Ceyhun Bayramov Maqdalena Qrononu qəbul edib
Bu gün Super Ay hadisəsi müşahidə olunur
ADDA-da Səudiyyə Ərəbistanı səfiri ilə görüş keçirilib
İş adamı saxlanıldı: Oteli əxlaqsızlıq yuvasına çeviribmiş
Prezident daha bir sərəncam imzalayıb
Gürcüstandakı əməliyyatda azərbaycanlı öldürülüb?
Daha bir sosial ev dələduzluğu
FHN 1 ədəd 3 otaqlı evi 91 min manata tikdirəcək
Heydərov Mehdiyevə villa bağışlayıb? - Özü danışdı
Bakıda restoranda yanğın başlayıb


07.06.2022  05:20 

Atını döyən atasını baltalayıb...





A+  A-

Qubada atasını baltalayaraq öldürən oğula hökm oxunub.

XəzərNews.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, 2021-ci ilin iyunun 9-da baş verən cinayət işinə Sumqayıt Ağır Cinayətlər Məhkəməsində baxılıb.

Məhkəmə prosesində məlum olub ki, Qubanın Sofikənd kəndində yaşayan 1996-cı il təvəllüdlü Rəvan Sadıq oğlu Ramazanovla atası 1970-ci il təvəllüdlü Sadıq Rzaqulu oğlu Ramazanov arasında mübahisə yaranıb. Mübahisə atanın oğlunun atını ağacla döyməsi üstündə baş verib.

Belə ki, Rəvan atası tərəfindən atının ağacla döylüdüyünü görüb və ona atı vurmamasını, heyvanın əziyyət çəkdiyini deyib. Atası isə oğlunun sözünə məhəl qoymaraq ata zərbə endirməyə davam edib. Rəvan atasının əməlindən əsəbləşərək evin içinə keçib. Bu zaman Sadıq Ramazanov evə gələrək oğlundan özünü kimə göstərdiyini soruşub və onu ağır söyüşlərlə təhqir edib. Bu zaman Sadıq həyat yoldaşını da şillə ilə vurub.

Mübahisənin böyüməməsi üçün Rəvan evdən həyət çıxıb. Lakin atası oğlunun arxasında çıxaraq mübahisəni davam etdirib və həyətdə olan baltanı Rəvana tərəf atıb. Zərbədən yayınan Rəvan yerdən götürdüyü həmin balta ilə atasına üç zərbə endirərək onu qətlə yetirib.

Rəvan ifadəsində atasının mütəmadi olaraq spirtli içki qəbul etdiyini, evdə tez-tez dava saldığını bildirib. O, atasını öldürmək fikrindən uzaq olduğunu bildirib.

Rəvan Ramazanov hadisədən sonra könüllü olaraq polisə təslim olub.

Məhkəmə R.Ramazanovu Cinayət Məcəlləsinin 120.1-ci maddəsi (Qəsdən adan öldürmə) ilə təqsirli bilərək ona 10 il müddətinə azadlıqdan məhrumetmə cəzası verib. Həmçinin cəzasının ciddi rejimli müəssisədə çəkməsinə hökm edilib.

Xəbər 3341 dəfə oxunub.




05.11.2025  18:05 

Daha bir sosial ev dələduzluğu

05.11.2025  13:27 

Prezident sərəncam imzaladı

05.11.2025  11:40 

Xəzər dənizində zəlzələ olub


BÜTÜN XƏBƏRLƏR +