Ceyhun Bayramov Maqdalena Qrononu qəbul edib
Bu gün Super Ay hadisəsi müşahidə olunur
ADDA-da Səudiyyə Ərəbistanı səfiri ilə görüş keçirilib
İş adamı saxlanıldı: Oteli əxlaqsızlıq yuvasına çeviribmiş
Prezident daha bir sərəncam imzalayıb
Gürcüstandakı əməliyyatda azərbaycanlı öldürülüb?
Daha bir sosial ev dələduzluğu
FHN 1 ədəd 3 otaqlı evi 91 min manata tikdirəcək
Heydərov Mehdiyevə villa bağışlayıb? - Özü danışdı
Bakıda restoranda yanğın başlayıb


29.11.2022  11:42 

“Müavinlər telefonu da qaldırmır, hörmətsizlik edirlər”





A+  A-

“Bu günə qədər Elm və Təhsil Nazirliyini tənqid etməmişəm, gözləmişəm ki, bəlkə yanaşmalar dəyişər, qarşılıqlı hörmət olar. Ha çalışırlar ki, hər şey daha yaxşı olsun, daha pis olur. Qurulan mexanizmi söküb yeni sistem qururlar, o isə köhnə sistemə 24 saat dua oxutdurur”.

XəzərNews.az xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən iclasında deputat Razi Nurullyayev deyib.

Deputat bildirib ki, təmsil etdiyi İmişli rayonunda neçə aydır, yalnız texniki işlər üzrə 38 vakansiya var:

“Niyə ora uyğun insanları təyin etmirsiniz? Gözləyirsiniz ki, o məqsədlər üçün ayrılan pulu dövlətin büdcəsinə qaytarasınız? Bəs o insanların ah-naləsindən, göz yaşlarından qorxmursunuz? Haqqı deyim ki, Elm və Təhsil Nazirliyində nazirlə danışmaq problemi yoxdur. İl yarım öncə hörmətli nazirdən kimsəsiz xanım üçün xahiş etmişəm, onu məktəbə işə götürüblər. Biz onun həyatını xilas etmişik, çünki evdə başsız üç xanım var idi. Onların taleyi necə olacaqdı, bir Allah bilir. Bu il imtahan verib İmişli üzrə ən yüksək balı da topladı. Lakin vakansiya ola-ola aylarla, illərlə insanları incitməyə nə ad vermək olar? Onu da deyim ki, Elm və Təhsil Nazirliyində yalnız nazir müavini Firudin Qurbanovla danışa bilirəm. Digər müavinlər telefonu da qaldırmır, hörmətsizlik edirlər. Elm və Təhsil Nazirliyini anlamaqda çox çətinlik çəkirəm. Deyim ki, elmimiz və təhsilimiz yüksək səviyyədədir, bu da yalan olar. Bəs bu qədər özünəgüvən, saymazlıq, laqeydlik haradan və nədən qaynaqlanır? Bu suala cavab tapmaqda kömək istəyirəm”.

Sədr Sahibə Qafarova isə bildirib ki, nazir Emin Əmrullayev çox açıq adamdır: “Əgər hansısa problemlər varsa, məktub yazıb cavab ala bilərsiniz. Məktub yazmayacaqsınız, cavab almayacaqsınız. Düşünürəm ki, Elm və Təhsil Nazirliyi haqqında belə danışmaq düzgün deyil”.

Xəbər 2362 dəfə oxunub.




05.11.2025  18:05 

Daha bir sosial ev dələduzluğu

05.11.2025  13:27 

Prezident sərəncam imzaladı

05.11.2025  11:40 

Xəzər dənizində zəlzələ olub


BÜTÜN XƏBƏRLƏR +