Ceyhun Bayramov Maqdalena Qrononu qəbul edib
Bu gün Super Ay hadisəsi müşahidə olunur
ADDA-da Səudiyyə Ərəbistanı səfiri ilə görüş keçirilib
İş adamı saxlanıldı: Oteli əxlaqsızlıq yuvasına çeviribmiş
Prezident daha bir sərəncam imzalayıb
Gürcüstandakı əməliyyatda azərbaycanlı öldürülüb?
Daha bir sosial ev dələduzluğu
FHN 1 ədəd 3 otaqlı evi 91 min manata tikdirəcək
Heydərov Mehdiyevə villa bağışlayıb? - Özü danışdı
Bakıda restoranda yanğın başlayıb


29.11.2022  10:50 

“Narkomaniya və zərərli vərdişlərə qarşı“ tədbir keçirilib - Şəkillər





A+  A-

"Miqrasiya Sahəsinin İnkişafı” İctimai Birliyi tərəfindən, Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə “Narkomaniya və zərərli vərdişlərə qarşı mübarizəyə dair maarifləndirmə tədbirləri” layihəsi çərçivəsində növbəti tədbir Azərbaycan Tibb Universitetində həyata keçirilib.

XəzərNews.az xəbər verir ki, layihə rəhbəri Vidadi Fətullayev, ölkəmizdə narkomaniyaya qarşı hüquqmühafizə orqanları tərəfindən aparılan mübarizə,bu sahədə 2019-2024-cü illəri əhatə edən Dövlət Proqramı, habelə vətəndaşların sağlamlığının qorunması sahəsində aparılan islahatlar, narkotik vasitələr və zərərli vərdişlərin insan sağlığı və cəmiyyətimiz üçün fəsadları barədə danışdı və gənclərimizi bütün zərərli vərdişlərdən uzaq durmağa çağırıb.

Tədbirdə çıxış edən Bakı Narkoloji Mərkəzinin psixoloqu Günay Babayeva tələbələrə, Mərkəzin fəaliyyəti, narkotik və psixotrop maddələr, onların səbəb olduğu bulaşıcı xəstəliklər, narkoloji asılılıq, onun psixoloji təsirləri, narkomaniya ilə bağlı bir hadisə ilə qarşılaşdıqlarında atılması lazım olan addımlar barədə geniş məlumat verdi və onları maraqlandıran sualları cavablandırıb.

Maarifləndirici bukletlər və çap materiallarının paylandığı tədbirdə çıxış edən tələbələr mövzu barədə öz fikirlərini səsləndirib, Azərbaycan Prezidenti İlham Əliyevin bu il Gənclər Günündə zərərli vərdişlərə qarşı səsləndirdiyi fikirlərin onlar üçün bir şüar olduğunu bildiriblər.

Tədbirin həyata keçməsinə dəstək olan QHT-lərə Dövlət Dəstəyi Agentliyi, Azərbaycan Tibb Universiteti və Bakı Narkoloji Mərkəzin rəhbərliklərinə minnətdarlıq ifadə olunub.





Xəbər 2453 dəfə oxunub.




05.11.2025  18:05 

Daha bir sosial ev dələduzluğu

05.11.2025  13:27 

Prezident sərəncam imzaladı

05.11.2025  11:40 

Xəzər dənizində zəlzələ olub


BÜTÜN XƏBƏRLƏR +