Ərdoğan Azərbaycana səfər edəcək?
Diaspor sədri təltif olundu - Foto
Pokrovskın ələ keçirilməsi Rusiyaya nə verəcək?
“Pajiznicesi” yenidən həbs olundu
Prezident Pəncəli Teymurova Milli Qəhrəman adı verdi
Ukrayna ordusu Krımda neft bazasını vurub
Lavrovun Putinin gözündən düşməsi... – Peskov
Tiktoker və blogerlər qumara görə saxlanıldı - Video
Ruslara Şengen vizası qadağası gəlir
“Binə”də sahibkarlar narazılıq edir - Səbəb?


19.08.2023  09:45 

Seyid Vəliağa türbəsi





A+  A-

Lerik rayonu ərazisində olan çoxsaylı ziyarətgahlardan biri Seyid Vəliağa türbəsidir (ocağı).

Seyid Vəliağa türbəsi rayonun Rvarud (Rıvaru) kəndində yerləşir. Türbə adından da göründüyü kimi Vəliağa adlı seyidin adı ilə bağlıdır. Ərəb dilində "ağa", "cənab" hərfi mənasını verən Seyid sözü Məhəmməd Peyğəmbərin nəslindən olanlara verilmiş addır.

Seyid Vəliağanın doğum tarixi haqqında yekdil məlumat yoxdur. Haqqında verilmiş məlumatlarda onun gah 1893-cü ildə, gah da 1901-ci ildə doğulduğu qeyd edilir.

Seyid Vəliağa Mirqəni oğlu 1893-cü ildə anadan olmuşdur. Seyid Vəliağa Rvarud və ətraf kəndlərdə kəramətli seyid kimi tanınıb, hörmət qazanmışdır. O, 80 il ömür sürərək, 1973-cü ildə vəfat etmişdir. Seyid Vəliağaya olan inam və ehtiramın nəticəsi olaraq qəbri ziyarətgaha çevrilmişdir. Oğlu Seyid Əbülağa tərəfindən qəbri üzərində məqbərə tikilmişdir. 2013-cü ildə məqbərə üzərində yenidənqurma işləri aparılmış və o yeni görkəmə salınmışdır (Ülvi Babayev. Rvarudun dini-tarixi və qəbirüstü abidələri. "Yaşıl çay" jurnalı, Noyabr 2013).

Seyid Vəliağanın atası Mirqəni Fətulla oğlu 1876-cı ildə Lənkəran qəzasının Zuvand nahiyəsinin Veri kənd cəmiyyətinin Rvarud kəndində doğulmuşdur. Seyid Vəliağanın babası Fətulla kişi Rvarud kəndinin Dini Məhkəmə üzrə hakimi (qazisi) olmuşdur.

Sənədlərə görə 1901-ci ildə anadan olan Seyid Vəliağa ibn Mir Qəni Fəxrəbadi-Rvarudi alim və kəndin böyük ağsaqqalı olmuşdur. Onun fəziləti və kəraməti haqqında Lənkəranın, eləcə də Lerikin bir çox kəndlərində söhbətlər, rəvayətlər mövcuddur (Camal Rzayev. Rvarud kəndi haqqında düşüncələr. "Lerik" qəzeti, 22.11.2014).

Seyid Vəliağa türbəsi əsasən yerli və ətraf yaşayış məntəqələrinin sakinləri tərəfindən ziyarət olunur.

Qeyd edək ki, seyid kəndi kimi tanınan Rvarudda Seyid Vəliağa türbəsindən başqa, Şahzadə Əbülqasım türbəsi, Mir Cahangir ağa türbəsi, Seyid Paşa türbəsi ("Astədoji tıbə") və Yaqub Peyğəmbərin piri adılı ziyarətgahlar da vardır.

İldırım ŞÜKÜRZADƏ,
Lənkəran rayonunun Havzava kənd tam orta məktəbinin müəllimi,
tədqiqatçı-tarixçi



Xəbər 8455 dəfə oxunub.



07.11.2025  16:52 

Diaspor sədri təltif olundu - Foto

07.11.2025  14:00 

Torpağı, qumu sarı - Nərimanabad

07.11.2025  11:36 

YUNESKO yeni rəhbər seçdi

07.11.2025  10:50 

Baş redaktor vəfat etdi

07.11.2025  10:26 

Bakıda evdən meyit tapıldı

06.11.2025  17:38 

Əməkdar artist vəfat etdi


BÜTÜN XƏBƏRLƏR +