Ceyhun Bayramov Maqdalena Qrononu qəbul edib
Bu gün Super Ay hadisəsi müşahidə olunur
ADDA-da Səudiyyə Ərəbistanı səfiri ilə görüş keçirilib
İş adamı saxlanıldı: Oteli əxlaqsızlıq yuvasına çeviribmiş
Prezident daha bir sərəncam imzalayıb
Gürcüstandakı əməliyyatda azərbaycanlı öldürülüb?
Daha bir sosial ev dələduzluğu
FHN 1 ədəd 3 otaqlı evi 91 min manata tikdirəcək
Heydərov Mehdiyevə villa bağışlayıb? - Özü danışdı
Bakıda restoranda yanğın başlayıb


28.03.2023  13:32 

“O “həqiqətlər“i bir-bir gözünüzün içinə deyəcəm“ - Əvəz Zeynallının xanımı





A+  A-

"Adamda bir abır-həya olar. İmkan verin, Bakıya çatım. O "həqiqətlər"i bir-bir gözünüzün içinə deyəcəm".

XəzərNews.az xəbər verir ki, bu barədə açıqlama ilə Əvəz Zeynallının həyat yoldaşı Məlahət Zeynallı sosial platformada vəkil Elşin Sadıqovun məlum açıqlamasından sonra yazıb.

Qeyd edək ki, dünən məhkəmədə ifadə verən jurnalist vəkil Elçin Sadıqovu hədəf göstərərək, birgə saxlandıqları halda, onun nədən azadlıqda olduğunu sorğulayıb, vəkilin onunla eyni yerdə oturmasının vacib olduğunu deyib.

Vəkil isə bu gün belə bir açıqlama yayıb:

"Əvəz Zeynallıdan R.Məmmədov və onun ailə üzləri barəsində yazmamağı xahiş edəndə Əvəz məndən nə qədər pul qazandığımı, dolanışığımın necə olduğunu soruşdu. Allaha şükr etdim və bunun məsələyə nə aidiyyətinin olduğunu soruşdum. O isə bildirdi ki, sən dolanırsan, mən də dolanmaq istəyirəm".

Jurnalistin bu mövqeyini R.Məmmədovun ailəsinə çatdırdığını qeyd edən vəkil yazır: "O gündən sonra Əvəz dayanmadı hər gün Məmmədova və ailə üzvlərinə qarşı hədyanlar danışmağa başladı. Əvəzin dayanmadığını gördük, hətta 26 avqust 2022-ci il tarixli çıxışında Əvəz adımı çəkməsə də Məmmədovun müdafiə işinə də ilişmişdi. Məcbur olduq Əvəzlə danışmağa. Əvəz mənə fantastik məbləğ demişdi. Sonra razılaşdıq. Pulu aldı. Cəmi 4 gün sonra yenə hədyanlar danışdı. Mən Əvəzin bunu mənə edəcəyini, yəni pul alıb yenə danışacağını, karusel edəcəyini heç gözləməzdim.

Bu da Məmmədovların haqlı narazılığına səbəb oldu. Həmin gün narazılıq olmasın deyə öz pulumdan Məmmədovların pulunu geri qaytardım. Və sonra mənə dedi ki, ona pul yox, sənədlər verdiyimi deyim. Özü də elə dedi. Sənəd adı gələn kimi, ikimizi də tutdular".

E.Sadıqov statusunun sonunda qeyd edib ki, Əvəzə qarşı müxtəlif ittihamlar və çoxlu epizodlar var: "Bəlkə də maddələrinin sayını özü də bilmir. Amma yenə də mənim adımı çəkib şou düzəldir".



Xəbər 2473 dəfə oxunub.




05.11.2025  18:05 

Daha bir sosial ev dələduzluğu

05.11.2025  13:27 

Prezident sərəncam imzaladı

05.11.2025  11:40 

Xəzər dənizində zəlzələ olub


BÜTÜN XƏBƏRLƏR +