Ceyhun Bayramov Maqdalena Qrononu qəbul edib
Bu gün Super Ay hadisəsi müşahidə olunur
ADDA-da Səudiyyə Ərəbistanı səfiri ilə görüş keçirilib
İş adamı saxlanıldı: Oteli əxlaqsızlıq yuvasına çeviribmiş
Prezident daha bir sərəncam imzalayıb
Gürcüstandakı əməliyyatda azərbaycanlı öldürülüb?
Daha bir sosial ev dələduzluğu
FHN 1 ədəd 3 otaqlı evi 91 min manata tikdirəcək
Heydərov Mehdiyevə villa bağışlayıb? - Özü danışdı
Bakıda restoranda yanğın başlayıb


11.05.2023  11:09 

Bir sıra tibb müəssisələrinin adları dəyişdirilib





A+  A-

TƏBİB-in tabeliyində olan 10-dan çox tibb müəssisəsinin adı bundan sonrakı fəaliyyət istiqamətinə əsasən yenidən formalaşdırılıb.

XəzərNews.az xəbər verir ki, Bakı Baş Səhiyyə Mərkəzinin strukturuna daxil olan 8 nömrəli Şəhər Xəstəxanasının, 9, 12, 13, 15, 18, 22, 28, 31 və 32 nömrəli Birləşmiş Şəhər Xəstəxanalarının (BŞX), Zabrat və Zirə Müalicə Diaqnostika Mərkəzlərinin adları aşağıdakı şəkildə dəyişdirilib:

8 nömrəli Şəhər Xəstəxanası - Nardaran Sağlamlıq Mərkəzi
12 nömrəli BŞX – Suraxanı Sağlamlıq Mərkəzi
28 nömrəli BŞX – Bilgəh Sağlamlıq Mərkəzi
Zabrat Müalicə Diaqnostika Mərkəzi - Zabrat Sağlamlıq Mərkəzi
Zirə Müalicə Diaqnostika Mərkəzi - Zirə Sağlamlıq Mərkəzi
9 nömrəli BŞX – 41 nömrəli Şəhər Poliklinikası
13 nömrəli BŞX – 42 nömrəli Şəhər Poliklinikası
15 nömrəli BŞX – 43 nömrəli Şəhər Poliklinikası
18 nömrəli BŞX – 44 nömrəli Şəhər Poliklinikası
22 nömrəli BŞX – 14 nömrəli Şəhər Poliklinikası
31 nömrəli BŞX - 45 nömrəli Şəhər Poliklinikası
32 nömrəli BŞX – 46 nömrəli Şəhər Poliklinikası

TƏBİB rəhbərliyinin göstərişinə əsasən, Mərkəzin tabeliyində olan bir sıra müəssisələrdə stasionar fəaliyyət dayandırılmaqla çarpayı fondu ləğv edilib və həmin müəssisələrdə ambulator- poliklinik xidmət gücləndirilib.

Qeyd olunan tibb müəssisələrinin adlarındakı bu dəyişiklik məhz həmin qərara uyğunlaşdırılıb və yeni istiqamət müəyyənləşdirilib.



Xəbər 2578 dəfə oxunub.




05.11.2025  18:05 

Daha bir sosial ev dələduzluğu

05.11.2025  13:27 

Prezident sərəncam imzaladı

05.11.2025  11:40 

Xəzər dənizində zəlzələ olub


BÜTÜN XƏBƏRLƏR +