Rusiya ordusu daha 3 kəndi işğal edib
Niaqara şəlaləsi Azərbaycan bayrağının rəngləri ilə işıqlandırılıb -VİDEO
Sərnişinlərə şad XƏBƏR: Bu tarixdən...
Suriya Prezidentinə qarşı sui-qəsd cəhdi
Hərbi salam verib, əlini sıxdı –VİDEO
“İmişlidə faciə: Həkimlərə təhvil verdik, evə çatanda xəbəri gəldi ki ölüb ”
Bakıda ağır qəza: Sürücü öldü -VİDEO
Rəsul Quliyev Bakıya gəlir - Özü açıqladı
Romada azərbaycanlı qadın itkin düşüb
“Vaşaq“ və “Kobra-2“ ilk dəfə nümayiş etdirildi


26.05.2017  15:16 

Füzulinin İcra başçısı açılışda iştirak edib - Fotolar





A+  A-

Prezidentin sahibkarlığın inkişaf etdirilməsi, yerlərdə sahibkarlara əlverişli şərait yaradılması barədə tapşırıqları Füzuli rayonunda daim diqqət mərkəzində saxlanılır. Rayonda görülən işlər, həyata keçirilən tədbirlər ölkə başçısının məhz bu sözlərinə uyğun aparılır, sahibkarların daha da yaxşı işləmələri, yeni iş yerləri açmaları, yerli istehsalı artırmaları üçün şərait yaradılır.
XəzərNews.az xəbər verir ki, Füzuli rayonunda sahibkarlara yaradılan şəraitin nəticəsidir ki, rayonun ən böyük yaşayış məntəqələrindən olan Böyük Bəhmənli kəndində sahibkar tərəfindən şəxsi vəsait hesabına şadlıq evi tikilib. Rayon İcra Hakimiyyətinin başçısı Alı Alıyev şadlıq evinin açılış mərasimində iştirak edib. Alı Alıyevə məlumat verilib ki, ümumi sahəsi 2 hektar, tikinti sahəsi 800 kvm, 650 nəfər tutumu olan şadlıq evi Böyük Bəhmənli kənd sakinləri ilə yanaşı rayonun digər yaşayış məntəqələrindən olan əhaliyə də xidmət edəcək. Şadlıq evi ən müasir dizaynla inşa edilib, ərazisində 500-dək ağac və gül kolları əkilib, abadlıq işləri görülüb. Obyektdə ilkin mərhələdə 35 nəfər işlə təmin olunması nəzərdə tutulub. Alı Alıyev açılış mərasimində Prezident İlham Əliyevin respublikada iş adamlarına, sahibkarlara yaratdığı şəraitdən danışıb. Bildirib ki, hazırda yüzlərlə şəxs Füzuli rayonunda sahibkarlıq fəaliyyəti ilə məşğul olur, kənd təsərrüfatı, kiçik emal müəssisələri yaradaraq məhsul bolluğu yaradır, yeni iş yerləri açır, sahibkarlıq fəaliyyətlərini genişləndirirlər.
Alı Alıyev bir daha respublikanın hansı bölgəsindən olmasından asılı olmayaraq sahibkarlıq fəaliyyəti ilə məşğul olmaq istəyən iş adamlarını Füzuli rayonuna dəvət edib.
Kənd sakinləri füzulililərə göstərdiyi diqqət və qayğıya görə Prezident İlham Əliyevə və Mehriban xanım Əliyevaya minnətdarlıqlarını bildiriblər.



Xəbər 3524 dəfə oxunub.



07.11.2025  16:52 

Diaspor sədri təltif olundu - Foto

07.11.2025  14:00 

Torpağı, qumu sarı - Nərimanabad

07.11.2025  11:36 

YUNESKO yeni rəhbər seçdi


BÜTÜN XƏBƏRLƏR +