2.12. Nəqliyyat və Xüsusi Texnika Departamenti;

2.13. Tikinti Departamenti;

2.14. Perspektiv İnkişaf və Əsaslı Tikintiyə Nəzarət Departamenti;

2.15. Mühafizə və Yanğın Təhlükəsizliyi Xidməti;

2.16. Yaşıllaşdırma və Vaqonların Təmizlik Təsərrüfatı Xidməti;

2.17. İnformasiya və Kommunikasiya Texnologiyaları Xidməti;

2.18. "Bakı Metropoliteni" Qapalı Səhmdar Cəmiyyətinin Sağlamlıq Mərkəzi;

2.19. Vaqonların Əsaslı Təmir Xidməti.".

3. Azərbaycan Respublikasının Vergilər Nazirliyi, Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsi, Azərbaycan Respublikasının Maliyyə Bazarlarına Nəzarət Palatası və "Bakı Metropoliteni" Qapalı Səhmdar Cəmiyyəti bu qərardan irəli gələn məsələləri həll etsinlər.

Xəbər 2816 dəfə oxunub.




07.11.2025  16:52 

Diaspor sədri təltif olundu - Foto

07.11.2025  14:00 

Torpağı, qumu sarı - Nərimanabad

07.11.2025  11:36 

YUNESKO yeni rəhbər seçdi


BÜTÜN XƏBƏRLƏR +