Ərdoğan CHP sədrini məhkəməyə verdi
“Bazarstore”də xoşagəlməz hadisə baş verib -FOTO
Əməkdar artist Cabir İmanovla bağlı paylaşım edib -FOTO
Azərbaycandan Ermənistana gələn buğda yoxlanılacaq – Arutyunyan
Kady 10 həftəlik oyundan uzaqlaşdırıldı
Əməkdar artist vəfat etdi
Neft emalı zavodunda yanğın
Daha bir dövlət qurumu ləğv edildi
Saakaşviliyə yenidən cinayət iş açıldı
Teymur Musayevə ağır itki üz verib


08.02.2019  14:28 

Sosial Tədqiqatlar Mərkəzi yaradıldı - FƏRMAN





A+  A-

Prezident İlham Əliyev Sosial Tədqiqatlar Mərkəzinin yaradılması haqqında fərman imzalayıb.
XəzərNews.az-ın məlumatına görə, sərəncamda qeyd olunur ki, ictimai əhəmiyyətli məsələlərin araşdırılması və ictimai rəyin öyrənilməsi üçün əlavə vasitə yaratmaq, bu sahədə təhlil, tədqiqat və proqnozlaşdırma işinin səmərəliliyini artırmaq, sosial tədqiqatlarda müasir informasiya texnologiyalarından və qabaqcıl elmi-metodoloji yanaşmalardan istifadəni genişləndirmək məqsədilə Sosial Tədqiqatlar Mərkəzi yaradılsın.

Müəyyən edilir ki, Sosial Tədqiqatlar Mərkəzi ictimai münasibətlərin inkişaf dinamikasını sistemli təhlil edən, bu sahədə mövcud tendensiyaları müəyyənləşdirən və dəyişiklikləri proqnozlaşdıran, həmin dəyişikliklərin cəmiyyətə mümkün təsirlərini araşdıran, müasir informasiya texnologiyaları və elmi yanaşmalar tətbiq edilməklə ictimai fikrin öyrənilməsini və sosial tədqiqatlar aparılmasını təmin edən, həyata keçirdiyi elmi-analitik təhlilin nəticələrini dövlət orqanlarına təqdim edən publik hüquqi şəxsdir.

Prezidenti Administrasiyası Mərkəzin nizamnaməsinin layihəsini iki ay müddətində hazırlayıb Azərbaycan Prezidentinə təqdim edəcək.

Nazirlər Kabinetinə Azərbaycan Respublikası Prezidentinin aktlarının bu fərmana uyğunlaşdırılması ilə bağlı təkliflərini iki ay müddətində hazırlayıb Azərbaycan Prezidentinə təqdim etmək; Nazirlər Kabinetinin normativ hüquqi aktlarının bu fərmana uyğunlaşdırılmasını iki ay müddətində təmin edib Azərbaycan Prezidentinə məlumat vermək; mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının bu fərmana uyğunlaşdırılmasını nəzarətdə saxlamaq və bunun icrası barədə üç ay müddətində Azərbaycan Prezidentinə məlumat vermək; bu fərmandan irəli gələn digər məsələləri həll etmək tapşırılıb.

Ədliyyə Nazirliyi mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının və normativ xarakterli aktların bu fərmana uyğunlaşdırılmasını təmin edib Nazirlər Kabinetinə məlumat verəcək.

Xəbər 3006 dəfə oxunub.




06.11.2025  17:38 

Əməkdar artist vəfat etdi

06.11.2025  17:35 

Neft emalı zavodunda yanğın

06.11.2025  16:18 

Prezident üç fərman imzaladı

06.11.2025  13:32 

Sabahın havası açıqlandı


BÜTÜN XƏBƏRLƏR +